“Öz fənnini bilməyən müəllimin…” – Nazirdən açıqlama
“Bizə nəyə görə məhz 51 bal müəyyən edilməsi ilə bağlı suallar verilir. Metodik hissəni ölçən suallarla bağlı müəllimlərdə bir xof var”.
Musavat.com xəbər verir ki, bu fikirləri “Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir qeyd edib ki, fənn biliyi ilə bağlı müəllimlərin problemi yoxdur: “Öz fənnini bilən adam 50 suala cavab verir. Metodkadan 1 suala cavab versə belə 51 balı toplayacaq. Və ya öz fənnindən 49 suala cavab versə, metodikadan 2 bal toplamaqla 51 balı yığa bilər. Öz fənnini bilməyən adamın metodikanı yaxşı bilməsi real görünmür”.