Cəmiyyət 

Reyestri olmadan fəaliyyət göstərən çap mediası CƏRİMƏLƏNƏCƏK

Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektləri 5000 manatadək cərimələnəcək. Musavat.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni – 381.15-ci maddədə əksini tapıb. Qanuna əsasən, Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektinin çap mediası məhsulunun, həmin subyekt, nəşriyyat (naşir) və ya yayıcı tərəfindən nəşri və ya yayımına görə fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək məbləğədək cərimə ediləcək. Bu Məcəllənin yuxarıdakı maddəsində yayıcı dedikdə nəşriyyatla və ya (naşirlə) müqavilə bağlamaqla…

Read More
Cəmiyyət 

Arif Babayev Qarabağın qələbə sevincini muğama yazdı – FOTO

“Arif Babayev yeni bir dövrün əsasını qoymuşdu. Öz yaradıcılığı və sənəti ilə XX əsrin ikinci yarısının, eləcə də yaşadığımız dövrün bütün hisslərini, emosiyalarını və tarixi olaylarını əks etdirmişdi. Qarabağ mövzusunu, Azərbaycan xalqının qəhrəmanlıq əzmini, qələbə sevincimizi yeni intonasiyalar, yeni hisslər və yeni ifadələrlə musiqidə canlandırmışdı”. ARANTV.AZ  xəbər verir ki, bunu Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə deyib. O bildirib ki, Arif Babayev böyük bir məktəb yaradıb və bu gün onun ənənələri Azərbaycan Milli Konservatoriyası və tələbələri tərəfindən uğurla davam etdirilir: “Bildiyiniz kimi, “Arif” anlayışı təkcə bir insanın adı deyil. Təsəvvüf…

Read More
Cəmiyyət 

Arif Babayevin oğlu Prezidentə təşəkkür etdi

Xalq artisti, muğam ustadı Arif Babayevin oğlu Yaşar Babayev vida mərasimində çıxış edərək Prezident İlham Əliyevə təşəkkürünü bildirib. ARANTV.AZ  xəbər verir ki, o, atasının həyatdan xoşbəxt köçdüyünü deyib: “Həkimlərimizə, dövlətimizin başçısına təşəkkürümü diqqət və qayğı ilə çatdırıram. Atam həyatdan xoşbəxt köçdü, çünki bütün arzularını – Qarabağı görmək arzusunu reallaşdırdı. Göstərdiyiniz əziyyətə görə çox sağ olun”.

Read More
Cəmiyyət 

Üç rayon xəstəxanasına yeni direktorlar təyin edildi

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar və direktor müavinləri təyin olunub. Bu barədə Musavat.com-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, Goranboy Rayon Mərkəzi Xəstəxanasına Rafayil Mustafayev, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına Asəf Məmmədov, Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına isə Sayiq Səmədov rəhbərlik edəcək. Goranboy Rayon Mərkəzi Xəstəxanasının direktoru Rafayil Mustafayev yeni təyinatınadək Bərdə Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinin müdiri vəzifəsində fəaliyyət göstərib. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının direktoru Asəf Məmmədov yeni təyinatınadək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Mərkəzi Hərbi Həkim Komissiyasının rəisi vəzifəsində çalışıb. Gədəbəy…

Read More
Cəmiyyət 

BQXK-nın Azərbaycan Nümayəndəliyi BU TARİXDƏ fəaliyyətini dayandıracaq

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyi fəaliyyətini sentyabrın əvvəlində dayandıracaq. “Report”un məlumatına görə, bu barədə qurumun Azərbaycan Nümayəndəliyinin ölkədə diplomatik fəaliyyəti başa çatan rəhbəri Draqana Koyiç avqustun 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun qəbulunda olarkən bildirib. O, Azərbaycan hökumətinin təşkilatın fəaliyyətinə göstərdiyi dəstəyə və əməkdaşlığa görə məmnunluğunu ifadə edib. Nümayəndəliyin fəaliyyətini cari ilin sentyabr ayının əvvəli dayandırmasından sonra da BQXK ilə Cenevrədə yerləşən baş qərargah vasitəsilə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Read More
Cəmiyyət 

SON DƏQİQƏ: Xalq artisti Arif Babayev dünyasını dəyişdi

Xalq artisti Arif Babayev dünyasını dəyişib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Oxu.az-a onun oğlu Yaşar Babayev məlumat verib. O qeyd edib ki, A.Babayev səhər saat 6-da vəfat edib. Y.Babayev əlavə edib ki, 87 yaşlı Xalq artisti ürək çatışmazlığından dünyasını dəyişib. Qeyd edək ki, Arif Babayev 1938-ci il fevralın 20-də Ağdamın Sarıhacılı kəndində anadan olub.

Read More
Cəmiyyət 

Ankarada “Şuşa – Qarabağın tacı, Qafqazın sənət məbədiFOTO

“Türk dünyasının mədəniyyət paytaxtı” adlı kitabın təqdimatı olacaq Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Türkiyə paytaxtında yerləşən baş katibliyinin binasında avqustun 1-də “Şuşa” kitabının təqdimatı olacaq. Türk dünyasının və Azərbaycanın mədəniyyət paytaxtı haqqında kitabın çapdan çıxmasına həsr olunmuş tədbirin keçirilməsinə Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin Ankaradakı səfirliyi də dəstək göstərib. TÜRKSOY-un Baş katibi Sultan Raevin adından göndərilən dəvətnamədə bundan əvvəl Türk dünyasının mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin tarixi əhəmiyyətinə diqqət yetirilir. Təşkilatın Baş katibi Şuşanı “Qarabağın tacı” və “Qafqazın incisi” adlandırır. Elçin Əhmədov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının…

Read More
Cəmiyyət 

Fuad Muradovun qayınanası ilə bağlı araşdırma başladıldı

Paytaxtdakı 171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyevanın müəllimlərə qarşı uyğunsuz davranışı və səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən araşdırma aparılacaq. Bu barədə BŞTİ-dən “Azərbaycan müəllimi”nə məlumat verilib. Xəbər verdiyimiz kimi, sözügedən məktəbin ingilis dili müəlliməsi Leyla Hüseynova direktorun müəllimləri əsassız ittihamlarla üz-üzə qoyduğunu bildirib. Onun sözlərinə görə, Z.Məsiyeva müəllimlərə qarşı davamlı şəkildə təhqiredici münasibət göstərir, iş mühitini dözülməz hala gətirir. O qeyd edib ki, direktor müəllimlərin dərs otağında onları təhqir edərək videoya çəkib və “bura donuzxanadır” kimi ifadələr işlədib. pizza hut Qeyd edək…

Read More
Cəmiyyət 

Mingəçevirdə “Tullantısız gələcək” devizi altında maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Radioaktiv Şüalanmadan Zərərçəkmişlərin Müdafiəsi ” İctimai Birliyi 30 iyul  2025 -ci il tarixində Mingəçevir şəhərində yerləşən “Mingəçevir Regional QHT-lərin Resurs və Təlimi” İctimai Birliyinin ofisində“Tullantısız gələcək” devizi altında maarifləndirici tədbirlərin keçirilməsi”layihəsi çərçivəsində tədbir təşkil edib. Tədbirdə çıxış edən layihə rəhbəri Aytən Hüseynova bildirib ki, layihənin məqsədi Mingəçevir şəhərində yerli əhalinin tullantıların təkrar email ilə bağlı məlumatlılığını artırmaqdan ibarətdir.Ətraf mühitin mühafizəsinə töhfə vermək hər kəsin borcudur. Hər kəs ana təbiətin qorunmasında pay sahibi olmalıdır. Bunun üçün ekoloji tərbiyə də əhəmiyyətlidir. Azyaşlılara…

Read More