Cəmiyyət 

“İntiqam ona deyib ki, başını kəsəcəm”- Evli kişiyə qoşulub qaçan Yeganənin anası DANIŞDI

Anasının müdirəsinin əri tərəfindən zorla qaçırılan Yeganə Abbasovanın başına gələnlər hər kəsi dəhşətə gətirib.

ARANTV.AZ-ın məlumatına görə, bu barədə Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi “Səni axtarıram” verilişində məlumat verilib.

Aparıcı bildirib ki, Yeganə ilk öncə dedi ki, özüm qaçmışam:”O, mənə dedi ki, sevgimiz 3aydı başlayıb. Daha sonra Yeganə zorla qaçırıldığını bildirdi”.

Yeganə Abbasovanın anası belə deyib: “Qızım mənə dedi ki, İntiqam onu məcburi qaçırıb. O, Yeganəyə deyib ki, məndən şikayət etsən 15 gün içəridə yatıb daha sonra çıxıb, sənin başını kəsəcəm. İntiqam onun telefonunu da əlindən alıb. Harasa gedəndə də qapını Yeganənin üzünə bağlayırdı. Qızımı evə qoyub, harasa qaçıb. İntiqam Yeganəyə deyib ki, ki, hansısa ölkəyə qaçacaq”.

Verilişdə ekspert kimi iştirak edən ADPU-nun Ümumi pedaqogika kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Heydər Cəfərov qeyd edib ki, Yeganə mənim tələbəm olub: “Mən Yeganədən belə bir addım gözləmirdim. Mən ona 2 il dərs desəm də, onu tanıya bilməmişəm”.

Daha çox xəbərlər