“Din adı altında…” – Nazir müavinindən Şuşada mesaj
“Bir çox ölkələrdə din adı altında ondan şəxsi, eqoist məqsədlər üçün istifadə edən insanların olması sirr deyil”.
Musavat.com xəbər verir ki, bunu Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Rüstəm Əli Şuşada keçirilən TDT-yə üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşündə deyib.
Nazir müavinin sözlərinə görə dini azadlıq məsələsi milli təhlükəsizliyin təmin edilməsiilə sıx bağlıdır: “Əgər 2000-ci illərin əvvəllərində təxminən 700 dini birliyimiz var idisə, bu gün onların sayı 4 mindən çoxdur. 18 konfessiya və 120-dən çox etnik qrup sülh və harmoniya şəraitində yaşayır. Bundan əlavə, 4 mindən çox dini qurum fəaliyyət göstərir. Qazaxıstan dövlət orqanlarının, elmi ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının, din alimlərinin və psixoloqların səylərini birləşdirərək profilaktika məsələlərinə çoxsektorlu yanaşma əsasında yanaşır. Əminliklə ümumiləşdirmək olar ki, ölkələrimizin ortaq çətinlikləri və təhdidləri var. Yetkinlik yaşına çatmayanların radikallaşmasının qarşısının alınmasını dini fəaliyyət sahəsində gələcək əməkdaşlığın əsas sahələrindən biri hesab edirik. Qazaxıstan bunu dövrümüzün ən həssas çağırışlarından biri hesab edir”.