Şəkidə işə gedən 51 yaşlı kişi itkin düşdü
Şəkidə orta yaşlı kişi itkin düşüb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, hadisə Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 147 saylı evdə baş verib.
Həmin ünvanda yaşayan 1968-ci il təvəllüdlü Zəkəryəyev Çingiz Cəlil oğlu sentyabrın 20-də səhər saatlarında işə getmək adı ilə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırmalar aparılır.

