Region Xəbərləri 

Bələdiyyə seçkiləri xalqın YAP-a inamının növbəti ifadəsi olacaq

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bərdə rayonu, Alpout bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib. YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya qeyd edib ki, ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atılmış, o cümlədən zəruri qanunvericilik bazası formalaşdırılmış, çoxsaylı qanunlar qəbul olunmuş, bu sahədə qazanılmış müsbət təcrübənin yayılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. O bildirib ki, dövlət-bələdiyyə-özəl tərəfdaşlığının gücləndirilməsi, yerli sosial-iqtisadi və ekoloji layihələrin reallaşdırılması, bələdiyyələrin sosial məsuliyyətinin, yerli özünüidarəetmədə vətəndaşların rolunun artırılması qarşıda duran…

Read More
Region Xəbərləri 

Bələdiyyə seçkilərində təbliğat kompaniyasına start verilib.

Yanvarın 6-da bələdiyyə seçkiləri ilə əlaqədar YAP Bərdə rayon təşkilatının seçki qərargahında təbliğat kampaniyasına start verilmişdir. 98 saylı Bərdə -Tərtər və 99 saylı Bərdə Dairə Seçki Komissiyasının əhatə etdiyi bütün məntəqələr üzrə YAP tərəfindən irəli sürülmüş namizədlərin plakatları müəyyən edilmiş müvafiq lövhələrdə yerləşdirilmişdir. Xalqımız və dövlətimiz üçün uğurlu olsun!

Read More
Region Xəbərləri 

Qonaqlı-qaralı Xankəndi – Bayram günlərində şəhərə turist axını var VİDEO + FOTO

Xankəndi şəhərində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Zəfər meydanında təşkil edilən “Qış nağılı” yarmarkasında bayram çoşqusu davam edir.Şəhər başdan- ayağa bayram əhval-ruhiyyəsi ilə bəzədilib.Həyatın yenidən canlandığı Xankəndi şəhərində artıq bayramlar və əlamətdar günlər əsl sahiblərinin iştirakı ilə qeyd edilir. Bu il Xankəndidə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar yarmarka və bayram tədbirləri keçirilir. Şaxta baba və Qar qız uşaqların sevincinə sevinc qatıb. Həmçinin gənclər üçün kreativ oyunlar, master- klaslar təşkil edilib. Bayram münasibətilə bu günlərdə Xankəndi şəhərinə gələn turistlərin sayında…

Read More
Region Xəbərləri 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verib

Cənab Prezident qeyd edib ki, Bakıya gələn kimi burada hava limanında operativ müşavirə keçirdim. Hələ Bakıya qayıdarkən mənim göstərişimlə Dövlət Komissiyası yaradılmışdır və müvafiq qurumların nümayəndələrindən ibarət heyət Aktau şəhərinə dərhal ezam edilmişdir. Çünki onlar dərhal işə başlamalı idilər. İlk növbədə, təyyarənin qalıqlarının vəziyyəti ilə tanış olmalı idilər, yerində müşahidə aparmalı idilər, video və fotomateriallar əldə etməli və onları ictimaiyyətə təqdim etməli idilər. Eyni zamanda, Azərbaycan həkimlərindən ibarət qrup ezam edilmişdi. Baxmayaraq ki, Qazaxıstan tərəfi yaralıları sağaltmaq və onlara tibbi xidmət göstərmək üçün əlindən gələni əsirgəmirdi. Eyni zamanda, mənim göstərişimlə…

Read More
Region Xəbərləri 

Bərdədə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə bayram şənliyi keçirilib

31 dekabr –Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə Heydər Əliyev adına park-bulvarda keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, YAP rayon təşkilatının sədr Fəqət Şadlinskaya, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər. Öncə rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək tədbirdə iştirak edənləri və onların simasında Bərdə rayonunun bütün sakinlərini “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramı münasibəti ilə təbrik edib və bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü – Azərbaycan millətinin birliyi günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə…

Read More
Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatının kollektivi və fəalları şəhid ailələrini ziyarət ediblər – FOTO

YAP Bərdə rayon təşkilatının kollektivi və fəalları Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə şəhid  ailələrini ziyarət ediblər. ARANTV.AZ  xəbər verir ki,  YAP rayon təşkilatının sədri Faqət Şadlinskaya başda olmaqla təşkilatın kollektivi, partiya fəalları – “Bərdə -Çörək”ASC-nın sədri Məhərrəm Şəfiyev ilə birlikdə bayram öncəsi şəhid ailələrində olmuş, şəhidlərimizin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Qaradəmirçi  kəndində Asif Abışovun, Dəymədağıldı kəndində Elyaz  Qarayevin, Qayalı kəndində Mirpaşa Mehtiyevin, Güloğlular kəndində Fəxri Qəribzadənin, şəhərdə Dövran Naibovun ailəsində olarkən igid şəhidlərin müharibədə göstərdikləri şücaətliklər barədə danışıblar. Şəhid ailələri  ölkə Prezidenti, Müzəffər Lider cənab İlham Əliyevə və ölkənin…

Read More
Region Xəbərləri 

Bizim bundan sonrakı fəaliyyətimiz təbii ki, idmanın inkişafı ilə bağlı olacaq.

Fəqət Şadlinskaya   YAP Bərdə rayon təşkilatının sədri   Dövlət başçısı İlham Əliyevin 2022-ci ilin 22 aprel tarixində Qarabağın tacı Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında səsləndirdiyi bu fikirləri xatırlatmaq istərdik: “Buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilmişdir. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına…

Read More
Region Xəbərləri 

Azərbaycan – dünya azərbaycanlılarını birləşdirən qalib bir dövlət

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü hər il 31 dekabrda qeyd edilir. Bu gün, dünya azərbaycanlılarının birlik və həmrəylik ruhunu gücləndirmək üçün təsis edilmiş bir bayramdır. Bu tarixin təsis olunmasında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin böyük rolu olmuşdur. Heydər Əliyev sovet dövründə də, müsdəqillik dövründə də Azərbaycanlıların milli kimliyini və həmrəyliyini qorumaq üçün əhəmiyyətli addımlar atmışdır. Xüsusilə, onun təşəbbüsü ilə dünya azərbaycanlılarının birliyi, ideyası daha da gücləndirilmiş və beynəlxalq səviyyədə tanıdılmışdır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilk dəfə 1991-ci ildə qeyd olunmağa başlamışdır. Məhz Heydər Əliyevin siyasi uzaqgörənliyi sayəsində onun Naxçıvanda Ali Məclisə…

Read More
Region Xəbərləri 

Ulu Öndərin əsasını qoyduğu uğurlu idman siyasəti bu gün bəhrəsini verir

Özünəməxsus inkişaf modeli, sürətli sosial-iqtisadi tərəqqisi ilə seçilən Azərbaycan bu gün həm də idman və olimpiya hərəkatındakı nəzərəçarpacaq nailiyyətlərinə görə dünyanın diqqət mərkəzindədir. Ölkəmizdə keçirilən mötəbər idman yarışları və bu yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi, həmçinin, idmançılarımızın beynəlxalq turnirlərdə qazandığı parlaq qələbələr dövlətimizin dünyada idman ölkəsi kimi tanınmasını artıq təsdiqləyib. İdmançılarımızın beynəlxalq səviyyəli yarışlarda, eləcə də olimpiya oyunlarında qazandıqları yüksək nəticələr ölkəmizin dünyada özünü güclü idman ölkəsi kimi təsdiqləməsinin əyani sübutudur.İdmançılarımızın mötəbər yarışlarda qazandığı qələbələr, eyni zamanda bədən tərbiyəsi və idmana dövlət tərəfindən göstərilən diqqət və qayğının da sübutudur.Son…

Read More
Region Xəbərləri 

Bərdədə intellektual bilik yarışı keçirilib – FOTO

Bərdədə intellektual bilik yarışı keçirilib. ARANTV.AZ xəbər verir ki,  şəhər 5 saylı tam orta məktəbdə gənclərin təşkil etdiyi  intellektual bilik yarışması  keçirilib. Öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və dövlətimizin suverenliyi naminə canlarından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Müzəffər Liderimiz cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində əldə olunan Zəfərlər, Qələbələr  bağlı məktəbin şagirdlərinin hazırladığı kompozisiya yarışmaya gözəl tədbir ovqatı bəxş edib. YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya  partiya fəalları ilə birlikdə fəal…

Read More