Baş prokurorun vətəndaşlarla görüş vaxtı dəyişdirildi
Baş prokurorun Saatlı rayonunda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib.
ARANTV.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun Şirvan şəhər, Saatlı, Sabirabad, Salyan və Hacıqabul rayon sakinləri ilə avqustun 24-nə nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib.
Qəbul avqustun 31-də, saat 10:00-da Saatlı rayon prokurorluğunun inzibati binasında keçiriləcək.axar.az

