Cəbhədən Xəbər 

Tərtərdə yol işçiləri minaya düşüb: Xəsarət alanlar var – YENİLƏNİB

Tərtərdə minaya düşən şəxslərlə bağlı rayon prokurorluğu məlumat yayıb. Tərtər Rayon Prokurorluğundan verilən məlumata görə, 18 fevral 2022-ci il tarixdə Tərtər rayonunun Çaylı kəndi ərazisində təmir işləri aparan zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları 1963-cü il təvəllüdlü Alışah Səfərov və 1965-ci il təvəllüdlü Faiq Səfərov mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır. 15:12 Bu gün Tərtər rayonunda mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb. Azərbaycan…

Read More
Cəbhədən Xəbər 

Tərtərdə yol işçiləri minaya düşüb, xəsarət alanlar var

Bu gün Tərtər rayonunda mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, partlayış minatəmizləmə əməliyyatlarının icra edilmədiyi ərazidə baş verib. Belə ki, 1963-cü il təvəllüdlü Alışan Səfərov Şərif oğlu və 1965-ci il təvəllüdlü Faiq Səfərov İsmayıl oğlu mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Zərərçəkənlər dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər. Onların, 42 saylı Yol istismar idarəsinin əməkdaşları olduğu müəyyən edilib. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Read More
Cəbhədən Xəbər 

Ordunun mühəndis-istehkam bölmələrində praktiki məşğələlər keçirilir – VİDEO

2022-ci ilin fəaliyyət planına uyğun olaraq, Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrində praktiki məşğələlər keçirilir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məşğələlərə cəlb edilən şəxsi heyət Mühəndis Qoşunlarının silahlanmasında olan texnika və avadanlıqlardan istifadə etmək vərdişlərini təkmilləşdirir. Mühəndis bölmələri azad edilmiş ərazilərdə dislokasiya olunan qoşunların fəaliyyətini təmin etmək, həmçinin infrastrukturun bərpa edilməsi və digər tapşırıqlar üzrə praktiki bacarıqlarını artırır.

Read More
Cəbhədən Xəbər 

Hərbi təyyarələrimiz təlim uçuşları həyata keçirir – VİDEO

Döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) təlim uçuşları keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ssenariyə əsasən MiQ-29 tipli təyyarələrlə kiçik və orta hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra edilib. Təlimlər zamanı pilotlar tərəfindən şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınmaqla onun yerüstü hədəflərinin koordinatlarının təyin edilməsi və hava döyüşlərinin aparılması üzrə tapşırıqlar məşq olunub. Təlimlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Read More
Cəbhədən Xəbər 

Bakıda itkin düşmüş kursant tapılıb

Heydər Əliyev adına Hərbi Akademiyanın kursantı, fevralın 13-də itkin düşmüş Hüseynli Vüsal Elşən oğlu tapılıb. Vüsal Hüseynli hərbi polis tərəfindən tapılaraq ailəsinə təhvil verilib. Müdafiə Nazirliyindən “İki sahil”ə xəbəri təsdiqləyiblər. Xatırladaq ki, V.Hüseynli 3 gün əvvəl akademiyaya getmək üçün yaşadığı Sumqayıt şəhərindən Bakıya gəlmişdi. Həmin gündən ondan xəbər yox idi. Onun tapılması məqsədilə Müdafiə Nazirliyinin hərbi polis idarəsi aidiyyəti hüquq-mühafizə orqanları ilə axtarış tədbirləri həyata keçirirdi.  

Read More
Cəbhədən Xəbər 

Hərbi hissələrin döyüşə hazırolma vəziyyəti yoxlanılıb – VİDEO

Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına əsasən Quru Qoşunlarının, o cümlədən Hərbi Dəniz Qüvvələrinin hərbi hissə və birləşmələrində bölmələrin döyüşə hazırolma vəziyyəti qəfil yoxlanılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, yoxlamalar zamanı “Həyəcan” siqnalı ilə qaldırılaraq təyinat rayonuna çıxarılan tank bölmələrinin tapşırıqları dəqiqləşdirilib. Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları və hərbi gəmilərin heyətləri tərəfindən Xəzər dənizinin Azərbaycana məxsus sektorunda əməliyyat şəraiti, eləcə də strateji təyinatlı infrastrukturların mühafizəsi üzrə döyüş tapşırıqları barədə məruzələr dinlənilib. Yoxlamaların keçirilməsində əsas məqsəd qoşun növü bölmələrinin qarşılıqlı əlaqədə döyüşə hazırolma vəziyyətinə…

Read More
Cəbhədən Xəbər 

Separatçılar növbəti təxribata əl atır: “Atəş hazırlığı”na başlayırlar

Qarabağda sülhməramlıların müvəqqəti məsuliyyət zonasındakı erməni separatçıları növbəti təxribatlara hazırlaşır. Belə ki, separatçılar ərazidəki mülki əhaliyə atəş hazırlığı dərslərinin keçiriləcəyini bildiriblər. Sözügedən atəş hazırlığı separatçıların bölgədə yeni təxribatlara hazırlaşdığını göstərir. Bir müddət əvvəl mövqelərimiz istiqamətində qumbara atan ermənini xatırlasaq, o zaman bu atəş hazırlığı “təşəbbüs”ünün də arxasında dayanan planları sezmək mümkündür. Ancaq ermənilərin istənilən təxribatının qətiyyətlə alınacağına şübhə yoxdur. Azərbaycan ordusu bunun üçün bütün imkanlara sahibdir və bu cür təxribatları neytrallaşdıra bilmək iqtidarındadır. Buna baxmayaraq, istənilən halda “atəş hazırlığı” adı altında ermənilərin planlarına ilk növbədə Rusiya sülhməramlıları müdaxilə etməli, mümkün…

Read More
Cəbhədən Xəbər 

DSX hərbi hissəsində andiçmə mərasimi keçirilib

Fevralın 15-də Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. ARANTV.AZ xəbər verir ki,  qurumdan verilən məlumata görə, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra DSX rəisi, general-polkovnik Elçin Quliyevin təbrik telefonoq­ramı şəxsi heyətə çatdırılıb. Tədbirdə çıxış edənlər gənc əsgərlərin DSX heyəti sırasına daxil olduqları günün Azərbaycan Respubli­kasının Prezi­denti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Koman­danı İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsində ölkəmizin ərazi bütöv­lüyünün bərpa olunmasından sonra sərhəd mühafizəsi tarixinin şanlı döv­rünə təsa­düf etdiyini vurğulanıblar. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə dövlət sər­həd­lərimizin müdafiəsi və mühafizəsi…

Read More
Cəbhədən Xəbər 

Müdafiə Nazirliyi: “Qanunsuz erməni silahlı dəstə üzvünün ağır yaralanması barədə məlumat yalandır”

Erməni mətbuatında yayılan guya Azərbaycan Ordusunun bölmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində atəş açması nəticəsində qanunsuz erməni silahlı dəstə üzvünün ağır yaralanması barədə məlumat yalandır. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, erməni tərəfi qanunsuz birləşmənin üzvləri arasında baş verən cinayətləri ört basdır etmək üçün növbəti təxribata əl atıb.

Read More
Cəbhədən Xəbər 

Qanunsuz erməni silahlı dəstə üzvlərinin apardığı mühəndis işlərinin qarşısı alınıb – RƏSMİ

Qanunsuz erməni silahlı dəstə üzvlərinin apardığı mühəndis işlərinin qarşısı alınıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Fevralın 15-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntıların aparılması tərəfimizdən müşahidə edilib. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlərin qarşısı dərhal alınıb.

Read More