Təhsil 

Azərbaycanda bu müəllimlərin maaşı 1407 manatdır

İbtidai sinif üzrə müəllimlərin əməkhaqqı əvvəl 748 manat idisə, sertifikasiyadan sonra 1 167 manat olub. Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllimlər əvvəl 841 manat maaş alırdısa, sertifikasiyadan sonra 1 355 manat, riyaziyyat fənni üzrə əvvəl 1 016 manat idisə, sonradan 1 407 manat, xarici dil üzrə 888 manat idisə, sonradan 1 342 manat olub: Nazir qeyd edib ki, bu artımlar vergilər də daxil olmaqla olan rəqəmlərdir./”unikal”

Read More
Təhsil 

Məktəblərdə dəyişkən iş qrafikinə keçidlə bağlı VACİB AÇIQLAMA

Məktəblərdə dərslərin başlama vaxtını müəllimlər və valideynlər müəyyən edə bilirlər. ARANTV.AZ  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir qeyd edib ki, Bakıda əsas problem valideynlərin övladlarını məktəbə qoyub getməsidir: “Əgər valideynlər qərar versələr ki, dərslər 8-də yox, 9-da başlaya bilər, bu halda sürüşdürmə edilə bilər”, deyə nazir vurğulayıb. Qeyd edək ki, Prezident İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Dövlət Proqramınında Bakının nəqliyyat sıxlığına təsir edən məqamlar da qeyd olunub. Bunlardan biri də dövlər…

Read More
Təhsil 

Təhsil sistemində yenilik – Övladlarımızı vahid şəbəkə vasitəsilə izləyə biləcəyik

“Rəqəmsal məktəb layihəsi”nin test rejimində tətbiqinə başlanacaq. ARANTV.AZ xəbər verir ki, bunu elm və təhsil nazir Emin Əmrullayev media üçün brifinqdə bildirib. Nazir qeyd edib ki, layihə ilk mərhələdə Bakı şəhərində tətbiq ediləcək: “Bu layihə sayəsində valideynlər vahid şəbəkədən övladlarını izləyə biləcək. Platformada şagird kabineti, valideyn kabineti, müəllim kabineti, direktor kabineti olmaqla 4 bölmə olacaq”.

Read More
Təhsil 

Metodik kabinetlərin ləğvi ilə bağlı kütləvi ixtisarlar olmayıb – AÇIQLAMA

Elm və təhsil naziri Emin Əmrullayev metodik kabinetlərin ləğv olunması ilə bağlı açıqlama verib. ARANTV.AZ  xəbər verir ki, nazir metodik xidmətin yenidən qurulması istiqamətində görülən işlərdən danışıb: “Metodik kabinetlərin ləğvi ilə kütləvi ixtisarlara yol verilməyib. 2026-cı ilin sonunadək ölkədə 1000 məktəbdə metodik fəaliyjətin təşkili və hər bir regionda metodik dəstək qruplarının formalaşdırılması nəzərdə tutulur”.

Read More
Təhsil 

Nazirdən Qarabağ Universiteti ilə bağlı VACİB AÇIQLAMA

2025-2026-cı tədris ilində Qarabağ Universitetinə daha 1500 tələbənin qəbulu planlaşdırılır. ARANTV.AZ  xəbər verir ki, bunu elm və təhsil naziri Emi Əmrullayev media üçün brifinqdə deyib. Nazirin sözlərinə görə, hədəf ali təhsil pilləsinin hər 3 səviyyəsi üzrə 10 min təhsilalanın və tədqiqatçının təxminən 10-12 fakültədə fəaliyyətini təmin etməkdir: “Ərazidə yerləşən xəstəxananın bazasında Tibb fakültəsinin qurulması nəzərdə tutulur. Universitetin tabeliyində elmi-tədqiqat tibb mərkəzi yaradılacaq”.

Read More
Təhsil 

“Müəllimlik” ixtisası ləğv edilir? -Nazir AÇIQLADI

Kolleclərdə “Müəllimlik” ixtisası tədricən ləğv ediləcək. ARANTV.AZ  xəbər verir ki, bunu AzTV-yə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bildirib. Nazirin sözlərinə görə, bu addım müəllimlik peşəsində rəqabətliliyi artıracaq. “Kolleclərdə bəzi fənlər üzrə hazırlıq onsuz da aparılmırdı. Məsələn, kimya, fizika, biologiya və riyaziyyat müəllimləri ali təhsil müəssisələrində hazırlanır. Kolleclərdə isə, əsasən, ibtidai sinif, musiqi, təsviri incəsənət və digər fənn müəllimləri hazırlanır”, – deyə nazir qeyd edib. O bildirib ki, kolleclərdə, əsasən, ibtidai sinif və məktəbəqədər təhsil üzrə müəllim hazırlığı məhdudlaşdırılacaq.

Read More
Təhsil 

Bu ixtisas ləğv edilir – Nazir AÇIQLADI

Azərbaycanda kolleclərdə “Müəllimlik” ixtisası mərhələli şəkildə ləğv olunacaq. ARANTV.AZ  xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev AzTV-yə müsahibəsində məlumat verib. Nazir qeyd edib ki, bu dəyişiklik müəllimlik peşəsinin keyfiyyətini yüksəltmək və rəqabət mühitini gücləndirmək məqsədi daşıyır. Onun sözlərinə görə, hazırda kimya, fizika, biologiya və riyaziyyat kimi fənlərin müəllimləri yalnız ali təhsil müəssisələrində hazırlanır. Kolleclər isə əsasən ibtidai sinif, musiqi və təsviri incəsənət müəllimlərinin yetişdirilməsi ilə məşğuldur. Nazirin sözlərinə əsasən, gələcəkdə kolleclərdə ibtidai sinif və məktəbəqədər təhsil üzrə müəllim hazırlığına da məhdudiyyətlər tətbiq ediləcək.

Read More
Təhsil 

Elm və təhsil naziri Abşeronda vətəndaşlarla görüşəcək

Elm və təhsil naziri Emin Əmrullayev fevralın 21-də Abşeron rayonunda vətəndaşlarla görüşəcək. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbulda Abşeron, Sumqayıt, Xızı, Qubadlı və Zəngilan sakinləri iştirak edə bilərlər. Adları çəkilən şəhər və rayonların sakinləri fevralın 13-ü saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

Read More
Təhsil 

Bu gün məktəblərdə qış tətili başa çatır

Beş günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ili üzrə qış tətili bu gün başa çatır. ARANTV.AZ xəbər verir ki, bu, “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilib. Qış tətili 27-31 yanvar tarixlərini əhatə edib və ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil olunub. Ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ili üzrə qış tətili yanvarın 27-dən başlayıb. Qeyd edək ki, 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində isə 1 fevral 2025-ci il tarixi tətildən sonra ilk iş günü…

Read More
Təhsil 

Dili bilməyən tələbələr ingilis bölməsində necə oxuyurlar?

Son illər abituriyentlər ixtisas seçimi zamanı ingilis dilində tədrisə üstünlük verirlər. Bir çox universitetlərdə xarici dilin öyrədilməsi üçün sıfırdan başlayan təməl qruplar olur. Lakin dövlət universitetlərində tələbələr üçün belə bir şans yaradılmayıb. Bəs bu hal tələbələrə və müəllimlərə hansı çətinlikləri yaradır? “Həm dərsləri başa düşmürük, həm də semestr imtahanlarında uğurlu nəticələr əldə edə bilmirik. Bütün bunlar bizim üçün böyük problemlərə səbəb olur”, – deyə tələbə şikayətini bildirib. Bakı Dövlət Universitetinin müəllimi Yeganə Əsədova problemin əsas səbəbini orta məktəblərdə ingilis dilinin tədrisinin zəif olması ilə əlaqələndirib. “Orta məktəblərdə danışığa üstünlük verilmir,…

Read More