Gündəm Manset 

Ramin Bayramlı bu xəstəxanaya yeni direktor TƏYİN ETDİ .

Bərdə Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub. ARANTV.AZ xəbər verir ki bunula bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) idarə heyətinin sədri Ramin Bayramlı əmr imzalayıb. Əmrə əsasən, Vüsal Məmmədov Bərdə Rayon Mərkəzi Xəstaxanasına direktor təyin edilib. Qeyd edək ki, Vüsal Məmmədov 2003-cü ildə Bərdə Rayon Mərkəzi Xəstəxanasında həkim kimi əmək fəaliyyətinə başlayıb. V.Məmmədov 2013-cü ildən Bərdə Müalicə Diaqnostika Mərkəzində cərrah işləyir. Qeyd edək ki, bundan əvvəl rayon mərkəzi xəstəxanasının baş həkimi vəzifəsində işləyən Nizami Mehdizadə işində verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Read More
Manset Sosial 

Beynəlxalq Müdafiə Gününüz mübarək, əziz uşaqlar!

Bəlkə də uşaqlar yeganə varlıqlardır ki, hər kəs öz payına düşdüyü xoşbəxtliyi onlarla bölüşərək həyatlarının ən böyük həzzini yaşayırlar. Uşaqsız evi susuz dəyirmana bənzədən müdriklərimiz, əslində uşaqların ailədə və bütövlükdə cəmiyyətdə varislik prinsipinin qorunub saxlanlmasında əvəzolunmaz bir qüvvə olduğunu vurğulamağa çalışmışlar. Bütün bu prinsiplərin konseptual müstəvidə reallaşmasına hər daim diqqət ayıran Azərbaycan dövləti zaman-zaman müxtəlif dövlət proqramları qəbul etmiş, uşaqların xoşbəxt gələcəyinin təmin olunması istiqamətində bütün imkanları səfərbər etmişdir. Əsas bir məqamı qeyd etmək yerinə düşər ki, əvvəlki illərlə müqayisədə son zamanlar uşaq ölümlərinin azalması tendensiyası müşahidə olunur. Belə ki,…

Read More
Manset 

1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günüdür

1 iyun – Uşaqları  Beynəlxalq Müdafiə Günüdür. Bu gün münasibəti  ilə Bərdə rayonunda məktəb, məktəbəqədər, məktəbdənkənar təhsil müəssisələrində və mədəniyyət ocaqlarında pandemiya  qaydalarına əməl olunmaqla  kiçik qruplar halında  uşaqların Ulu öndər Heydər Əliyevin abidəsini  ziyarət etməsi ilə müxtəlif tədbirlər keçirilmişdir. Həmin gün rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya başda olmaqla bir qrup partiya fəalı- Səba Məmmədova, Cavid İbişov, Nurayə Məmmədova və Elmir Məmmədov  Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə keçirilən “Şəhid ailələrinə qayğı”  aksiyası  çərçivəsində  Vətən müharibəsinin  hərbi və mülki şəhidlərinin  ailələrində olmuş,  onların yadigar qalan…

Read More
Gündəm Manset 

“Aran TV” media kollektivi 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə şəhid övladını ziyarət ediblər-FOTO

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Aran TV” media kollektivi şəhid ailələrinin övladları ilə birgə keçirməyi qərara almışdır. Kollektiv üzvləri Vətən Müharibəsi şəhidi İsrafilov Abdurahman İsrafil oğlunun Zaqatala rayonu Qımır kəndi qəbiristanlığındakı məzarının və onun ailə üzvlərinin ziyarətində olub, şəhidimizin atasının üzünü görmədiyi səkkiz aylıq qız övladı Nillayın bayramını təbrik ediblər. Qeyd edək ki, Vətən Müharibəsi şəhidi İsrafilov Abdurrahman İsrafil oğlu 1991-ci il Zaqatala rayonunun Qımır kəndində anadan olub. O, 2009-cu ildə Füzuli rayonunda hərbi xidmət edib. Hərbi xidmətini başa vurduqdan sonra, 2011-ci ildə Sərhəd Qoşunlarında xidmət etməyə başlayıb.…

Read More
Manset Təhsil 

Bərdə Rayonu Qazaxlar Kənd tam orta Məktəbi

28 May – Respublika Günü ərəfəsində Bərdə rayon Qazaxlar və Xəsili kənd tam orta məktəblərin bir qrup müəllim və şagirdləri torpaqlarımızın erməni işğalından azad olunması uğrunda başlanan və 44 gün davam edən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan polkovnik-leytenant Elzamin Təhməzov və gizir Xudayar Yusifzadənin ev muzeylərini ziyarət ediblər. Hər iki məktəbin təşkilatçılığı ilə reallaşan səfər zamanı kollektivlər öncə şəhidlər xiyabanını ziyarət edib, məzarları üzərinə gül dəstələri qoyublar. Sonra məktəb kollektivləri polkovnik- leytenant Elzamin Təhməzovun və “Vətən yaxşıdır” mahnısı ilə dastana dönən şəhid Xudayarın xatirəsinə yaradılmış ev-muzeylərində də olub, onların ailə…

Read More
Hadisə Manset Region Xəbərləri 

Bərdədənin “Təza bazar”ında güclü yanğın baş verib , icra başçısı hadisə yerinə gəlib-VİDEO+FOTO

Bu gün səhər saat yeddi radələrində rayonun “Təza bazar”ında qısa qapanmadan yanğın başlayıb: Hadisə yerinə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Bərdə rayon Polis şöbəsinin  rəisi Muradəli Babayev, müavinləri, fövqəladə hallar komissiyasının sədri də gəlib. İcra başçısı ARANTV.AZ-a açıqlamasında bildirib ki, bazarda minə yaxın obyekt yerləşir və ilkin məlumata görə, 60  yanıb: “Yanğının digər MAGAZALARA keçməsinin qarşısı alınıb.Təxminən 1 000 kvadratmetr ərazi yanıb, əsasən geyim dükanları və ərzaq mağazalarıdır.Bəzi mağazalarda generatorlar, plastik manekenlər olub ki, onlar da tezalışan materiallardır və yanğının söndürülməsini çətinləşdirib. Həmçinin, güclü külək də işə mane…

Read More
Gündəm Manset 

“Böyük Qayğı”proqramı çərçivəsində Bərdə şəhərində yaşayan Vətən müharibəsi qaziləri ziyarət olunub-VİDEO

Bərdə rayonunda yaşayan Vətən müharibəsi qaziləri “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən icra edilən “Böyük qayğı” proqramı çərçivəsində ziyarət olunub. ARANTV.AZ xəbər verir ki, təşkilatın idarə heyətinin üzvlərinin, könüllülərin iştirakı ilə Bərdə şəhərində və rayonun kəndlərində baş tutan görüşlər zamanı qəhrəman qazilərimizin vəziyyəti ilə maraqlanılıb, proqram çərçivəsində könüllülər tərəfindən onlar üçün həyata keçiriləcək fəaliyyətlər haqqında məlumatlar çatdırılıb. Bildirilib ki, proqramın məqsədi Vətən müharibəsində sağlamlığını itirmiş qazilərimizi qayğı ilə əhatə etmək, onların sosial reabilitasiyasına dəstək olmaq, qəhrəman qazilərimizi cəmiyyətdə, xüsusilə gənclər arasında tanıtmaq, gənclərin Vətən üçün döyüşən insanlara dəstəyini göstərməkdir. Proqram çərçivəsində…

Read More
Gündəm Manset 

Lütf, mərhəmət dolu Ramazan bayramınız mübarək

Allahın mələklərə möminlərə dua etməyi əmr etdiyi ay Bütövlükdə bəşəriyyətə mərhəmət, sevgi, ədalət və yüksək əxlaqi-mənəvi  keyfiyyətlər aşılayan müqəddəs Ramazan ayı başa çatmaqdadır. Bu ayın fəzilətləri haqqında əsrlərdir ki, ilahiyyatçı alimlər, üləmalar qalaq-qalaq kitablar, əsərlərərsəyə gətirir, Uca Tanrının müsəlman aləminə ərmağan etdiyi bu ayın dərin qatlarını kəşf etməyə can atırlar. Mənəvi-psixoloji və sosial xarakterini izah etməyə çalışsaq bu ayın yalnız müsəlman aləmi üçün deyil, əslində bəşəri mahiyyət daşıdığınınfərqinə varmış olarıq. Bu mənada İctimai şüurun formalaşmasında, sosial-ədalət prinsiplərinin intişar tapmasında, İslam dininin əsas tərkib hissələrindən olan Ramzan ayının mahiyyətinə varmaq xüsusi…

Read More
Manset Region Xəbərləri 

Bərdə rayonunda ağacəkmə aksiyası keçirilmişdir-VİDEO

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Bərdə rayonunda ağacəkmə aksiyası keçirilmişdir. Mövcud karantin rejiminin tələblərinə uyğun olaraq təşkil edilmiş aksiyada Bərdə  rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev,Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatının fəalları, idarə-müəssisə rəhbərləri, rayonun fəal gəncləri, “ASAN Xidmət” əməkdaşlari, könüllülər olmaqla 150 nəfər iştirak etmişdir. Bərdə-Yevlax magistral yolunun kənarında yerləşən bu massivdə ərazi yararsız tullantılardan təmizlənərək burada 700 ədəd müxtəlif növ agac əkilmişdir.

Read More