Gündəm 

Aİ-nin yeni səfiri Azərbaycana gəldi

Avropa İttifaqının (Aİ) Azərbaycana yeni təyin olunmuş səfiri Marijana Kujundjiç Azərbaycana gəlib. Bu barədə Avropa ittifaqının Azərbaycandakı Nümayəndəliyindən bildirilib. Bildirilib ki, bu təyinatdan öncə Marijana Kujundjiç Avropa İttifaqının Brüsseldə Siyasi və Təhlükəsizlik Komitəsində (PSK) Xorvatiyanın nümayəndəsi olaraq çalışıb. O, əvvəllər Xorvatiyanın Aİ yanında Daimi Nümayəndəliyində və Xorvatiyanın Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.//Report

Read More
Gündəm 

Mal əti yenidən BAHALAŞDI

Bakıda və bəzi bölgələrdə mal ətinin qiymətində artım müşahidə olunur. Bu artım paytaxtda 2 manat, bölgələrdə isə 1 manatdır.  Bəs bu artım nə ilə bağlıdır?  Ətin qiymətinin artmasını qəssablar da təsdiq edir. Onların sözlərinə görə, qiymət artması onlara sərf etmir. “Çünki qiymət artdıqca alıcı da azalır. Qiymət artımının səbəbi mal qıtlığı var. Əvvəl xaricdən gəlirdi, artıq gəlmir. Həm də otun qiyməti artıb. Örüş sahələri də azalıb. Əvvəllər bazara 100 baş heyvan çıxarıldısa, indi 40-50 baş çıxarılır. Yay aylarında maldarlığa maraq qış aylarına nisbətən az olur ki, bu da qiymət artımına…

Read More
Gündəm 

Kredit faizləri ilə əmanət faizləri arasında uçurum

Ekspertlərə görə, problemin dərinləşməməsi üçün Mərkəzi Bank addımlar ata bilər  Azərbaycanda milli valyutadakı kreditlərlə depozitlər arasındakı marja (faiz fərqi) ilin əvvəli ilə müqayisədə xeyli yüksəlib. Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumatlar göstərir ki, orta kredit və depozit faizləri arasındakı fərq ilin əvvəlindəki 5,91 faizdən iyul ayının sonuna 6.25 faiz bəndinə yüksəlib.  Bu da son 7 ayda bankların faiz marjasının 0.34 faiz artdığı deməkdir. Yəni əgər ilin əvvəlində banklar hər 1 000 manat üzrə kreditdən illik 59.1 manat xalis gəlir əldə edirdilərsə, 7 ayın sonuna mənfəətlilik 62.5 manata yüksəlib. 2025-ci ilin əvvəlində…

Read More
Gündəm 

Azərbaycanın mövqeyi haqqa, ədalətə söykənir

Azərbaycan xalqının Qalib Lideri Prezident cənab İlham Əliyev avqustun 26-da Səudiyyə Ərəbistanının ən nüfuzlu media platformalarından olan “Əl-Ərəbiyyə” telekanalında yayımlanan müsahibəsində ölkəmizin siyasi, iqtisadi, diplomatik sahədə qazandığı nailiyyətləri, bu günün real hadisələrini, dövlətimizin haqqa, ədalətə söykənən, beynəlxalq hüquq normalarına əsaslanan mövqeyini geniş şəkildə əks etdirdi. Müsahibəsində dövlətimizin başçısı Vaşinqtonda imzalanan sənədin əhəmiyyətindən danışaraq bildirib ki, hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanıyır və gələcək təmaslarını beynəlxalq hüququn bu fundamental tezisi əsasında planlaşdıracaq: “Əgər onlar bizim ərazi bütövlüyümüzü tanımaqdan imtina etsələr, biz də onların ərazi bütövlüyünü tanımaqdan imtina edəcəyik. Burada kim…

Read More
Gündəm 

Növbə Sorosundur?

Bir neçə gün öncə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki hesabında yazıb ki, “Soros Fondu”nun təsisçisi, Açıq Cəmiyyət İnstitutunun rəhbəri Corc Soros və onun radikal solçu oğlu Amerika Birləşmiş Ştatlarının (ABŞ) hər yerində zorakılıq etirazlarını dəstəklədiklərinə və bir çox əməllərinə görə RICO qanunu (Korrupsiyalaşmış və reketlərin təsirinə məruz qalmış təşkilatlar haqqında qanun) ilə məsuliyyətə cəlb edilməlidir. Prezident hesab edir ki, Soros oğlu və dostları ilə birlikdə ABŞ-a ciddi ziyan vururlar. Tramp bildirib ki, onların Amerikanı parçalamasına daha imkan verməyəcək: “Onlara heç vaxt bu qədər sərbəstlik və azadlıq verməyəcəyik. Soros…

Read More
Gündəm 

Minsk prosesinin bağlanması ilə regionda yeni mərhələnin qapıları açılır

Əsas istiqamət sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılmasıdır ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub. Xarici İşlər Nazirliyinin verdiyi məlumatda qeyd olunub ki, qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə…

Read More
Gündəm 

Ermənistan Aİİ-ni dağıdır…

SSRİ-nin dağılmasına start verən Ermənistan indi də Rusiyanın iqtisadi komandası olan Avrasiya İqtisadi İttifaqını (Aİİ) dağıtmağa hazırdır. Əvvəllər Rusiya təsir mexanizmi kimi bu təşkilatdan istifadə edirdisə, indi oradakı ölkələr özləri ondan ayrılmağa çalışırlar. Bunun səbəbi təkcə iqtisadi münasibətlərdən ibarət deyil. Rusiya keçmiş ittifaq dövlətlərini yenidən özündən asılı vəziyyətdə saxlamağı planlaşdırıb. Hətta bəzi məmurlar və dövlət siyasətinin təbliğatçıları keçmiş SSRİ-nin bərpasını əsas hədəf kimi görür  və bu barədə ucadan danışırlar. Rəsmi Kreml əvvəllər hökm etdiyi dövlətlərin daxili işlərinə yenə də kobudcasına müdaxilə edir, müstəqil siyasət yeritmələrinə mane olur. Hazırda əsaslı səbəb…

Read More
Gündəm 

Prezident İlham Əliyevin Çin səfəri: Azərbaycanın güclənən beynəlxalq mövqeyi

Prezident İlham Əliyevin avqustun 30-da Çinə səfəri iki ölkə münasibətlərində yeni mərhələ açdı. Səfər zamanı nümayiş olunan yüksək protokol və xüsusi diqqət göstərdi ki, Çin Azərbaycan rəhbərliyinə böyük önəm verir. Bu, münasibətlərin sadəcə dostluq çərçivəsindən çıxaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini təsdiqlədi.Bəzən bir səfər təkcə iki ölkə arasındakı münasibətləri deyil, bütöv bir regionun gələcəyini dəyişə bilər. Çin Azərbaycanın Cənubi Qafqazda sabitlik yaratmaq rolunu, eləcə də enerji və nəqliyyat qovşağı kimi əhəmiyyətini yüksək qiymətləndirir. Azərbaycanın yerləşdiyi strateji mövqe ölkəmizi “Bir kəmər, bir yol” layihəsinin əsas tranzit mərkəzlərindən birinə çevirib. Bakı–Tbilisi–Qars dəmir yolu,…

Read More
Gündəm 

Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır

Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxış edən Prezident İlham Əliyev Azərbaycanla Çinin dostluq və hərtərəfli əməkdaşlığını xüsusi vurğulayıb, iki ölkə arasında strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyanatın imzalanmasını isə tarixi hadisə adlandırıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “İki sahil”ə bildirilib ki, Azərbaycan-Çin münasibətlərinin uğurla inkişaf etməsi hər iki dövlət başçısının ortaq siyasi iradəsi ilə bağlıdır. Azərbaycan və Çin ticarətlə yanaşı, həm də istehsal, infrastruktur tikintisi, sənaye sahələri, kənd təsərrüfatı, nəqliyyat, telekommunikasiya və digər sahələrdə fəal əməkdaşlıq edir. Son illərdə iki ölkə arasında səmərəli investisiya əməkdaşlığı həyata…

Read More
Gündəm 

DİQQƏT! Sənədləşmə prosesində bu evlərə SƏNƏD VERİLMƏYƏCƏK

“Sənədləşmələrlə bağlı Cənab Prezidentin də fərmanında dəyişiklik oldu. Bir çox hallar var ki, torpaq sahələri 2001-ci ilə qədər rayon icra hakimiyyətləri, ondan əvvəlki dövrdə bağlar idarəsi, texniki pasportda göstərilən sahələr varsa, bir çox bu tip hallar həmin torpaq üzərində müşayiət olunursa, bu tip torpaqlar və onların üzərindəki əmlaklar çıxarışla təmin oluna bilər”. Bu sözləri əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Referans-a açıqlamasında deyib. “Biz nəzər salsaq, Azərbaycanın bölgələrində, rayonlarda bələdiyyələrin torpaqları hərracla satmaq səlahiyyətləri olsa da, Bakı və Abşeron bölgəsində – Xırdalan şəhəri xaric bələdiyyələrin hərracla torpaq satmaq səlahiyyəti yoxdur. Bələdiyyələr…

Read More