Region Xəbərləri 

Böyük Qayıdış uğurla həyata keçirilir

  Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbənin  nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də  Azərbaycana təhvil verildi.  Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev 25 noyabr 2020-ci ildə Kəlbəcərin işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində bildirmişdir: “Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi.” Prezident İlham Əliyev onu da qeyd etmişdir…

Read More
Region Xəbərləri 

Qayıdışın və qürurun simvolu

Noyabrın 25-də Kəlbəcər rayonunun işğaldan azad edilməsinin beş ili tamam olur. Bu tarix, həm də “Kəlbəcər Şəhəri Günü” kimi qeyd edilir. Əlamətdar haldır ki, bu il Kəlbəcər şəhərinə Böyük Qayıdış reallaşıb. Kəlbəcər rayonu 1993-cü ilin aprel ayında Ermənistan tərəfindən işğal edilmişdir. O zaman hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsizliyi nəticəsində strateji önəmə malik olan Kəlbəcərin müdafiəsi lazımi səviyyədə təşkil olunmamışdı. Halbuki, yüksək dağlıq relyefə malik olan rayonun müdafiəsini təşkil etmək mümkün idi. Lakin hakimiyyət daxilində mübarizə, ordu rəhbərliyinin yarıtmaz fəaliyyəti Kəlbəcərin işğalına səbəb olmuşdu. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321…

Read More
Region Xəbərləri 

Bərdə İctimai Şurasının yeni sədri Vüsal Bayramov fəaliyyət prioritetlərini açıqladı

Bərdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya yeni təyin olunan sədr Vüsal Bayramov qurumun qarşıdakı fəaliyyət istiqamətləri barədə açıqlama verib. O bildirib ki, İctimai Şuranın əsas məqsədi vətəndaşlarla dövlət qurumları arasında əlaqələri gücləndirmək, ictimai nəzarəti artırmaq və rayon sakinlərinin problemlərinin operativ şəkildə araşdırılmasını təmin etməkdir.   Vüsal Bayramov vurğulayıb ki, yeni tərkib ilə Şura daha çevik və şəffaf fəaliyyət göstərəcək: “İctimai Şura olaraq əsas prioritetimiz sakinlərin ictimai, sosial və kommunal sahələrlə bağlı qaldırdığı məsələləri yerində araşdırıb aidiyyəti qurumlara çatdırmaqdır. Hər bir müraciət bizim üçün önəmlidir və məqsədimiz problemlərin real həllinə…

Read More
Region Xəbərləri 

Yeni Azərbaycan Partiyası: Milli birlik

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Azərbaycan xalqının mənafelərinə xidmət edən və ən çətin məqamlarda ölkə vətəndaşlarını düşündürən problemlərin həllində, mühüm islahatların aparılmasında avanqard rolunu xidmətləri ilə doğruldan Yeni Azərbaycan Partiyası 33 ildə  milyonların partiyası olduğunu sübut etdi. Ümummilli Lider Heydər Əliyevə ümumxalq məhəbbətinin təzahürü kimi qısa müddətdə ətrafına yüz minlərlə üzv, tərəfdaş toplayan partiya zamanın tələbinə uyğun, zərurətdən yaranmış qüdrətli təşkilat olduğunu qüdrətli Azərbaycanın bugünkü simasında göstərdi. Yeni Azərbaycan Partiyasının 33 ildə keçdiyi inkişaf yolundan  bəhs etmək hər birimiz üçün böyük qürurdur. Azərbaycanın bu gününü  müstəqilliyinin bərpasının ilk…

Read More
Region Xəbərləri 

Azad edilmiş ərazilərimiz ən müasir, yeniliklərə cavab verən məkana çevrilir

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam Şəhəri Günüdür. İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir. Ermənistan  mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. Sərhəd tanımayan erməni barbarlığı Ağdamın nümunəsində çox aydın görünürdü. Qarabağın giriş qapısı sayılan Ağdam azad olunarkən bir dənə də olsun tikili qalmamışdır. İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda…

Read More
Region Xəbərləri 

Yeni Azərbaycan Partiyasının təsis edilməsi müasir Azərbaycanın siyasi tarixində mühüm dönüş nöqtələrindən biridir

1991–1992-ci illər Azərbaycan üçün mürəkkəb bir dövr idi. Sovet İttifaqının dağılması ilə ölkə müstəqilliyini bərpa etmiş, lakin yeni dövlət kimi ciddi sosial-iqtisadi və siyasi böhranlarla üzləşmişdi. Ermənistanla Dağlıq Qarabağ münaqişəsi dərinləşmiş, iqtisadiyyat iflic vəziyyətə gəlmiş, separatizm meyilləri güclənmişdir. Bu şəraitdə dövlətçilik institutlarının möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması və ölkənin demokratik inkişafı üçün yeni siyasi qüvvəyə ehtiyac yaranmışdı. 1992-ci il oktyabrın 16-da bir qrup Azərbaycan ziyalısı Ümummilli Lider Heydər Əliyevə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi. Heydər Əliyev isə 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda bu təşəbbüsü qəbul…

Read More
Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 illiyi münasibətilə Bakıya səfər edib, Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, Zəfər muzeyində və Hərbi Qənimətlər Parkında olublar.

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya və Aparatın kollektivi YAP fəalları, şəhid anaları, ailələri və qazilərlə birlikdə YAP -ın yaradılmasının 33 illiyi münasibətilə Bakıda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər. Böyük oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar. Sonra tədbir iştirakçıları 8 Noyabr Parkında və Zəfər muzeyində olub, Vətən müharibəsi şəhidlərinin adları yazılmış lövhə, ayrı-ayrı bölmələr üzrə bütün ekspozisiya ilə tanış olublar. Şəhid övladlarının ad, soyadını Zəfər muzeyinin…

Read More
Region Xəbərləri 

Bərdə rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası baş tutub.

Bərdə rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası baş tutub. İclası Bərdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Səbuhi Qasımov açıb. İctimai şuraya seçkilərin keçirilməsi barədə məlumat verib. Bildirib ki, ictimai şuraya seçkilər 2 ildən bir keçirilir. Əvvəlki şura üzvlərinin səlahiyyət müddəti bitdiyindən ictimai şura üzvlərinin yenidən seçkisi keçirilib. Natiq yeni tərkibdə fəaliyyətə başlayan ictimai şuraya uğurlar arzulayıb. İctimai şuranın iclasında təşkilati məsələlərə baxılıb. Vüsal Bayramov ictimai şuranın sədri, Musa Muradlı sədr müavini, Əhliman Hümbətov katibi seçilib.   İclasda habelə cari məsələlərdən danışılıb. Qeyd olunub ki, İctimai Şura…

Read More
Region Xəbərləri 

20 Noyabr – Ağdam Şəhəri Günü

Ermənistan silahlı qüvvələrinin hissələri Ağdama da həmlələr, hücumlar edirdi. Ağdamı əhali və ərazi özünümüdafiə taborları qoruyurdu… 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizi işğal olundu. Rayon mərkəzi və 90 kən­din işğalından sonra 128 min insan köçkün Azərbaycanın müxtəlif bölgələrində məskunlaşdı. Ağdam rayonunun 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu erməni işğalının subyekti oldu. Ermənistanın elan etmə­dən başladığı müahribədə 6 mindən artıq döyüşçü və mülki vətəndaş şəhid oldu, minlərlə insan yaralandı… BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü il 29…

Read More
Region Xəbərləri 

Münasibətlərimiz möhkəm təməl üzərində uğurla inkişaf edir

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Bu gün Azərbaycana beynəlxalq baxışın yüksək səviyyədə olması xarici siyasət uğurlarında özünün aydın ifadəsini tapır. Dövlət başçısı İlham Əliyevin noyabrın 15-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə bu ölkəyə səfəri, Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirakı tarixi hadisə, həmçinin xarici siyasətimizin mühüm uğuru kimi dəyərləndirilir. Bu baxımdan ki, həmin tədbirdə qəbul edilən mühüm qərara əsasən  Azərbaycan tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşuldu. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirdi ki, həmrəyliyin gücləndirilməsi və birgə inkişafa can atmaq Mərkəzi…

Read More