Cəmiyyət 

Oğuzda vələs və fıstıq ağaclarını kəsən şəxs tutulub

Oğuz rayonunun Calut kəndində vələs və fıstıq növündən olan 12 ağacın kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır. DİN-in mətbuat xidmətinin regional qrupundan AZƏRTAC-a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Zamir Həsənov saxlanılıb. Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Read More
Cəmiyyət 

Bazarda qiymətlər bahalaşdı – Bu balığın kiloqramı 30 manata satılır

Keşlə bazarında həm yerli, həm də xaricdən gətirilmiş müxtəlif balıq növləri satışa çıxarılıb. Qiymətlər balığın növünə və mənşəyinə görə dəyişir. Milli.Az xəbər verir ki, satıcıların sözlərinə görə, isti havalara baxmayaraq yaxın günlərdə alıcılığın artacağı gözlənilir. “Beluqa balığının kiloqramı hazırda 30 manata təklif olunur. Salyandan gətirilən yerli balıqlar isə ötən illə müqayisədə bahalaşıb. Keçən il 4-5 manata satılan balıq bu il 6-7 manata təklif edilir”.

Read More
Cəmiyyət 

Naxçıvanda istirahət mərkəzində ölən şəxslərin kimliyi məlum oldu

Şahbuzda istirahət mərkəzində su üzərində olan platformanın aşması nəticəsində ölən şəxslərin adları məlum olub.  Hadisə zamanı 1983-cü il Hüseynova Sevinc Abdulla qızı, onun qızı 2011-ci il təvəllüdlü Hüseynova Ceyran Tural qızı və nənə, 1947-ci il təvəllüdlü Məmmədova Səbinə Xəlil qızı vəfat edib. Faktla bağlı Şahbuz Rayon Prokurorluğunda araşdırma aparılır. (Report)

Read More
Cəmiyyət 

Ad məsələsi – Dədə Qorqud presedenti unudulub…

Bu il 534 uşağa Hüseyn, 517 körpəyə Əli, 516 çağaya Yusif, 388 cıqqılıya isə Ömər adı verilibmiş. Təxminən 15 ildən çoxdur ki, Yusif ən populyar adlar sırasındadır və bu, fenomen “Həzrət Yusif” serialına görədir. Qədirbilən və surətpərəst xalqımız İosifin iztirablarına biganə qala bilmir. Əli, Hüseyn və Məhəmməd adları ölkəmizdə bineyi-qədimdən populyar olub və bu, uzun müddət belə də davam edəcək. Şair demişkən, “yenə bu müqəddəs adlar dirilir”. (Şairin adını bilə-bilə çəkmirəm, çəksəm, deyəcəklər, hökumətdən ev, mükafat alıb, ona görə də tutulanları müdafiə etmir, ümumiyyətlə, şeir yaza bilmir). Ancaq son illərdə…

Read More
Cəmiyyət 

Boşanma, kredit və borc yükü – Məhkəmələr hansı qərarı verir?

Hazırda məhkəmələrdə ən çox baxılan işlərdən biri də həyat yoldaşının adına götürülən kreditlərin boşandıqdan sonra ödənilməməsi ilə bağlıdır. Xüsusilə də keçmiş həyat yoldaşının adında əmlak yoxdursa, bu cür proseslərdə cavabdeh çətin durumda qalır. Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən vəkil Rəşad Əliyev bildirib ki, qanunvericiliyə görə nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin olunması üçün üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi öhdəliyi sayılır və hər ikisi üçün vəzifələr yaradır. Ailə Məcəlləsinin tələbinə əsasən, ər-arvadın əmlak bölgüsü ilə bağlı iddialarına baxılarkən ümumi öhdəliklər üzrə borclar onların mülkiyyət payına uyğun olaraq bölünür.…

Read More
Cəmiyyət 

Kağız jurnallar ləğv olunur – yeni tədris ilindən “Rəqəmsal məktəb” sistemi tətbiq ediləcək

Yeni tədris ilindən etibarən Bakı şəhərində yerləşən məktəblərdə kağız jurnalların ləğv edilməsi və bütün proseslərin yalnız “Rəqəmsal məktəb” platforması üzərindən aparılması təhsil sistemində mühüm yenilikdir. Bu qərar sadəcə bir texniki dəyişiklik deyil, əslində, idarəetmənin müasirləşməsi, şəffaflığın təmin edilməsi və tədris keyfiyyətinə nəzarətin gücləndirilməsi baxımından strateji addımdır. İndiyədək müəllimlər eyni məlumatı həm kağız, həm də elektron formada doldurmaq məcburiyyətində qalırdılar ki, bu da əlavə vaxt itkisinə, bəzən də qeyri-dəqiqliklərə səbəb olurdu. Artıq bütün proses vahid platforma üzərindən aparılacaq və bu, müəllimlərin iş yükünü yüngülləşdirməklə yanaşı, idarəetmədə çevikliyi artıracaq. Statistik məlumatlar göstərir…

Read More
Cəmiyyət 

“Sosial şəbəkə asılılığı insanın həyat keyfiyyətini aşağı salır” – Psixoloq

Son illər sosial şəbəkələrin istifadəsi sürətlə artıb. Əvvəlcə sadəcə ünsiyyət və məlumat mübadiləsi üçün nəzərdə tutulan bu platformalar indi insanların gündəlik həyatının böyük hissəsini təşkil edir. Mütəxəssislərin fikrincə, sosial şəbəkələrdən həddən artıq istifadə asılılığa çevrilir və psixoloji problemlərə yol açır. Klinik psixoloq Ramilə Qasımova mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında bildirib ki, sosial şəbəkə asılılığı beynin “mükafat sistemi” ilə sıx bağlıdır: “İnsan telefonuna bildiriş gəldikdə və ya paylaşımına bəyənmə aldıqda beyində dopamin ifraz olunur. Bu, müvəqqəti sevinc hissi yaradır. Lakin zamanla insan bu hissi daha çox yaşamaq üçün şüursuz olaraq sosial şəbəkədə…

Read More
Cəmiyyət 

Müəllimlər üçün vahid geyimə keçid

Ekspert deyir ki, ölkə miqyasında məcburi şəkildə vahid formaya keçid müəyyən mübahisələr doğura bilər, çünki…  Samux rayonu Qarayeri qəsəbə 2 nömrəli tam orta məktəbin kollektivi 2025-2026-cı tədris ilindən vahid məktəbli geyim formasından istifadə edəcək. Məlumata görə, ötən tədris ilində keçirilmiş Pedaqoji Şurada bu barədə yekdil qərar qəbul edilib. Yeni tədris ilindən müəllimlərin yay geyim forması belə olacaq: qadınlar üçün ağ kofta, göy qalstuk və qara ətək; kişilər üçün qara şalvar, ağ köynək və qara qalstuk. Soyuq aylarda isə jilet və kostyumlardan istifadə nəzərdə tutulur. Qərar 30 nəfərdən ibarət olan pedaqoji…

Read More
Cəmiyyət 

II Əbdülhəmid Fələstini yəhudilərə niyə satmadı?

“Torpaq mənim deyil, mənim xalqımındır” O gün sosial şəbəkədə qarşıma bir video çıxdı. Ərəb dilində danışan biri yana-yana və dönə-dönə Fələstinlə yanaşı 34-cü Osmanlı sultanı və 113-cü İslam xəlifəsi II Əbdülhəmidin (1876 – 1909) adını çəkdi. Bu, məni xeyli düşündürdü. Yaddaşımın dərinliyində itib-batmış bu məsələni yenidən xatırladım. Dəqiqlik üçün II Əbdülhəmid ilə Fələstin arasındakı tarixi əlaqəni araşdırmağa qərar verdim. Sirr deyil ki, İsrailə münasibətdə Türkiyə ilə Azərbaycan (eləcə də Qazaxıstan və Özbəkistan) arasında ziddiyyət var. Və bu ziddiyyətin kökündə dayanan amillərdən biri də bu araşdırmanın nəticəsindən qaynaqlanır. Yəni çağdaş Türkiyə…

Read More
Cəmiyyət 

Qızıl alanlar, tələsin! Ay sonuna qiymət daha da artacaq-REPORTAJ, FOTOLAR

Məhərrəmlik ayı bitdikdən sonra bir neçə sahədə olduğu kimi, qızıl bazarında da canlanma müşahidə olunur. Toy, nişan mərasimləri üçün hazırlığa başlayanlar qızıl dükanlarını gəzməyə başlayıblar. Qızılın alışında isə artım davam etməkdədir. Hazırda ən çox tələbat olan türk qızılının (585 əyar) bir qramının qiyməti 135 manatdır. Bir neçə qızıl dükanında apardığımız müşahidələr göstərdi ki, qiymət hər nə qədər yüksək olsa da, alıcılar məcburən əllərini cibinə salmalı olurlar. Alıcılar bildirdilər ki, maddi baxımdan sıxıntı yaransa da, başqa yolu yoxdur, həyatda bir dəfə olan toy üçün hazırlıq görməlidirlər: Alıcı: “Qiymətlər çox bahadır. Günü-gündən də…

Read More