Çərşənbə axşamı, 30 İyn, 2026

Onlar digər pasiyentlərdən təcrid vəziyyətində müalicə olunacaqlar

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Psixiatriya yardımı haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

Musavat.com-un məlumatına görə, layihə barədə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.

Layihəyə əsasən, bəzi şəxslər digər pasiyentlərdən təcrid vəziyyətində müalicə olunacaq.

Qanunun 12.3 maddəsinə edilən təklifə əsasən, tibbi xarakterli məcburi tədbirlərə cəlb edilən şəxslər bu Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə edirlər. Qanunun 12.4 maddəsinə nəzərdə tutulan təklifə əsasən tibbi xarakterli məcburi tədbirlərə cəlb edilən şəxslərin stasionar müalicəsi digər pasiyentlərdən təcrid olunmaqla aparılır.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.