Cəmiyyət 

“İncil” kitablarının sayı neçədir?

“İncil” kitablarının sayı neçədir?

Hazırda xristian kilsəsi tərəfindən qanuni elan edilmiş və rəsmi surətdə tanınmış İncillərin sayı dörddür. Bunlar Matfey, İohann, Mark və Lukanın İncilləridir. Bunlardan birinci və ikinci İncillər Həzrət İsa Peyğəmbərin (ə) həvariləri (apostolları) olan Matfeyə və İohanna, o biri ikisi isə həvarilərin həvarisi olan Lukaya və Marka aid edilir. Bu dörd incil miladi II əsrdə digər çoxlu İncil mətnləri arasından xristian kilsəsi tərəfindən seçilmişdir. O zamana kimi daha bir neçə İncil də xristianlara məlum idi. Bəzi İncil mətnləri isə daha sonralar aşkarlanmışdır. Ümumiyyətlə, elm aləminə məlum olan fərqli İncil mətnlərinin sayı 30-dan artıqdır. Bunlara Fomanın, Pyotrun, Məryəmin, İudanın, Barnabanın, Filippin, Nikodimin, İakovun, Mariya Maqdalenanın İncilləri və digər İncillər daxildir. Bunlara cəm şəklində apokriflər deyilir.

Daha çox xəbərlər