Cəmiyyət 

“Form İstanbul” mağazası sakinlərin narazılığına səbəb oldu-ŞİKAYƏT/ VİDEO

“Yeni Yasamalda “Form İstanbul” mağazasında hər şənbə, bazar yüksək səslə məcbur dinləndirilən musiqilər həmin ərazidə yaşayanların narazılığına səbəb olur”.

Bununla bağlı Sonxeber.z-a şikayət daxil olub. Aysel Cəbrayıl adlı şikayətçi həmin mağazanın yaxınlığında çoxmərtəbəli binada yaşadığını deyir. Onun sözlərinə görə, marketinq siyasəti aparan bu mağaza onun və yaşadığı binadakı sakinlərin istirahətinə maneəçilik yaradır. Şikayətçi qeyd edib ki, mağazanın insanlara istirahət günlərində yüksək səslə məcbur dinləndirdiyi toy mahnılarının səsini hətta 18- ci mərtəbədə yerəşən evin içindən belə asanlıqla eşitmək olur. Maraqlıdır, ictimai asayişə səs- küy ilə maneəçilik yaratmaq, xüsusən də istirahət günlərini nəzərə alsaq nə dərəcədə doğrudur?

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsində Azərbaycanda məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına görə cərimələrin olduğu nəzərdə tutulur.

Məcəlləyə görə mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə saat 00-dan səhər 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki, vəzifəli şəxslər yüksək məbləğdə cərimə edilir.

Vurğulayaq ki, şikayət edən şəxs bununla bağlı saytımız vasitəsi ilə müvafiq orqanlara müraciət edərək bu hala tezliklə son qoyulmasını xahiş edib.

 

Daha çox xəbərlər