Cəmiyyət 

Qurban bayramı ilə əlaqədər paytaxtda və bölgədə satış yarmarkaları təşkil ediləcək

ARANTV.AZ xəbər verir ki, Qurban bayramı ilə əlaqədar avqustun 21-dən 23-dək Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə paytaxtda və bölgələrdə keçiriləcək iribuynuzlu və xırdabuynuzlu heyvanların satış yarmarkasına 35 minə yaxın heyvan çıxarılması nəzərdə tutulub. Həmçinin bazarda bolluq yaratmaq, qiymətləri sabitləşdirmək üçün qonşu ölkələrdən, əsasən də Gürcüstandan 20 min baş heyvan gətirilib. Yarmarkalar Qida Təhlükəsizliyi Agentliyinin müəyyənləşdirdiyi məntəqələrdə təşkil olunacaq. Paytaxtda 32 ünvanda həmçinin Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay və İsmayıllıda satış yarmarkaları açılacaq. Bundan əlavə nazirlik bölgələrdə çalışan fermerlərə də müraciət edib. Onlar yarmarkalara, ümumilikdə, 13 min baş heyvan çıxaracaq. Fermerlər də heyvanları satış yarmarkalarına gətirib sata bilərlər. Yarmarkalara nazirliyin tabeliyindəki təsərrüfatlardan isə təxminən 1000-1500 baş iri və xırdabuynuzlu heyvan çıxarılacaq. Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Qida Təhlükəsizliyi Agentliyinin müəyyənləşdirdiyi ət kəsimi və heyvan satışı məntəqələrində profilaktik məqsədlə dezinfeksiya işlərinə başlayıb.

Daha çox xəbərlər