Gündəm 

Paşinyan bir badalağa ikisini yıxdı

Bir neçə ildir ki, ətrafında qızğın mübahisələr, münaqişələr və fikir ayrılıqları olan Zəngəzur dəhlizinin təhlükəsizliyi məsələsinə son  nöqtə qoyulub. Bir vaxtlar Ermənistanın  düşündüyü, lakin möcüzə kimi görünən variant artıq reallığa çevrilməkdədir. Mətbuatda “Tramp marşrutu” adlandırılan bu nəqliyyat kompleksinə Ermənistanın özünün nəzarət edəcəyi bildirilir. Əslində elə belə də olmalı idi. Hansı məntiqə sığır ki, bir ölkənin ərazisindən keçən nəqliyyat marşrutuna hansısa başqa bir ölkə nəzarət etsin? Vurğulamaq lazımdır ki, belə bir əsassız planı Rusiya irəli sürür və israrla arxasında dururdu. Məqsəd bu yoldan istifadə edəcək ölkələrə təsir və təzyiq mexanizmini öz…

Read More
Gündəm 

Paşinyandan ETİRAF: Bakıyla sülh imzalamaqdan başqa yolumuz yox idi

Ermənistan baş naziri Nikol Paşinyan hökumət üzvləri və siyasi elita ilə birlikdə Bakı ilə imzalanmış sülh bəyanatını tarixi addım kimi qiymətləndirib. ARANTV.AZ  xəbər verir ki, Paşinyan ABŞ-a səfərindən öncə hökumət, Təhlükəsizlik Şurasının geniş tərkibi, Ermənistan prezidenti, parlament üzvləri və region rəhbərləri ilə sənədin mətnini müzakirə etdiklərini açıqlayıb. Onun sözlərinə görə, aparılan təhlillərdən sonra yekdil nəticəyə gəlinib ki, bu addımı atmaq Ermənistan üçün vacibdir: “Bütün müzakirələrdən sonra nəticəyə gəldik ki, bu addımı atmaq zəruridir. Ona görə də sülh bəyanatının imzalanması qərara alındı. Hamımızı Ermənistan və Azərbaycan arasında imzalanmış sülh sazişi münasibətilə…

Read More
Gündəm 

SOS! Şəkər xəstəliyi sürətlə artır – əhaliyə çağırış

Həkim deyir ki, qeyri-rəsmi statistikada xəstələrin sayı dəfələrlə çoxdur; “Şəkərli, unlu və karbohidratlı qidaların artan istehlakı təhlükə yaradır” Azərbaycanda şəkər xəstələrinin sayı artıb. Bu barədə “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” statistik məcmuəsində qeyd olunub. Məlumata görə, ötən il ilk dəfə diabet diaqnozu qoyulmuş xəstələrin sayı 33 533 nəfərə çatıb. 2023-cü ildə isə bu rəqəm 30 500 nəfər olub. Statistik rəqəmlərə görə, ilk dəfə diaqnoz qoyulan 33 533 nəfər diabet xəstəsinin 1 134 nəfəri insulindən asılıdır. Ümumilikdə tibb müəssisələrində qeydiyyatda olan şəkər xəstələrinin sayı isə 2024-cü il üzrə 423…

Read More
Gündəm 

Ölkəyə ayaq açan bu oyuncaqlar ölüm saçır – XƏBƏRDARLIQ

ABŞ İstehlakçı Məhsullarının Təhlükəsizliyi Komissiyası saxta “Labubu” oyuncaqlarının ciddi təhlükəsi barədə xəbərdarlıq edib və bunun kiçik uşaqların ölümünə səbəb ola biləcəyini bildirərək, insanları saxta oyuncaqlardan çəkinməyə çağırıb. Bu barədə qurumun saytında dərc olunan bəyanatda məlumat verilib. “ABŞ İstehlakçı Məhsullarının Təhlükəsizliyi Komissiyası (CPSC) kiçik uşaqlar üçün ciddi boğulma təhlükəsi və ölüm riski yaradan saxta “Labubu” yumşaq oyuncaqları ilə bağlı istehlakçıya təcili xəbərdarlıq edir”, – deyə məlumatda bildirilib. Komissiya saxtakarlığın qarşısını almaq üçün təlimat təqdim edib. ABŞ-lilərə, həmçinin alqı-satqıdan yayınmaq və oyuncaqdakı dişlərin sayını yoxlamaq tövsiyə olunub ki, onlar orijinalla uyğunluq təşkil…

Read More
Gündəm 

BTC boru kəmərində çirklənmə: texniki nasazlıq, yoxsa geosiyasi mesaj?

İlham Şaban: “Üzvi xloridlərin BTC-də normadan artıq miqdarda aşkarlanması risklər yaradıb” Son günlər Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərində üzvi xlor çirklənməsi ilə bağlı yayılan xəbərlər regionda diqqətçəkən hadisələrdən biridir. İyulun 24-də BTC operatoru olan BP şirkəti tərəfindən Türkiyənin Ceyhan terminalında aparılan yoxlamalar zamanı neft çənlərində üzvi xlor birləşmələrinin aşkar edildiyi bildirildi. Bu, təkcə həmin partiyanın deyil, həm də ümumilikdə “Azəri Layt” markalı neftin keyfiyyətinə dair narahatlıqlar yaratdı. Nəticədə Qazaxıstan və Türkmənistan neftinin BTC kəməri ilə nəqli faktiki olaraq dayandırıldı. Qazaxıstan neftini Rusiya ərazisindən keçən Xəzər Boru Kəməri Konsorsiumu (CPC) vasitəsilə ixrac…

Read More
Gündəm 

Bədənşəkilləndirmə əməliyyatından sonra ölən məşhur psixoloqun SON SÖZLƏRİ

“Etalon” hospitalda liposaksiya (bədənşəkilləndirmə) əməliyyatından sonra ölən məşhur psixoloq Nilufər Abdullanın bacısı Fidan Abdulla Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinə açıqlama verib. O, bacısının ölümündə klinikanın həkimlərini günahlandırıb. Fidan Abdullanın sözlərinə görə, əməliyyatı cərrah Seymur Məmmədov icra edib: “Bacımın əməliyyatını Seymur həkim etdi, mən bunun canlı şahidi olmuşam. Bacımı sonuncu dəfə görəndə gözlərini açdı və mənə “çox ağrıyıram” dedi. Burnundan oksigen aparatını, qolundakı təzyiqölçəni və ürək döyüntüsünü göstərən cihazı çıxardılar. Səbəbini soruşanda dedilər ki, yatıb. Halbuki yatsa belə, həmin cihazlar çıxarılmamalı idi. Aparatlar çıxarılandan sonra 35-40 dəqiqə ərzində tibb işçisi…

Read More
Gündəm 

Ağ Evin və Kəlbəcərin açarı – QALİB LİDERƏ YARAŞAN GÜN

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Gəncədən sonra Kəlbəcərə, daha sonra da Ağdərəyə səfər etdi! Murov dağının bağrından keçən, uzunluğu 11,7 kilometr olan Murovdağ tunelinin texniki açılışını həyata keçirən dövlətimizin başçısı yenidən qurulan Kəlbəcərə qayıdan sakinlərlə görüşdü, onlara mənzillərinin açarlarını təqdim etdi! Daha bir möhtəşəm tarix, daha bir mübarək hadisə! Kəlbəcərsizliyin ağrı-acısını yaşamış insanlarımızın öz evlərinə dönməsindən gözəl nə ola bilərdi ki? Xatırlayırıq, Azərbaycanın işğalda olan ərazilərini alver predmetinə çevirməyə, 5 rayonu sözdə azad edib, Kəlbəcər və Laçının taleyini gələcəyə saxlamaq istəyənlər var idi bir zamanlar. Onların tabutuna…

Read More
Gündəm 

Laçın yenidən qurulur – 26 avqust Laçın şəhəri günüdür

Bütün müharibələr torpağa görə başlayır (ərazi işğal etmək), bəzən qısa müddətdə başa çatır, (İran-İraq, Hindistan-Pakistan, İsrail-İran və s. müharibələri kimi) bəzən uzun çəkir (yüzillik müharibə kimi, İkinci Dünya müharibəsi kimi, ABŞ-Vyetnam müharibəsi kimi, SSRİ-Əfqanıstan müharibəsi kimi, Rusiya-Ukrayna müharibəsi kimi). Bütün ədalətsiz müharibələr lənətlənir, bəşəri dövlətlər bəşəri niyyətlərin müharibəsini dəstəkləyir. Ermənistan əsassız ərazi idiasına görə Azərbaycana qarşı elan etmədən işğalçılıq mühari­bə­sinə başladı. Müharibə genişləndi. Ermənilər Meşəlidə, Qaradağlıda, Bağanıs Ayrımda, Başlı­beldə, Ağ­da­banda, Xocalıda faciələr törətdi, Azərbycanın ərazilərini işğal etdi. On minlərlə sakin öldü­rül­dü, yaralandı, əsir götürüldü, kəndlər, şəhərlər dağıdıldı. 1992-ci ilin 18…

Read More
Gündəm 

Makronun göndərdiyi yeni səfir – madam Sofi aramızı düzəldəcəkmi?

Azərbaycan-Fransa əlaqələrinin böhran dövründə diplomat Laqutdan gözləntilər var – rəy Xəbər verildiyi kimi, diplomat Sofi Laqut Fransanın Azərbaycandakı yeni səfiri vəzifəsinə gətirilib. Modern.az xəbər verir ki, yeni diplomatın son iş yeri Fransanın Xarici İşlər Nazirliyi (XİN) olub. Laqut Paris Siyasi Araşdırmalar Elmləri İnstitutunda İctimaiyyətlə Əlaqələr üzrə Magistr dərəcəsinə yiyələnib və 2008-ci ildə Fransa Xarici İşlər Nazirliyinə daxil olub. Parisdə Avropa İttifaqı Direktorluğunda məsul işçi kimi fəaliyyətə başlayıb. 2011-ci ildə o, Fransanın Avropa Birliyi yanında Brüsseldəki Daimi Nümayəndəliyinə qoşulub, burada iqlim və ətraf mühit, daha sonra daxili bazar üzrə danışıqlar aparan…

Read More