Region Xəbərləri 

Qars, Ərzurum və İğdırdan olan jurnalistlər Qarabağa səfər ediblər- FOTO 

Qarabağa növbəti media səfəri təşkil olunub. Türkiyə KİV-in Qars, Ərzurum və İğdırdan olan 15 nəfərlik nümayəndəsi Ağdam, Xocalı və Xankəndi şəhərlərinə səfər ediblər.   Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfər çərçivəsində jurnalistlər ilk olaraq Xocalının Əsgəran qalasında olublar. Qonaqları Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar. Media nümayəndələrinə XVIII əsrdə Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən Əsgəran qalası haqqında ətraflı məlumat verilib. Bildirilib ki, qala Qarabağ xanlığının şərq qapısı kimi tanınıb…

Read More
Region Xəbərləri 

Bərdə rayonunda terror qurbanlarının xatirəsi yad edilib.

Anım tədbirində Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri, həlak olanların ailə üzvləri və yaxınları iştirak ediblər. Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonuna atılan raketlər nəticəsində həlak olmuş mülki şəhidlərin xatirə lövhəsinin önünə güllər düzülüb, xatirələri yad olunub. Xatırladaq ki, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri cəbhə xəttindən uzaqda yerləşən Bərdə şəhərinə beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalardan istifadə etməklə zərbələr endirib.…

Read More
Region Xəbərləri 

Hər bir yaşayış məntəqəsinin azad edilməsi tarixi hadisədir

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri 25 oktyabr – Qubadlı Şəhər Gününü qeyd edirik. Qubadlı rayonunun işğaldan azad edilməsindən beş il keçir. Rayonun işğal tarixinə nəzər salaq. 1988-ci ildən başlayaraq Еrmənistanla  və Dağlıq Qarabağla  sərhəddə yеrləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı tеrror törədilməsi sistеmli şəkildə davam еtdirilmişdir. 1993-cü ilin avqustun 31-də rayon ermənilər tərəfindən tamamilə işğal olunmuşdur. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti,…

Read More
Region Xəbərləri 

Qazaxıstanın beynəlxalq nüfuzu möhkəmlənir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına dövlət səfəri iki qardaş ölkə arasındakı münasibətlərin daha da dərinləşdirilməsi və strateji əməkdaşlığın inkişafı baxımından həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə əlaqələrin yeni mərhələyə qədəm qoymasını nümayiş etdirir və Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığının gələcək perspektivlərini ortaya qoyur. Görüş zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev iki qardaş ölkə arasındakı münasibətlərin dərin köklərini, beynəlxalq əməkdaşlığı və regionun nəqliyyat-logistika potensialının inkişafı ilə bağlı mühüm layihələrin çox ciddi geosiyasi əhəmiyyətə malik olduğunu qeyd etdi. Fəxr ilə demək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri təkcə…

Read More
Region Xəbərləri 

25 Oktyabr – Qubadlı şəhəri günü

1992-ci ilin 19 fevralında Ermənistan Qubadlını bombaladı, 5 nəfər həlak oldu, 20 nəfər ya­ra­landı. Bu, açıq müharibə idi, Ermənistan Azərbaycana qarşı elan etmədən müharibə aparırdı. Martın 1-də Qafan rayonundan Qubadlıya hücum edildi, Qubadlı ərazi özünümüdafiə taborunun döyüşçüləri və yaradılmaqda olan ordu hissələrimiz bu hücumun qarşısını aldı. May ayıının əvəllərində Laçın və Şuşa işğal edildi. Bu işğal Qubadlının üç tərəfdən ermənilərin silahlı qüvvələri ilə əhatələnməsi idi. Düşmənin irəliləməsi martın 19-da Güləbird yaxınlığında dayandırıldı. Oktyabrın 9-dan 12-nə kimi ordu hissələrimiz Laçından geri çəkilməyə məcbur oldu. Ermənilər hücumu davam etdirdilər və oktyabrın 12-də…

Read More
Region Xəbərləri 

Bərdə rayon İcra Hakimiyyətində Dövlət qulluqçuları üçün maarifləndirici təlim keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın “Fəaliyyət Planı”nın 8.10.1.tapşırığının (dövlət qulluqçularının etik davranışı mövzusunda təlimlərin keçirilməsi) icrası ilə əlaqədar Bərdə Rayonu İcra Hakimiyyətinin başçısı aparatında, şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində çalışan dövlət qulluqçularına İcra Hakimiyyəti tərəfindən 23 oktyabr 2025-ci il tarixində İcra Hakimiyyətinin inzibati binasında “dövlət qulluqçularının etik davranışı mövzusu”nda təlim keçirilib. Keçirilmiş təlimin əsas məqsədi dövlət qulluqçularının “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununu xidməti fəaliyyətləri…

Read More
Region Xəbərləri 

Tarixi Zəfərin təntənəsi

Faqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Son beş ildə dövlət başçısı İlham Əliyevin elə bir səfəri yoxdur ki, tarixi Zəfərimizdən, onun yaratdığı reallıqlardan bəhs etməsin. Bu möhtəşəm Qələbə ölkəmizin bütün sahələrdə davamlı inkişafına geniş imkanlar açdı. 30 illik işğala 44 gündə son qoyulması Azərbaycanın malik olduğu imkanların təqdimatı olmaqla yanaşı, xalqımızın öz tarixinə, torpaqlarına sahib çıxan xalq olduğunu təsdiqlədi. Cənab İlham Əliyev bu günlərdə Qazaxıstana dövlət  səfəri çərçivəsində Prezidentlərin təkbətək görüşündə, Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında,  mətbuata birgə bəyanatlarında  bu məsələyə xüsusi diqqət yönəldərək bildirdi ki, işğal dövründə…

Read More
Region Xəbərləri 

Bərdə rayon İcra Hakimiyyəti başçısının Cumalar kəndində səyyar qəbul-görüşü keçirilib

Keçirilən görüşdə İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatların, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində icra olunan layihələrin hər bir yaşayış məntəqəsini əhatə etdiyini vurğulayıb və Cumalar kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verib. Görülən işlərdən məmnunluqlarını bildirən sakinlərin daha sonra təklif və şikayətləri dinlənilib, Kafarlı və Cumalar kəndlərini birləşdirən yolun qrederlə hamarlanması, suvarma arxları…

Read More
Region Xəbərləri 

Bu gün Zəngilan Şəhər Günüdür.

Vətən müharibəsinin 24-cü günü – 2020-ci il oktyabrın 20-si hərb tariximizdə əbədi olaraq Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub. Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən, şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Bu Sərəncam, işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi ilə Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirməyi, həmçinin gələcək nəsillərə milli qürur və qəhrəmanlıq örnəyi miras qoymağı hədəfləyir. Xatırladaq ki, Zəngilan rayonu Ermənistan və ona dəstək verən dövlətlər tərəfindən 1993-cü il oktyabrın…

Read More
Region Xəbərləri 

Zəngilan yeni inkişaf dövrünü yaşayır

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində  Zəngilan şəhəri, rayonun 4…

Read More