Azərbaycan Çində logistika, turizm və investisiya potensialını təqdim edəcək

Azərbaycan Çində logistika, turizm və investisiya potensialını təqdim edəcək. ARANTV.AZ xəbər verir ki, bu barədə trend-ə açıqlamasında Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu bildirib. Onun sözlərinə görə, təqdimat noyabr ayında Şanxay şəhərində keçiriləcək Beynəlxalq İdxal Sərgisi çərçivəsində baş tutacaq. Sərgidə, həmçinin “Made in Azerbaijan” brendi altında məhsullar təqdim ediləcək: “2018-ci il Çində “İdxal ili” elan…

Daha çox ..

Usubov 34 nəfərə vəzifə verdi – Foto

Daxili İşlər Nazirliyində bu il Polis Akademiyasının əyani şöbəsini bitirmiş məzunların paytaxtın polis orqanlarında orta rəis heyəti vəzifələrinə təyin olunmalarına həsr olunmuş tədbir keçirilib. ARANTV.AZ xəbər verir ki, nazir general-polkovnik Ramil Usubov iştirakçıları əlamətdar hadisə-zabit rütbələrinə layiq görülmələri, özlərinə çox şərəfli peşə və həyat yolu seçmələri münasibətilə təbrik edərək təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri…

Daha çox ..

Xüsusi Dövlət Mühafizə Xidməti istənilən vəzifənin öhdəsindən gəlməyə qadirdir

Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) yaranmasının 25 ili tamam olur. Bu münasibətilə Xidmətin hərbi şəhərciyində yeni istifadəyə verilən Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. ARANTV.AZ azərtac-a istinadən bildirir ki, əvvəlcə tədbir iştirakçıları Xidmətin Hərbi şəhərciyində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər. Sonra XDMX-nın xüsusi təyinatlı dəstəsinin nümunəvi çıxışları oldu. Ən müasir silah-sursat və avadanlıqla təchiz olunan…

Daha çox ..

TAP-ın tikintisi üzrə işlər maksimum hündürlüyə çatıb

Transadriatik qaz kəmərinin (TAP) tikintisi layihədə nəzərdə tutulan maksimum hündürlükdə – dəniz səviyyəsindən 2,1 kilometr yüksəklikdə aparılır. ARANTV.AZ trend-ə istinadən bildirir ki, TAP AG konsorsiumundan bildirilib ki, hazırda işlər Albaniyanın Ostrovitsa dağında həyata keçirilir. Bu yüksək dağlıq ərazidə aparılan tikinti işləri boru kəməri inşasının texniki cəhətdən ən çətin seqmentlərindən biridir. TAP-ın nümayəndəsi Ceyms Kuper qeyd edib…

Daha çox ..

“Torpaqlarımızın işğalından keçən 25 ildə ilk dəfədir ki…”

“3 illik fasilədən sonra sentyabrın 3-də QırğızıstanRespublikasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 6-cı sammiti keçiriləcək. Bu toplantıdan gözləntiləriniz nədir?” ARANTV.AZ xəbər verir ki, Moderator.az bu sualı millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevə ünvanlayıb. Qüdrət Həsənquliyev sammitin keçirildiyi vaxta diqqət çəkərək qeyd edib ki, Türk dövlətlərinin Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair…

Daha çox ..

Ekspert: “Azərbaycan qazı Almaniya üçün çox əhəmiyyətlidir”

Almaniya kansleri Angela Merkelin Azərbaycana səfəri Berlinlə Bakı arasında sıx ticarət əlaqələrinin olmasını nümayiş etdirir. ARANTV.AZ bildirir ki, bunu Report-a açıqlamasında amerikalı ekspert, Viskonsin Markett Universitetinin professoru Piter Teys deyib. Qeyd edək ki, Angela Merkelin Cənubi Qafqaz ölkələrinə səfəri ərəfəsində Almaniya hökumətinin nümayəndəsi jurnalistlərə bildirib ki, Almaniya Azərbaycanın “Şahdəniz” yatağından Avropaya qaz nəqlini nəzərdə tutan “Cənub Qaz…

Daha çox ..

Azərbaycan ordusunun mövqeləri iriçaplı pulemyotlardan atəşə tutulub

ARANTV.AZ xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 87 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən…

Daha çox ..

Azərbaycan XİN Füzuli və Cəbrayıl rayonlarının işğalının 25-ci ildönümü ilə əlaqədar bəyanat yaydı

“1993-cü ilin avqustun 23-də Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün tərkib hissəsi olaraq, Azərbaycana mənsub keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənar yerləşən Füzuli və Cəbrayıl rayonları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub”. ARANTV.AZ  xəbər verir ki, bunu Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalının 25-ci ildönümü ilə əlaqədar Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O qeyd…

Daha çox ..

Azərbaycanda sığorta fəaliyyətilə məşğul olmaq istəyənlər üçün attestasiya keçiriləcək

Avqustun 24-də Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyaların verilməsi ilə müraciət edən şəxslər üçün attestasiya keçirəcək. ARANTV.AZ ölkə.az-a  istinadən xəbər verir ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” qaydalarına əsasən müvafiq sığorta…

Daha çox ..

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti “ARMY-2018” Beynəlxalq hərbi-texniki sərgisində iştirak edir

ARANTV.AZ xəbər verir ki, Rusiya Federasiyasında “ARMY-2018” Beynəlxalq hərbi-texniki sərgisi və “Milli təhlükəsizlik həftəsi” konfransı keçirilir. Azərbaycan nümayəndə heyətinə Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-mayor Fuad Məmmədov rəhbərlik edir. Tədbirlər avqustun 26-dək davam edəcək.

Daha çox ..