Bu müəllimlər sertifikatlaşdırmaya cəlb olunmayacaqlar
“Mərhələli şəkildə 20 min tamştatlı müəllim vəzifəsi yaradılacaq. Tamştatlı müəllimlər bir daha sertifikatlaşdırma prosesinə cəlb olunmayacaqlar”.
Musavat.com xəbər verir ki, bu fikirləri “Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir növbəti mərhələlər barədə açıqlama verib:
“Uğurlu nəticə əldə edənlər tamştatlı müəllimlər və əməkhaqqısına əlavə alan saathesabı işləyən müəllimlər olacaqlar. Uğursuz nəticəsi olanlar isə köməkçi müəllimlər olacaq, yaxud əmək müqaviləsinə xitam veriləcək”.