Region Xəbərləri 

“Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir”.

Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri idealara sadiqliyimizi nümayiş etdirir”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sözləri müasir Azərbaycanın, ərazi bütövlüyümüzün, dünya azərbaycanlılarının mənəvi, mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin simvolu, canımız, qanımız olan müqəddəs bayrağımız bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun uğurlu əməliyyatları nəticəsində düşmən tapdağından azad olunan qədim yurd yerlərimizdə dalğalanır.…

Read More
Region Xəbərləri 

Bu gün Bərdədə məktəblilərin Zəfər Gününə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgisi təşkil olunub.

Sərgidə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, YAP Bərdə rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, digər idarə, müəssisə və təşkilarların rəhbər və əməkdaşları, ictimaiyyət nümayəndələri, şagirdlər, KİV təmsilçiləri, rayon sakinləri iştirak ediblər. Sərginin keçirilməsində əsas məqsəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıq və qazanılmış möhtəşəm tarixi Zəfəri əsərlərdə nümayiş etdirmək, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq, onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək verməkdən ibarətdir. Bərdə şəhər Heydər Əliyev adına park-bulvarda və Bərdə Rəsm Qalereyasının qarşısında…

Read More
Region Xəbərləri Təhsil 

8 noyabr – Zəfər günü və 9 noyabr – Dövlət Bayrağı günü təntənəli şəkildə qeyd olunub+Fotolar

07.11.2023-cü il tarixdə A.Süleymanov adına Şorəlli kənd tam orta məktəbdə “Zəfər günü” və “Dövlət bayrağı günü” ilə əlaqədar tədbir keçirilib.Tədbir ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb. Şagirdlərin əllərində bayramla əlaqədar olaraq çəkilmiş şəkillər, bayraqlar və şəhidlərimizin şəkilləri olub. Şagirdlər Zəfər Günü və Dövlət Bayrağı Gününü əks etdirən şeirlər söyləyiblər. Çıxışları zamanı şagirdlər ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin kəlamlarından sitat gətirərək tədbiri daha da təsirli ediblər. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Read More
Region Xəbərləri 

Böyük Qələbənin memarı

44 günlük müharibədə qazanılan Zəfər çoxəsrlik dövlətçilik tariximizdə ən böyük Qələbədir. Tarixə nəzər saldıqda görürük ki, torpaqlarımıza yadellilərin həmlələri çox olub və bu həmlələr əksər hallarda itkilərlə sonlanıb. Sərhədlərimiz daralıb, torpaqlarımız yad əllərə keçib. Xatırladaq ki, indiki Ermənistanın paytaxtı da daxil olmaqla əksər yaşayış məntəqələri qədim Azərbaycan torpaqları olub. Burada sonradan ermənilərin dəyişdirdikləri toponimlər, maddi mədəniyyət nümunələri, uzun illər ötəndən sonra da özünün azərbaycanlı aurasını saxlayan yaşayış məntəqələri, qəbiristanlıqlar və digər belə nümunələr bunu bir daha təsdiqləyir. XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğala məruz qalması da…

Read More
Region Xəbərləri Təhsil 

“8 noyabr Zəfər günü”nə həsr olunmuş məktəb tədbiri

Bərdə şəhər Milli Qəhrəman Elgiz Kərimov adına 4saylı tam orta məktəb də Zəfər bayramına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak etdilər. Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib. Çıxış edənlər bildiriblər ki, 27 sentyabr 2020-ci il tarixdə təcavüzkar Ermənistanın yenidən təxribatlara başlamasına cavab olaraq Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması üçün Vətən müharibəsinə…

Read More
Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatı 8 Noyabr Zəfər Gününü Qarabağ qaziləri ilə birgə keçirmişdir.

YAP Bərdə rayon təşkilatı 8 Noyabr Zəfər Gününü bu böyük Qələbənin, bu tarixi Zəfərin qazanılması üçün Qarabağ savaşında sağlamlığını itirmiş igid Vətən oğulları ilə birlikdə keçirmişdir. Görüş zamanı YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya onları bayram münasibətilə təbrik etmiş, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu, dəmir yumruq kimi birləşən Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində tariximizi əbədi işıqlandıran parlaq qələbəsindən danışmışdır. Bildirmişdir ki, 44 günün hər bir günü, hər anı şanlı tariximizdir! Qeyd etmişdir ki, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin…

Read More
Region Xəbərləri 

Türk Dövlətləri Təşkilatının uğurlu inkişaf yolu. 

Prezident İlham Əliyev cari ilin 3 noyabr tarixində Astanada Türk Dövlətləri təşkilatının “TÜRK ƏSRİ” çağrışı altında 10-cu Zirvə görüşündə iştirak etdi. Bu görüşdə bir sıra məsələlər müzakirə olundu. Prezident öz çıxışında bir sıra məsələlərə toxundu. Zirvə görüşündə çıxış edən Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanın suverenliyinin bərpası istiqamətində hər zaman mühüm addımlar atdığını qeyd edərək dedi: “Bu fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, Qırğızıstan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyir”. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin bütün Türk dövlətlərində qürur doğurduğunu…

Read More