Region Xəbərləri Təhsil 

“8 noyabr Zəfər günü”nə həsr olunmuş məktəb tədbiri

Bərdə şəhər Milli Qəhrəman Elgiz Kərimov adına 4saylı tam orta məktəb də Zəfər bayramına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak etdilər. Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib. Çıxış edənlər bildiriblər ki, 27 sentyabr 2020-ci il tarixdə təcavüzkar Ermənistanın yenidən təxribatlara başlamasına cavab olaraq Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması üçün Vətən müharibəsinə…

Read More
Region Xəbərləri Təhsil 

8 Noyabr – Zəfər Gününə həsr olunan silsilə tədbirlər keçirilib.

F.M.Muradov adına 7 nömrəli tam orta məktəbdə Şanlı Zəfər gününün 3-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə – “Zəfər Günü”nün qeyd edilməsi münasibətilə  tədbir keçirib. Tədbirdə məktəbin direktoru, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər. Əvvəlcə Azərbaycan dövlət himni səsləndirilib, daha sonra məktəbin direktoru Mehparə Mustafayeva çıxış edib və qeyd edib ki, hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi…

Read More
Təhsil 

Gələn həftədən şagirdlərin elektron yerdəyişməsi sistemi yenidən aktivləşəcək

Oktyabrın 23-də saat 15:00-dan 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start veriləcək. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək. Eyni zamanda müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlər 23-31 oktyabr tarixləri arasında ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər. Qeyd edək ki, 10-cu siniflərə şagirdlərin qəbulu da şagird yerdəyişməsi elektron sistemi (www.sy.edu.az) vasitəsilə aparılacaq. Məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsinə başlanılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Read More
Region Xəbərləri Təhsil 

Tarixi QƏLƏBƏ qeyd olunub+Fotolar

Tarixi qələbə günü münasibəti ilə Şorəlli kənd tam orta məktəbdə tədbir keçirilib. Xatırladaq ki, oktyabrın 15-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Bayrağını Xocalı, Xocavənd, Xankəndi, Ağdərə şəhərlərində və Əsgəran qəsəbəsində ucaldıb. Azərbaycan xalqı Müzəffər Liderinə sonsuz inanır və hər daim onun arxasındadır! Dəmir yumruq dövlətin və xalqın birliyidir! Cənab Prezidentin timsalında birliyimiz hər zaman daimi olsun!          

Read More
Təhsil 

“Ana savadlıdırsa, övladı da…” – nazirdən qiymətli tövsiyə, bəs reallıq…

Psixoloq: “Uşağın böyüməsində, təhsilində təkcə valideynlər deyil, cəmiyyət, qohumlar, o cümlədən məktəb mühüm rol oynayır” “Uşağın ananın təhsilli, savadlı olduğu ailədə böyüməsi vacibdir”. Bunu dünən elm və təhsil naziri Emin Əmrullayev “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində “Hənifə Məlikova-Zərdabi 2023 Təqaüd Proqramı”nın təqdimat mərasimində söyləyib. “Qadınlarımızın savadlı olması çox vacibdir, onların təhsil almağa marağı stimullaşdırılmalıdır”, – deyə nazir vurğulayıb. Sözsüz ki, nazirin sözlərində həqiqət payı var. Ancaq ana təhsilli, savadlı deyilsə və ya övlad təhsilə elə də meyl göstərmirsə, onda necə? Mövzu ilə bağlı psixoloq Azad İsazadə “Yeni Müsavat”a danışıb:…

Read More
Region Xəbərləri Təhsil 

Bərdədə ‘Təhsilalanları fiziki-psixoloji zorakılıqdan və qısnamadan qoruyaq ‘ layihəsinin açılış mərasimi oldu.

7 oktyabr 2023-cü il tarixində ‘Təhsilalanları fiziki-psixoloji zorakılıqdan və qısnamadan qoruyaq ‘ layihəsinin açılış mərasimi oldu.Açılış mərasimi şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla yad edildi. Sonra ölkəmizin himni səsləndi. Açılışı layihə rəhbəri Tofiqə xanım Məmmədova açdı. O layihə çərçivəsində həyata keçiriləcək tədbirlərdən, layihənin məqsədi və istiqamətindən söz açdı. Mərasimdə layihənin təlimçisi Ülkər Səmədova, layihənin eksperti Zəbunə Quliyeva, psixoloq Sənubər Zeynalova çıxışlar etdilər. Layihə iştirakçıları Aygün Qarayeva, Nigar Şükürova, Nurlana Qasımova öz fikirlərini bildiriblər. Verilən suallara cavablar verildi. Valideynlər və şagirdlər çox maraq göstərdilər. Sonra layihə iştirakçılarına bukletlər paylanıldı.

Read More
Cəmiyyət Təhsil 

Bağça müdiri beynəlxalq konfransda çıxış edib

Sumqayıt şəhər 71 saylı uşaq bağçasının müdiri Heyran Mehdiyeva  6-7 oktyabr 2023-cü il tarixində Bolqarıstanın Müqəddəs Kliment Oxridsku adina Sofiya Universitetində “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin 10 illiyi” münasibəti ilə “Azərbaycan Avropa və Asiyanın kəsişməsində” adlı beynəlxalq elmi konfransda istirak edib.   ARANTV.AZ  xəbər verir ki, konfransda Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Hüseynov cıxış edərək Azərbaycandan gələn alimləri salamlayıb və onlara uğurlar arzulayıb.   Heyran Mehdiyeva “Differeces between and british english” (Amerika və Britaniya ingilis dili arasındakı fərqlər) mövzusunda məruzə ilə cıxış edib.   Konfransda Azərbaycan dili və…

Read More
Region Xəbərləri Təhsil 

Beynəlxalq Müəllimlər Günüdə fərqlənən məktəb! Video

Bərdə Rayon A.Süleymanov adına Şorəlli kənd tam orta məktəbin Direktoru Gülnarə Əliyeva, 5 oktyabr Müəllimlər günü münasibətilə öz müellim kollektivini özünə məxsu təbriki ilə belə sevindirdi.Gülnarə müəllimə, hər zaman olduğu kimi indi də öz addımı və sadəliyi  ilə fərqlənməyi bacardı. Direktorluq fəaliyyətinizdə sizə uğurlar arzu edirik. Həyatımızın bir günün yox,hər günün müəllimlərə həsr etsək belə azdır. Müəllim,mənim üçün o qədər əziz və şərəfli addır,o qədər məsuliyyətli bir peşədir ki,hansısa ixtisas üzrə təhsil alıb bu peşə üzrə işləyən hər adamı müəllim kimi qəbul edə bilmərəm.Müəllim tək savadı,pedaqoji fəaliyyəti ilə deyil,məktəbdən kənar…

Read More