Region Xəbərləri Təhsil 

Bərdə şəhər Tofiq İsmayılov adına 1 nömrəli tam orta məktəbdə Aprel döyüşlərinin 8 -ci ildönümü münasibətilə anım tədbir keçirilib VİDEO

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Tədbirdə torpaqlarımızın ərazi bütövlüyü və suverünliyimiz uğrunda həlak olan bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Məktəbin direktoru Səbinə Yusifova tədbiri açılış nitqi ilə başlayaraq, bütün şəhidlərə Allahdan rəhmət dilədi. Tədbirdə Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə yüksələn Ziya Həsənov və Səbuhi Musayevin əzizləri və digər şəhid ailəsi üzvləri, qazilər,müharibə veteranları,rayon içtimayəti iştirak ediblər. Çıxış edənlər onu da qeyd ediblər ki, Aprel döyüşləri böyük zəfərin başlanğıcı oldu.44 günlük Vətən müharibəsində qazanılan qazanılan böyük qələbəyə yaradıb. Aprel döyüşlərində iştirak etmiş qazilər və…

Read More
Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatında “Aprel qələbəsi Zəfər yolunun başlanğıcıdır!” adlı tədbir keçirilmişdir.

YAP Bərdə rayon təşkilatı 2016-cı il Aprel döyüşlərinə və Aprel Qələbəsinə həsr edilmiş tədbir keçirmişdir. Əvvəlcə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya başda olmaqla YAP fəalları, şəhid anaları, ailələri və tədbir iştirakçılarından bir qrupu Bərdə şəhərində Aprel şəhidlərinin uyuduğu “Şəhidlər xiyabanı”nı ziyarət etmiş, oraya əklil qoyaraq bütün şəhidlərin əziz xatirəsinə ehtiramılarını bildirmişlər. Sonra Vətən müharibəsi zamanı Ermənistanın atdığı “Smerc” tipli raket nəticəsində həlak olmuş dunc mülki şəhidlərimizin xatirəsinə salınmış guşə ziyarət olunmuş, önünə tər güllər düzülmüşdür. Tədbirdən öncə iştirakçılara Qarabağ Regional Təhsil İdarəsi Bərdə sektoru, rayon UGİM və Qarabağ…

Read More
Region Xəbərləri 

Bərdə rayonunda abadlıq-quruculuq işləri görülür VİDEO

Bərdə rayonunun sosial-iqtisadi inkişaf planına uyğun olaraq abadlıq, təmir-bərpa işləri, vətəndaşların rahat hərəkəti və istirahəti üçün lazımi tədbirlərin görülməsi davam etdirilir. Kompleks şəkildə aparılan abadlıq-quruculuq işləri hazırda şəhər ərazisindəki bir sıra küçə və prospektlərdə davam etdirilir. Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə yeni səkilərin salınması, deformasiyaya uğrayan səki yenilənməsi, asfalt örtüyünün salınması və digər abadlıq-quruculuq işləri aparılır. Hazırda şəhərin Şəhid Elməddin Hüseynzadə küçəsində 1.3 km uzunluğunda daxili yolun asfaltlanaraq vətəndaşların istifadəsinə verilməsi istiqamətində işlər davam etdirilir.

Read More
Region Xəbərləri 

Tarixi həqiqətləri inkar etmək qeyri-mümkündür

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. 1918-ci ilin mart soyqırımıları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil,…

Read More
Region Xəbərləri 

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü

Azərbaycan xalqına qarşı törədilmiş və uzun illər boyu öz siyasi-hüquqi qiymətini almamış 31 Mart Soyqırımı tariximizin faciəli səhifələrindən biridir. Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Kürdəmir və digər ərazilərdə erməni daşnaklarının və onların havadarlarının silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı nəticəsində on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir müddətdə soyqırımı siyasəti həyata keçirilmişdir. Azərbaycanlıları…

Read More
Region Xəbərləri Təhsil 

Kətəlaraq kənd tam orta məktəbində 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilmişdir keçrilmişdi.

Bu gün Bərdə rayon Kətəlparaq kənd tam orta məktəbində “31 mart Azərbaycanlıların Soyqırımı Günü” nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə məktəb direktoru Adib Salmanov və 7 a sinif şagirdləri çıxış ediblər. Sonra tədbir məktəb kitabxanasında davam etdirilmişdir.

Read More
Region Xəbərləri 

Bərdədə canavar təsərrüfata hücum çəkib VİDEO

Bərdədə canavar təsərrüfata hücum çəkib. Nəticədə 20 baş xırdabuynuzlu heyvan tələf olub. Hadisə rayonunun Tumaslı kəndində, Rıza Hüseynova məxsus təsərrüfatda baş verib. Gecə saatlarında tövləyə girən canavar 20 baş xırdabuynuzlu heyvanı parçalayıb, 30 başın isə yaralayıb. Rayon Baytarlıq idarəsi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsərrüfata baxış keçirilib. Tələf olmuş heyvanlar baytarlıq xidmətinin əməkdaşları tərəfindən dərmanlaraq basdırılıb. Təsərrüfatda quduzluğa qarşı vaksinasiya tədbirləri aparılıb. Qeyd edək ki, təsərrüfat sahibi bildrib ki, baş verən hadisə zamanı ona 10 min manata yaxın ziyan dəyib.

Read More