“Jara” səhnəsindən möhtəşəm görüntülər – FOTO

Ötən gün start götürən “Jara” festivalı möhtəşəm görüntülərə səhnə olub. ARANTV.AZ xəbər verir ki, gecədə Xalq artisti Emin Ağalarov, müğənnilər Sultan Məşədiyev, Aysel Məmmədova, Filipp Kirkorov, Nastya Kamenskix, Artem Pivovarov, Alessandro Safina,Stiven Siqal, Yeqor Krıd, MOT, Lyubov Uspenskaya, Maks Barskix, Artik və Asti və başqaları səhnəyə çıxıb. Filip Kirkorov səhnə geyimi ilə xüsusi diqqət çəkib. Gecədən olan görüntüləri təqdim edirik: oxu.az

Daha çox ..

Paytaxtda mənzildən skeletləşmiş meyit tapıldı

Bakıda mənzildən meyit tapılıb. ARANTV.AZ-ın APA-ya istinadən xəbərinə görə, paytaxtın Səbail rayonu, Ü. Hacıbəyov küçəsi 33/35, mənzil 9 ünvanında skeletləşmiş qadın meyiti aşkar edilib. Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin həmin evin sahibi, 1933-cü il təvəllüdlü Kosyançuk Qalina İvanovna olması müəyyən edilib. Faktla bağlı Səbail rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Daha çox ..

Hacı Nuran Bakıya qayıtdı – Foto

Müalicə üçün Almaniyaya gedən aparıcı Hacı Nuran Hüseynov Bakıya qayıdıb. ARANTV.AZ-ın məlumatına görə, o, ötən gün keçirilən “Jara” beynəlxalq musiqi festivalının qonaqları sırasında yer alıb. Hacı Nuran Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə fotosunu İnstaqram səhifəsində yerləşdirərək, qayıtdığını qeyd edib. Qeyd edək ki, aparıcı bir müddət əvvəl halı pisləşdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. Həkimlər ağciyərində…

Daha çox ..

Meksikada Türkiyə səfirinin katibi yoxa çıxdı

Meksika Baş Prokurorluğu Mexikoda Türkiyənin bu ölkədəki səfirinin katibinin yoxa çıxması ilə bağlı araşdırmalar aparır: “29 yaşlı türkiyəli qadının iyulun 2-dən bəri itkin düşməsi ilə bağlı daxil olan məlumat əsasında araşdırmalar başlanıb”. ARANTV.AZ xəbər verir ki, bununla bağlı prokurorluq məlumat yayıb. Faktla bağlı iyulun 25-də Türkiyə səfirliyinin müşaviri prokurorluğa müraciət edib. İtkin düşən qadın səfirliyin ikinci…

Daha çox ..

“Jara” Beynəlxalq Musiqi Festivalına start verilib

ARANTV.AZ xəbər verir ki, Builki “Jara” festivalının  hazırlıq işlərinə təxminən bir il vaxt sərf olundu. Biz “Jara-2017” Beynəlxalq Musiqi Festivalı başa çatandan sonra keçən il avqustun əvvəlində görüşdük və görəcəyimiz işləri planlaşdırmağa başladıq”. Bu sözləri Azərbaycanın Xalq Artisti, “Jara” Beynəlxalq Musiqi Fesitvalının təşkilatçılarından biri Emin Ağalarov mətbuat konfransında dedi. Onun sözlərinə görə, bu il festivalda 75…

Daha çox ..

Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib

ARANTV.AZ xəbər verir ki, İyulun 26-da Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun sədrliyi ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”nda nəzərdə tutulmuş məsələlərə dair aidiyyəti qurumların iştirakı ilə iclas keçirilib. İclasın gündəliyinə iki məsələ daxil edilib: “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin…

Daha çox ..

Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin xatirə günüdür

ARANTV.AZ xəbər verir ki, İyulun 27-si xalqımızın dahi övladlarından biri, keçmiş SSRİ-də böyük nüfuz və hörmət qazanmış görkəmli dövlət və elm xadimi, vətənpərvər ziyalı Əziz Əliyev və onun qızı, sağlığında ikən Azərbaycan musiqi sənətinə misilsiz töhfələr verən Əməkdar İncəsənət Xadimi Gülarə Əliyevanın xatirə günüdür. Azərbaycan tibb elmi, təhsil və səhiyyə sisteminin yaradıcılarından biri, görkəmli dövlət…

Daha çox ..

Prezident İlham Əliyev Göyçay rayonunun Cəyirli–Alpout avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb

ARANTV.AZ xəbər verir ki, Prezident İlham Əliyev Göyçay rayonunun Cəyirli–Alpout avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən 21 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Cəyirli–Alpout avtomobil yolunun tikintisi məqsədilə 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin…

Daha çox ..

Yunanıstandakı yanğınlar qəsdən törədilib?

Yunanıstan hökuməti hesab edir ki, Afina yaxınlığında yanğın qəsdən törədilib. ARANTV.AZ xəbər verir ki, sputnikdən çəkilən görüntülər və hadisə yerinə baxış zamanı yanğının eyni anda bir neçə yerdə başladığı məlum olub. Bu fikirləri asayişin və vətəndaşların müdafiəsi işləri naziri Nikos Toskas deyib. Onun sözlərinə görə, cinayət əməlləri ilə bağlı ciddi sübutlar var. Yunanıstan hökuməti araşdırmalar aparır. Həftənin…

Daha çox ..