Siyasət 

İlham Əliyev: “Əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin”

Ölkə Prezidentinin son günlərdə məlum kadr islahatlarından sonra bir neçə rayonun icra başçıları dəyişdirilərək gənc kadrlarla əvəzlənib. İcra başçısı vəzifəsinə təyin edilən gənclərə bir sıra tövsiyyələr verilib.
ARANTV.AZ  bildirir ki, məlum islahatların əsas məğzini təşkil edən kadr islahatı məsələsi gündəmdə qalmaqdadır və Prezident bir daha vətəndaşlara müraciət edərək icra başçılarının üzərlərinə düşən vəzifələri, bu sahədə olan tapşırıqları xatırladib:
” Bir daha vətəndaşlara müraciət etmək istəyirəm, əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin, mütləq xəbər göndərin və biz əlbəttə ki, bütün siqnalları yoxlayıb düzgün qərar qəbul edəcəyik.
Prezident İlham Əliyev”

Qeyd edək ki, Prezident ötən gün İlqar Abbasovu Şirvan şəhər, Mərdan Camalovu Zərdab, Əziz Əzizovu Bakının Suraxanı, Elşad Həsənovu Yasamal, Rafiq Quliyevi Xətai rayonlarının icra hakimiyyətlərinin başçıları vazifələrinə təyin olunmaları ilə baglı qəbul edib.Sonxeber.az

Daha çox xəbərlər