Cəmiyyət 

Gələn ildən bu əməliyyatlar və dərmanlar pulsuz olacaq – RƏSMİ

Növbəti ildən Xidmətlər Zərfinə ürək-damar, neyrocərrahiyyə, ümumi cərrahiyyə, uroloji, oftalmoloji, travmatoloji və laborator xidmətlərlə bağlı yeni tibbi xidmətlərin əlavə edilməsi, mövcud xidmətlərin çeşidinin artırılması planlaşdırılır. Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta Agentliyindən məlumat verilib. Bildirilib ki, bunlar arasında kəsiksiz damar əməliyyatları, travmatoloji müdaxilələr, qarın boşluğu, baş-beyin və göz əməliyyatları kimi mürəkkəb cərrahi müdaxilələr yer alır. Eyni zamanda qeyd olunub ki, gələn ildən ambulator şəraitdə resept əsasında yazılan dərman vasitələrinin mərhələli şəkildə icbari tibbi sığorta hesabına qarşılanması planlaşdırılır. İlk mərhələdə ürək-damar sistemi xəstəlikləri üzrə dərman vasitələri Xidmətlər Zərfinə…

Read More
Cəmiyyət 

Küçə uşaqlarının taleyini dəyişən ev: “Bu sığınacağı açmağa Səid təkan oldu”

Uşaqlıq illəri hər kəs üçün rəngli xatirələrlə dolu isti ev, qayğıkeş baxışlar, təhlükəsiz bir dünyadır. Amma hamı bu xoşbəxtliyə sahib ola bilmir. Minlərlə azyaşlı biganəlik, diqqətsizlik və ailələrin dağılması səbəbindən küçələrdə böyüyür, ailə sevgisindən məhrum olur və belə bir vəziyyət təəssüf ki, həmin uşaqlarda dərin izlər buraxır. Bəzən isə bir əlin uzanması, bir qapının açılması bu uşaqların taleyini dəyişməyə kifayət edir.  Azərbaycan Uşaq Birliyi Uşaq Sığınacağı da illərdir məhz bu taleləri dəyişmək üçün var. Bu məkan sadəcə sığınacaq deyil, sevgi, mərhəmət, qorunma və yeni başlanğıclar evinə çevrilmiş bir mərkəzdir. Burada…

Read More
Gündəm 

Şagirdlərin bir-birinə xəsarət yetirməsi ilə bağlı QURUMDAN AÇIQLAMA

  Sosial şəbəkədə Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbdə 10-cu sinif şagirdinin yaşıdına xəsarət yetirməsi ilə bağlı məlumat yayılıb. Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə noyabrın 24-də məktəbin 10-cu sinif şagirdinin sinif yoldaşına aralarında yaranmış mübahisə zamanı xəsarət yetirdiyi bildirilib. Məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım briqadasına və hüquq-mühafizə orqanlarına məlumat verilib. Açıqlamada qeyd edilib ki, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülür, məsələ ilə bağlı araşdırma aparılır. Hər iki şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən nəzarətdə…

Read More
Gündəm 

Cərimə ödənişlərindən komissiya tutulması haqda- Mərkəzi Bankdan açıqlama

“Bu il noyabrın 1-dən etibarən, cərimə ödənişlərini həyata keçirən provayderlərin tələblərinə uyğun olaraq, cərimə ödənişlərinə komissiya haqqı tətbiq olunur”. Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankdan (AMB) bildirilib. Komissiyanın hansı banklarda tətbiq olunmasına da aydınlıq gətirilib: “Ödəniş zamanı tətbiq olunan 0,40 AZN-lik komissiya bütün banklarda vahid qayda ilə həyata keçirilir. Hökumət Ödəniş Portalı vasitəsilə ödəniş edərkən sistemdən istifadə üçün xidmət haqqı tutulmur. Ödənişlərin toplanmasına görə xidmət haqqının hansı formada tutulması isə müvafiq xidmət təşkilatı tərəfindən müəyyənləşdirilir”. Mərkəzi Bankdan həmçinin bildirilib ki, tətbiq olunan komissiya yalnız yol hərəkəti qaydalarının…

Read More
Siyasət 

“Zəngəzur dəhlizi türk dünyasının birliyinin simvoludur”

Türkmənistanda CAREC layihə ofisinin direktoru Merqen Kepbanov bildirib ki, Zəngəzur dəhlizi türk dünyasının birliyini təcəssüm etdirən strateji layihədir. O, bu fikri Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunda səsləndirib. Musavat.com xəbər verir ki, Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası Komitəsinin sədri, “Yüksəliş” hərəkatının rəhbəri Babur Bekmuratov isə Zəngəzur dəhlizinin həm türk dünyası, həm də geniş Avrasiya məkanı üçün strateji əhəmiyyətə malik olduğunu bildirib. Mövzuya münasibət bildirən Türkiyə Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə Əlaqələr Baş İdarəsinin direktor müavini Özcan Aygün deyib ki, Zəngəzur dəhlizinin tam işə düşməsi tarixi hadisə olacaq və…

Read More
Cəmiyyət 

Yeni təhsil modeli repetitorluğa son qoyacaq?

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, təhsilin əsas məqsədi uşaqları yalnız ali məktəbə qəbul imtahanına hazırlamaqdan ibarət olmamalıdır. Onun sözlərinə görə, hazırkı təhsil modeli çox vaxt “yarış” üzərində qurulduğu üçün repetitorluğun geniş yayılmasına gətirib çıxarır. Nazir qeyd edib ki, yeni yanaşmanın əsas hədəfi məktəb daxilində elə bir sistem qurmaqdır ki, müəllimlər dərsdən sonra şagirdlərlə məktəbin özündə işləsin, öyrənmə prosesi məktəbin daxilində mərkəzləşsin və əlavə hazırlıqdan asılılıq azalsın. Onun sözlərinə görə, bu islahatların ideyası ondan ibarətdir ki, dövlətin müəllimə etibar etdiyi şagirdin öyrənməsi bilavasitə məktəbdə təmin edilsin və təhsilin…

Read More
Cəmiyyət 

“12 manata quzu əti” – Monqol əti Azərbaycan bazarına necə yol tapdı?FOTO

Azərbaycanın ət bazarında son aylarda qəribə mənzərə yaşanır. Marketlərin ət vitrinlərinə yaxınlaşanda alıcıların ən çox baxdığı, amma eyni dərəcədə tərəddüdlə yanaşdığı məhsul artıq yerli mal deyil. “Monqol quzusu – 12.99”, “Braziliya əti – 17.99” kimi etiketlər demək olar ki, bütün iri supermarketlərdə gözə dəyir. Ucuz qiymət adamı cəlb etsə də, alıcıların böyük qismi tərəddüd edib geri çəkilir. Satıcılar da bunu gizlətmir: əsas alıcılar adi vətəndaşlar yox, restoranlar və iaşə obyektləridir. Market işçiləri ilə söhbətdən məlum olur ki, Monqolustan mənşəli ətin əsas alıcıları məhz şadlıq evləri, kababxanalar, restoranlar və gündəlik iri…

Read More
Cəmiyyət 

Miras və vərəsəlik – Kim hansı əmlaka iddia edə bilər?

Bir insan dünyasını dəyişəndən sonra onun əmlakı, borcları və digər hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada vərəsəsinə keçir. Lakin təcrübə göstərir ki, miras məsələsi bir çox ailələrdə anlaşılmazlıq və mübahisələrə səbəb olur. Mülki qanunvericiliyə görə, vərəsəlik iki formada yaranır: Vəsiyyət üzrə və qanun üzrə. Əgər mərhum vəsiyyət tərtib etməyibsə, miras qanunun müəyyən etdiyi növbələrə uyğun bölüşdürülür. Birinci növbədə övladlar, rəsmi nikah əsasında olan həyat yoldaşı və valideynlər miras hüququ əldə edirlər. Onlar mövcud olduqda digər qohumların mirasa çıxışı olmur. Birinci növbə olmadıqda, ikinci növbədə olan qardaş-bacılar, nənə-babalar və onların övladları miras…

Read More
Cəmiyyət 

Qoruq elan olunan Tuğ kəndində hansı işlər görüləcək? – Video

Xocavənd rayonunun Tuğ kəndi iki il əvvəl qoruq elan edilib. Kənd Azərbaycan tarixini özündə əks etdirən yaşayış məntəqələrindən biridir. Burada tikilən evlərin quruluşu və memarlıq üslubu diqqət çəkir. Tuğ Qafqaz Albaniyasının qədim tarixini özündə əks etdirən və bu tarixi ehtiva edən abidələrlə zəngindir. Burada xeyli sayda kilsə və monastır mövcuddur. Qısa zamanda burada qoruğun yenidən dirçəlməsi istiqamətində işlər aprılacaq və onlar əsasən ərazinin tarixiliyini qorumaq məqsədi daşıyacaq. Daha ətraflı AzTV-nin videomaterialında:

Read More