Məktəblilərə forma məcburi edilir
Gürcüstanda təhsil sistemində yeni qərar qəbul olunub.
Musavat.com xəbər verir ki, ölkənin Təhsil Nazirliyi ibtidai və orta sinif şagirdləri üçün məcburi məktəb formasının tətbiqinə qərar verib.
Məlumata görə, yeni qaydalar 1-ci sinifdən 6-cı sinfə qədər olan şagirdləri əhatə edəcək. Nazirlik artıq genişmiqyaslı hazırlıq prosesinə başlayıb və məktəb formalarının kütləvi istehsalı üçün bazar araşdırması aparır.
Rəsmi açıqlamada bildirilir ki, ümumilikdə 1,7 milyondan çox geyim vahidinin alınması planlaşdırılır. Bu siyahıya əsasən pencəklər, şalvarlar və ətəklər daxil olacaq.
Eyni zamanda, gələcək məktəb formalarının rəsmi eskizləri də təqdim olunub. Yeni modelin həm vahid standart yaratmaq, həm də sosial bərabərliyi gücləndirmək məqsədi daşıdığı qeyd edilir.

