Təhsil 

Elm və təhsil naziri Abşeronda vətəndaşlarla görüşəcək

Elm və təhsil naziri Emin Əmrullayev fevralın 21-də Abşeron rayonunda vətəndaşlarla görüşəcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbulda Abşeron, Sumqayıt, Xızı, Qubadlı və Zəngilan sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri fevralın 13-ü saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

Daha çox xəbərlər