Cəmiyyət 

Bu kənddə bütün heyvanlar xəstədir – Video

Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində (Laçın obaları) heyvanlarda dabaq xəstəliyi yayılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə vətəndaşlar Xəzər TV-yə danışıb.

Sakinlərin sözlərinə görə, kənddəki bütün heyvanlarda bu xəstəlik müşahidə olunub: “Artıq 10 gündən çoxdur ki, heyvanlar xəstədir. Heç kəs maraqlanmır. Kənddə ümumi vəziyyət budur. Mənim 5 baş heyvanım var, hamısı xəstədir”.

Təsərrüfat sahibləri həmçinin qeyd edib ki, heyvanlara daha öncə vaksin vurulsa da, heç bir xeyiri olmayıb.

Kəndin baytarı isə bildirib ki, xəstəlik səbəbi müxtəlif ola bilər: “Vaksinlər tətbiq edilib, ancaq ola bilsin ki, yeni heyvan alıb gətirdikdə ondakı virus digərlərinə yayılıb. Həmçinin kəndin sadəcə bir otlaq sahəsi var. Orada nəfəs vasitəsilə virusun heyvandan-heyvana keçməsi halı yaşana bilər”.

Daha ətraflı videomaterialda:

Daha çox xəbərlər