Cəmiyyət 

SON DƏQİQƏ! Yüksək vəzifəyə təyinat oldu

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin edilib.

Musavat.com xəbər verir ki,Qaynarinfo-nun məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə daxili xidmət kapitanı Ramil Adilzadə həmin vəzifəyə təyin olunub.

Qeyd edək ki, ötən ilin aprel ayında İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin rəisi polkovnik-leytenant İlkin Cəfərov vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.

Daha çox xəbərlər