Cəmiyyət 

Laçın şəhərinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə növbəti köç karvanı yola salınıb. ARANTV/AZ xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı sentyabrın 23-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə – 86 nəfər köçürülüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət…

Read More
Cəmiyyət 

Kapitan Bakı aeroportuna göyərtədə həyəcan siqnalı barədə sorğu göndərdi

Bu gün Ankara – Bakı müntəzəm reysini həyata keçirən “Ajet” aviaşirkətinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunun aidiyyəti qurumlarına göyərtədə həyəcan siqnalı barədə sorğu göndərib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanı məlumat yayıb. Bildirilib ki, təyyarə yerli vaxtla saat 15:55-də Bakı hava limanına təhlükəsiz eniş edib. Beynəlxalq təhlükəsizlik protokollarına uyğun prosedurlar dərhal icra olunub. Araşdırma nəticəsində müəyyən edilib ki, siqnal əsassız olub və hər hansı təhlükə qeydə alınmayıb. “Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi hər zaman prioritetdir. Əlavə olaraq bildiririk ki, baş vermiş hadisə Heydər Əliyev Beynəlxalq Aeroportunun əməliyyat…

Read More
Cəmiyyət 

Aspirin bağırsaq xərçənginin təkrarlanma riskini yarıya endirir – ARAŞDIRMA

Bağırsaq xərçəngi olan pasiyentlərdə əməliyyatdan sonra gündəlik az dozada aspirin qəbulu xəstəliyin təkrarlanma riskini əhəmiyyətli dərəcədə azaldır. Araşdırmada İsveç, Norveç, Danimarka və Finlandiyadan olan 3500-dən çox pasiyent iştirak edib. Həkimlərin müəyyən genetik mutasiyalar aşkarladığı pasiyentlər üç il ərzində hər gün 160 milliqram aspirin qəbul ediblər. Nəticədə şişin geri qayıtma riski 50 faizdən çox azalıb. “Bu, klinik praktikaya dəyişiklik gətirə bilər”, – araşdırmanın rəhbəri, Stokholmdakı Karolinska İnstitutunun professoru Anna Martlinq bildirib. Alimlər bu effekti aspirin qəbulunun iltihabı azaltması və trombositlərin şişi qorumasına mane olması ilə izah edirlər. Lakin preparatın riskləri də var: eksperiment…

Read More
Cəmiyyət 

22 sentyabr – “Ümumdünya Avtomobilsiz Günü”dür

Dünya əhalisinin diqqətini alternativ nəqliyyata yönəltmək, ictimai nəqliyyatdan istifadəni artırmaq, istilik effekti yaradan qazların azaldılmasına töhfə vermək məqsədilə 1998-ci ildən etibarən hər il sentyabr ayının 22-də “Ümumdünya Avtomobilsiz Günü” (World Car Free Day) keçirilir. Həmin gün dünyanın müxtəlif ərazilərindəki insanlar ekoloji təmiz nəqliyyat növlərindən istifadəyə üstünlük verir, piyada yürüşlər edərək sağlam həyat tərzini təbliğ edir. Siz də “Ümumdünya Avtomobilsiz Günü”ndə piyada gəzinti, velosipedlə yürüş və ya ictimai nəqliyyatdan istifadəyə üstünlük verməklə təbiətə öz töhfənizi verə, #avtomobilsizgün #carfreeday həştəqi ilə bizimlə paylaşa bilərsiniz. Daha az yanacaq, daha təmiz hava!

Read More
Cəmiyyət 

Xüsusi karantin rejiminin müddəti uzadıldı

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 yanvar saat 06:00-dək uzadılıb. Lent.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Read More
Cəmiyyət 

IDEA tərəfindən xilas edilən marallar təbiət qoruğuna buraxılıb

IDEA İctimai Birliyinə daxil olan vətəndaş müraciəti əsasında Daxili İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə növbəti təcili araşdırma tədbirləri həyata keçirilib. ARANTV.AZ xəbər verir ki,  İctimai Birlikdən verilən məlumata görə, IDEA-nın təşəbbüsü ilə aparılan araşdırma nəticəsində Qax rayonunda yerləşən “Eden” restoranının ərazisində 10 baş xallı Sibir maralının qanunsuz olaraq qeyri-sərbəst şəkildə saxlanıldığı faktı aşkarlanıb. Xilas edilən marallar Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən ərazidən götürülərək müayinə və reabilitasiya mərhələsindən keçiblər. Daha sonra, əvvəlki tədbirlər nəticəsində xilas edilən 8 maral da daxil olmaqla ümumilikdə 18 baş maral sərbəst…

Read More
Cəmiyyət 

2500-dən çox abonentin qazı kəsiləcək

Sabah İmişli və Saatlı rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq. Musavat.com-un məlumatına görə, fasilə diametri 315 mm-lik PE “Qaralar kənd” orta təzyiqli daşıyıcı qaz kəməri və üzərindən ayrılan qollarında kipliyin sınağı məqsədi ilə olacaq. Bununla əlaqədar sentyabrın 23-də saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək İmişli rayonunun Qaralar, Cavadxanlı, Bəcirəvan, Mirli, Qaravəlli, Ağcüyür kəndləri və Araz küçəsi, eyni zamanda Saatlı rayonunun Məzrəli və Naharlı kəndlərində ( 2 min 516 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

Read More
Cəmiyyət 

“Masdar” Azərbaycana 1,2 milyard dollar sərmayə qoyacaq

“Masdar” şirkəti Azərbaycanda bərpa olunan enerji (BOEM) layihələrinin inkişafına 1,2 milyard ABŞ dollarından çox sərmayə yatıracaq. Bu barədə “Masdar” şirkətinin MDB regionu üzrə inkişaf və investisiya şöbəsinin rəhbəri Məryəm Əl Mazrui I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) bildirib. O, “Masdar”la Azərbaycan arasında əməkdaşlığın 2018-ci ildə Energetika Nazirliyi ilə birgə başladığını xatırladıb. Bu əməkdaşlıq nəticəsində ölkədə ilk böyük bərpa olunan enerji obyekti – 230 MVt gücündə günəş elektrik stansiyası tikilib və artıq iki ilə yaxındır ki, uğurla fəaliyyət göstərir. M. Əl Mazruinin sözlərinə görə, 2024-cü ildə Bakı Enerji Həftəsi çərçivəsində “Masdar” və SOCAR 1 GVt həcmində…

Read More
Cəmiyyət 

Bu ədviyyat həm beyni, həm də ürəyi qoruyur – Sarıkökün faydaları

Sarıkök (turmeric) — mətbəxdə geniş istifadə olunan ədviyyat olmaqla yanaşı, həm də sağlamlıq baxımından çox faydalı təsirləri ilə tanınır. Araşdırmalar nəticəsində məlum olub ki, onun əsas aktiv maddəsi kurkumin güclü iltihab əleyhinə və antioksidant xüsusiyyətlərə malikdir və onun insan bədəni üçün faydaları çoxdur. Aşağıda həmin faydalarını bəzilərini sizə təqdim edirik: Sarıkökün insan bədəninə faydaları: İltihab əleyhinə təsir – oynaq ağrılarında, artritdə və iltihabi xəstəliklərdə şikayətləri yüngülləşdirə bilər. Antioksidant qoruma – sərbəst radikallarla mübarizə apararaq hüceyrələrin zədələnməsinin qarşısını alır. Həzm sisteminə fayda – qaraciyərin fəaliyyətini dəstəkləyir, öd axını yaxşılaşdırır və həzmi asanlaşdırır.…

Read More
Cəmiyyət 

İlahiyyatçı: Yaslarda yemək vermək İslam ənənəsinə aid deyil

“Ümumiyyətlə yaslarda camaata yemək vermək adət və ənənəsi dinimizdə yoxdur.” Bunu BiG.AZ-a açıqlamasında ilahiyyatçı Yaşar Qurbanov bildirib. O, qeyd edib ki, hələ peyğəmbərimizin zamanında Həzrəti Əlinin qardaşı İbn Əbu Talib şəhid olduqda peyğəmbərimiz məsləhət görüb ki, onun ailəsinə yardım edilsin, çünki ailəsi yasa qapılmışdı. Belə təmtəraqlı yemək verilməsi məsələsinə isə dinimizdə yer yoxdur: “Bir çox müsəlman ölkəsində belə adətə rast gəlmirik. Bəzi ölkələrdə ölünün arxasınca yemək və ehsan vermək qaydası ümumiyyətlə yoxdur. Dinimizin tövsiyə etdiyi adət odur ki, ölənin adından yaxınlarına yardım edilir, ehtiyacı olanlara kömək göstərilir. Yaxşı olar ki, vəfat…

Read More