Cəmiyyət 

Aysellə Oqtayın məhkəməsi oldu

Xəbər verdiyimiz kimi, bloger Aysel Şükür keçmiş həyat yoldaşı Oqtay Əhmədovu məhkəməyə verib. Buna səbəb Oqtayın aliment ödəməməsi və onun sosial şəbəkədə canlı yayımda Ayseli tənqid etməsi olub. Bloger sonuncu dəfə məhkəmə qərarını paylaşıb və ondan razı qalmadığını bildirmişdi. Aysel yenidən Oqtaya qarşı iddia qaldırdığını deyib: “Haqqını qorumaq, şəxsiyyətini və adını təmiz saxlamaq üçün səssizliyi sındırmalı olursan. Bir müddət əvvəl Nəsimi Rayon Məhkəməsində qarşı tərəf barəmdə irəli sürdüyü bütün iddiaları bir-bir danmışdı. Gah deyirdi “mən Aysel Şükürova haqqında danışmamışam”, gah deyirdi “başqa Aysel idi”, gah da məsuliyyəti üzərindən atıb “kimsə…

Read More
Cəmiyyət 

Avqustun 2-si Azərbaycan Kinosu Günüdür

Bu gün Azərbaycan Kinosu Günüdür. Ulu Öndər Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı – Azərbaycan Kinosu Günü kimi qeyd olunur. AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan kinosunun yaranmasının 127-ci ildönümü tamam olur. Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma…

Read More
Cəmiyyət 

DYP bu sürücülərə müraciət etdiFOTO

Quba rayon sakini Rövkət Yunusovun idarə etdiyi “QAZ-3302” markalı avomobil Xaçmaz şəhəri ərazisində hərəkətdə olarkən qəflətən avtomobil yoldan çıxaraq ayırıcı zolağa çırpılıb. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, sürücü hadisə yerində həyatını itirib. İlkin məlumata əsasən, sürücünün qəzadan əvvəl ürəktutmasından dünyasını dəyişdiyi ehtimal olunur. Baş Dövlət Yol Polisi İdarəsi son vaxtlar havaların isti keçməsi fonunda analoji hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha səhhətində ciddi problemlər olan sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edir: “Eyni zamanda, belə hallarla mübarizədə yaxın ətrafın rolu da vacibdir. Xüsusilə ailə üzvlərindən xahiş olunur…

Read More
Cəmiyyət 

Mc Donalds-da çəkilən görüntülər şoka salır – Burqerlər belə hazırlanırmış – VİDEO

Sosial şəbəkələrdə yayılan video narazılıq doğurub. Milli.Az xəbər verir ki, Mc Donalds-da çəkildiyi iddia olunan görüntülərdə donmuş ətlərin bişirilməsi əks olunub. Videoya “bir də orada yemək yeməyəcəyəm”, “natəmizlikdir” tərzində şərhlər yazılıb. Kadrların hansı ölkədə çəkildiyinə dair məlumat yoxdur.

Read More
Cəmiyyət 

Süni boşanmalar niyə artır?

Üzeyir Şəfiyev: “Bu məsələ tendensiya halı alarsa, təhlükəli ola bilər” Son illər Azərbaycanda rəsmi boşanma hallarında müşahidə olunan artım cəmiyyətin müxtəlif təbəqələrində narahatlıq doğurur. Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər göstərir ki, boşanmaların sayı ildən-ilə artır və bu tendensiyanın səbəbləri təkcə ailədaxili münaqişələrlə izah olunmur. Sosial tədqiqatçıların və demoqrafların fikrincə, bu artımın arxasında bəzən daha dərin və təəssüf doğuran motivasiyalar dayanır. Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev sosial media hesabında bildirib ki, boşanmaların hamısı ərlə arvadın yola getməməsi səbəbindən olmur:  “Şahidi olduğum bəzi boşanmaları sizlərin də diqqətinizə çatdırım. İpoteka…

Read More
Cəmiyyət 

Məktəbli formaları bu il neçəyədir?

Köynək 8 manat, jaket 20 manat; Etibar Əzimov: “Qiymətlərdə endirimlər keyfiyyətə təsir etməyəcək” “Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli ”Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərarına əsasən, ümumi təhsil müəssisələrində 4 növ geyim formasından biri tətbiq edilir”. Bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli səsləndirib. O qeyd edib ki, 2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib: “Valideynlər, xüsusilə övladları birinci sinfə gedənlər agentliyin və yerli bölmələrinin…

Read More
Cəmiyyət 

Bakıya “Qırmızı Xaç” böhtanı

Deputat Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycanda fəaliyyətinə heç bir əsas görmür; separatçılar şikayətçi deyillər, bəs o zaman… Ermənistanın “Joqovurd” qəzeti yazıb ki, guya Azərbaycan hakimiyyəti Beynəlxalq Qırmızı Xaç Komitəsinin ofisini bağlamaq və heç bir nümayəndəsinin hərbi cinayətlərdə təqsirləndirilən erməni məhbuslara baş çəkməsinə icazə verməmək qərarına gəlib. Nəşr erməni məhkumların ailə üzvlərindən öyrənib ki, “Azərbaycan onlara baş çəkməyi qadağan edib”. Amma o da bir gerçəkdir ki, Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerli nümayəndəliyinin hazırkı fəaliyyətinə ehtiyac duymur və bunu bir neçə ay əvvəldən bəyan edib. Hökumət hesab edir ki, BQXK-nin fəaliyyətini…

Read More
Cəmiyyət 

Sərhəddə ƏMƏLİYYAT: Azərbaycana narkotik keçirilməsinin qarşısı alındıFOTO

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb. Bu barədə Musavat.com-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 5 kiloqram 820 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Read More
Cəmiyyət 

Yay tətili: Azərbaycan təhsil sistemində itirilmiş fürsət

Yay tətilinin uşaqlar üçün təkcə dərsdən azad vaxt deyil, həm də onların sosial, psixoloji və yaradıcı inkişafı üçün strateji əhəmiyyət daşıyan bir mərhələ olduğunu anlayan ölkələr uzun illərdir bu dövrü sistemli şəkildə təşkil edir, planlaşdırır və tənzimləyirlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycanda təhsilə ayrılan diqqət və qayğı heç vaxt olmadığı qədər artmış, xüsusilə də məktəbəqədər və ibtidai təhsil səviyyəsində yeni məktəblərin açılması, müəllim hazırlığı, infrastruktura investisiyalar və sosial rifah paketləri göstərir ki, ölkənin siyasi rəhbərliyi təhsili prioritet sahə olaraq görür. Prezidentin təşəbbüsü ilə həyata keçirilən “Təhsilə dəstək”…

Read More
Cəmiyyət 

Kazino biznesi turizmin potensialını genişləndirəcək

Uğurla reallaşdırılan islahatlar qeyri-neft sektorunun ən gəlirli sahələrindən olan turizmin inkişafına da ciddi təkan verib. Ölkəmizin başçısının diqqət və qayğısı sayəsində bu gün turizm iqtisadiyyatımızın aparıcı sahəsinə çevrilib. Ölkəmizə gələn turistlərin sayı qeyri-neft sektorunun gəlirlərinin daha da artmasına təkan verir, iqtisadi potensialımızı möhkəmləndirir. Respublikamızdakı ictimai-siyasi sabitlik, əmin-amanlıq,  yüksək səviyyəli təhlükəsizlik, infrastruktur və xidmət sektorunun vəziyyətinin yaxşılaşdırılması, Azərbaycanın dünyada tanıdılması yönündə aparılan ardıcıl işlər, ölkəyə gəliş-gedişin, viza sisteminin sadələşdirilməsi, şübhəsiz ki, artımı təşviq edir. Turist axını həm də pul axını deməkdir. Prezident İlham Əliyevin imzaladığı Fərmanla Xəzər dənizinin (gölünün) ölkəmizə mənsub bölməsində süni torpaq…

Read More