“Müzəffər Lider, Vətənpərvər Gənclik” layihəsinin açılış mərasimi keçirilib.
Layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Qarabağ Regional Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə keçirilib.
Layihənin ilk tədbiri Tərtər şəhər Əsəd Məmmədov adına 1 nömrəli tam orta məktəbdə keçirilib.
Tədbir torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə iştirakçılara layihə rəhbəri Fədayət Şəmilov tərəfindən “Müzəffər Lider, Vətənpərvər Gənclik” layihəsi haqqında məlumat verilib, məktəbin müəllimi Akif Əliyev layihənin həmin məktəbdə keçirilməsinin faydalılığı haqqında fikirlərini bildirmişdir. Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə İş sektorun müdiri Orxan Fəxrəddinov dövlətin gənclər üçün yaratdığı imkanlardan danışıb, Vətən müharibəsində iştirak etmiş Tural Mikayıllı şəhid və qazilərimizin Qarabağın azad olmasında rolu haqqında məlumat veriblər. Sonda iştirakçıların sualları cavablandırılıb və Qəhrəmanlarımızı əks etdirən sənədli filmi izləyiblər.


