Siyasət 

Sülh müqaviləsi tezləşir – seçkilər referendumla eyni vaxtda olacaq?

Hakan Fidan sülh sazişinin vaxtını açıqladı

“Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması Azərbaycanla Ermənistan arasında sülh sazişinin yekun imzalanmasından dərhal sonra baş tutacaq”. Türkiyənin xarici işlər naziri Hakan Fidan bunu Romada Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən konfransda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, Qarabağda işğal olunmuş ərazilər azad edildikdən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın sülh və Azərbaycanla münasibətlər naminə tarixi riskə getmək istəyini yüksək qiymətləndirir. O, ABŞ-də Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasına görə Prezident İlham Əliyevə və ABŞ lideri Donald Trampa minnətdarlığını bildirib.

Türkiyə hər zaman əziz Azərbaycanın yanındadır - Hakan Fidan | Hokm.Az

H.Fidan bildirib ki, Vaşinqtonda sənəd yalnız paraflanıb, yekun sülh müqaviləsinin imzalanmasının gələn ilin birinci yarısında baş tutacağı gözlənilir. “Azərbaycan və Ermənistan arasında sazişə yekun imza qoyulan kimi biz tezliklə Ermənistanla münasibətləri normallaşdırmağa başlayacağıq”, – Fidan əlavə edib.

Məlumdur ki, Ermənistanda növbəti parlament seçkiləri gələn ilin iyununda keçirilməlidir. Nəzərə alsaq ki, referendum üçün azı 2 ay vaxt lazımdır, onda belə çıxır, qonşu ölkədə seçkilər bir neçə aya qabağa çəkilməlidir ki, ardınca referendum da baş tutsun və Hakan Fidanın söylədiyi kimi, ilk yarım ildə sülh müqaviləsi imzalansın.

Belədirmi? Türkiyə XİN başçısı bunu informasiya əsasında deyir Ola bilərmi Ermənistanda seçkilər və referendum eyni vaxtda keçirilsin? 

ELMAN YENİ .png (494 KB)

Elman Nəsirov

Maraqlıdır ki, Ermənistan XİN sözçüsü Ani Bədəlyan H.Fidanın dediklərini təkzib etməyib. “Sənədin maksimum qısa zamanda imzalanması sülhün əldə olunması yönündə ciddi addım olacaq”, – o bildirib. Milli Məclisin deputatı Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, Hakan Fidanın konkret vaxt qeyd etməsi xeyli suallar doğurub: “Əvvəla, nəzərə alsaq ki, Ermənistanda parlament seçkiləri 2026-cı ilin iyun ayının 7-də olacaq və ilin birinci yarısında sülh müqaviləsi imzalanırsa, onda belə çıxır ki, Ermənistanda parlament seçkilərinin vaxtı irəli çəkilə bilər. Bu halda ilin birinci yarısında referendum keçirilməsi də mümkün ola bilər. Amma nəzərə alaq ki, Ermənistanın baş naziri parlament seçkiləri və referendumla bağlı iki mövqeni ifadə edib. O qeyd edib ki, referendumla parlament seçkiləri eyni vaxtda keçirilsin. Bu o deməkdir ki, 7 iyunda referendum da ola bilər. H.Fidanın dediklərindən isə belə çıxır ki, referendum daha öncə keçirilə bilər. Hər bir halda 2026-cı ilin sülh sazişinin imzalandığı il kimi tarixə düşməsi ümidləri var. Zamanı gözləmək lazımdır. Görək Ermənistan hakimiyyəti eyni vaxtda həm parlament seçkiləri, həm də referendum keçirəcəkmi. Hakan Fidan kifayət qədər məlumatlı şəxsdir, o fikirləri söyləyərkən şübhəsiz ki, onun əlində faktlar, informasiya var”.

Çingiz Qənizadə: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi  partiyasıdır - AZƏRTAC

Çingiz Qənizadə 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə isə bildirdi ki, Hakan Fidanın Azərbaycanla Ermənistan arasında paraflanmış sülh sazişi layihəsi ilə bağlı fikirləri tamamilə məntiqli fikirlərdir: “Yəni paraflanmış sənəd hələ sülh müqaviləsi deyil. Sadəcə, müəyyən öhdəliklərdir ki, tərəflər öz üzərinə öhdəliklər götürüb. Öhdəliklərin icrasına nəzarət Vaşinqtonun üzərində olacaq. Sülh müqaviləsinin imzalanmasının gələn ilin birinci yarısında imzalanacağı barədə Hakan Fidanın dedikləri ciddi açıqlamadır. Cənab Fidan şübhəsiz məlumatlı adamdır, proseslərin gedişi barədə məlumatı kifayət qədərdir. Amma məsələnin bu tərəfi də var ki, Ermənistan proqnozlaşdırılan və sözünün üstündə duran ölkə deyil. Düzdür, Nikol Paşinyan sülhə doğru addımlar atır, nə qədər çətin olsa da ölkəsində revanşistlərin, xarici qüvvələrin sülh prosesinə qarşı həmlələrinin qarşısını almağa çalışır, amma onun sülh sazişini məhz gələn ilin əvvəlində imzalaya biləcəyini bu gün yüz faiz dəqiq söyləmək çətindir”.

Ç.Qənizadənin fikrincə, Ermənistandakı seçkilərdən öncə sülh sazişinin imzalanması inandırıcı deyil: “Daha çox ehtimal olunan seçkidən sonra sülh müqaviləsinin imzalanacağıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddiasının ləğvi tələbi qüvvədə qalır. Bu tələb yerinə yetirilməlidir ki, sülh sazişi imzalansın. Sülh sazişinin imzalanmasına ən ciddi maneələrdən biri bu məsələdir. Bu məsələni Nikol Paşinyan həll etməlidir. Ermənistan istəsə, gələn ilin iyununda parlament seçkiləri ilə eyni vaxtda referendum da keçirə bilər və konstitusiyada dəyişiklik edər.  H.Fidanın açıqlamasının digər tərəfi və bizi sevindirən tərəfi həm də odur ki, o, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasının Azərbaycanla Ermənistan arasında sülh sazişinin yekun imzalanmasından dərhal sonra baş tutacağını bəyan etməklə Ankaranın şərtinin dəyişməz olduğunu növbəti dəfə bəyan etmiş oldu. Bəzi insanlarda və ermənilərdə son vaxtlar belə bir rəy yaranmışdı ki, Türkiyə sülh müqaviləsinin imzalanmağını gözləmədən Ermənistanla əməkdaşlıq və əlaqələr quracaq. Hakan Fidanın açıqlaması bu fikirə gələnlərin yanlış fikirdə olduqlarını isbatladı. Gələn ilin iyul və ya avqust aylarında Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, həm də Türkiyə ilə Ermənistan arasında əlaqələrin qurulmasını – sərhədlərin açılması qərarlarının verilməsini gözləyə bilərik”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Daha çox xəbərlər