YAP Bərdə rayon təşkilatı “Böyük Zəfərlərə aparan yolun 20 ili” şüarı altında ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Prezidentlik fəaliyyətinin 20 ilinə həsr edilmiş ağacəkmə aksiyası keçirmişdir.
Aksiyaya başlamamışdan öncə iştirakçılar Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyimiz uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya çıxış edərək bildirmişdir ki, bugün Azərbaycan özünün ən qüdrətli dövrünü yaşayır. Əldə olunan böyük Qələbələr, Zəfərlər ötən 20 ildə xalqımızın sevimli rəhbəri, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində addım – addım, qətrə -qətrə çox böyük zəhmətlər hesabına əldə olunmuşdur. Bu Qələbələr Ulu öndər Heydər Əliyevin parlaq ideyalarının, xalqın dəmir yumruq kimi bu ideyalar…
Read More