Region Xəbərləri 

“Müzəffər lider, vətənpərvər gənclik” layihəsi çərçivəsində seminar təşkil olunub.

Layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Qarabağ Regional Gənclər və İdman İdarəsinin, həmçinin Qarabağ Regional Təhsil İdarəsinin təşkilati dəstəyi ilə keçirilib.

Seminar Tərtər şəhər Rafiq Nuriyev adına 6 nömrəli tam orta məktəbdə keçirilib.

Tədbir torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirələrini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə iştirakçılara Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorun müdiri Orxan Fəxrəddinov dövlətin gənclər üçün yaratdığı imkanlardan danışıb, layihə rəhbəri Fədayət Şəmilov “Müzəffər lider, vətənpərvər gənclik” layihəsi haqqında məlumat verib, məktəbin müəllimi Zemfira Məmmədova layihənin həmin məktəbdə keçirilməsinin faydalığı haqqında fikirlərini bildirmişdir. Layihənin koordinatoru Könül Vəliyeva qəhrəmanlarımız haqqında, vətən müharibəsində iştirak etmiş Elvin Məhərli şəhid və qazilərimizin Qarabağın azad olmasında rolu haqqında məlumat veriblər. Sonda iştirakçıların sualları cavablandırılıb və qəhrəmanlarımızın həyat və döyüş yolunu əks etdirən sənədli film izlənilib.

Daha çox xəbərlər