Region Xəbərləri Təhsil 

Beynəlxalq Müəllimlər Günüdə fərqlənən məktəb! Video

Bərdə Rayon A.Süleymanov adına Şorəlli kənd tam orta məktəbin Direktoru Gülnarə Əliyeva, 5 oktyabr Müəllimlər günü münasibətilə öz müellim kollektivini özünə məxsu təbriki ilə belə sevindirdi.Gülnarə müəllimə, hər zaman olduğu kimi indi də öz addımı və sadəliyi  ilə fərqlənməyi bacardı. Direktorluq fəaliyyətinizdə sizə uğurlar arzu edirik. Həyatımızın bir günün yox,hər günün müəllimlərə həsr etsək belə azdır. Müəllim,mənim üçün o qədər əziz və şərəfli addır,o qədər məsuliyyətli bir peşədir ki,hansısa ixtisas üzrə təhsil alıb bu peşə üzrə işləyən hər adamı müəllim kimi qəbul edə bilmərəm.Müəllim tək savadı,pedaqoji fəaliyyəti ilə deyil,məktəbdən kənar…

Read More
Cəmiyyət Təhsil 

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr- Beynəlxalq Müəllimlər Günüdür.   Bu əlamətdar gün UNESKO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub. Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.   Beynəlxalq Müəllimlər Günü bütün dünyada müəllim əməyini qeyd etməyə, parlaq zəkaların və istedadlı gənclərin bu peşəyə cəlb olunmasına və bu sahədə saxlanılmasının həlli yollarını tapmağa və ümumiləşdirmələr aparmağa imkan yaradır.   Azərbaycanda Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir. Ölkəmizdə bu günə dövlət səviyyəsində diqqət…

Read More
Təhsil Təhsil Millətin Gələcəyidir 

Öz parlaq ziyası ilə cəmiyyətə aydınlıq bəxş edən, ruhumuzu, beynimizi, könlümüzü nurlandıran…

YAP Bərdə rayon təşkilatının sədri: Faqət Şadlinskaya: Əziz, dəyərli, müqəddəs peşə sahibləri – müəllimlər! Bu bayram başqa bir bayramdır! Dünyanı mat və heyran qoyan böyük Zəfər tariximizin yazıldığı bugünlər bayramınıza ikiqat yox, on qat, yüz qat… bayram sevinci gətirib! Bugünlər yaşadığımız bu möcüzə ayların, günlərin, anların, böyük Qələbələrin sevincini xalqımiza bəxş edən mübariz, igid, qəhrəman oğullar, Vətənin dar günündə Müzəffər Ali Baş Komandan, xalqımızın sevimli övladı və rəhbəri cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşən, bütün dünyaya və düşmənə humanistlik dərsi keçən xalqımız ömür yollarının başlanğicinda sizdən dərs alıblar,…

Read More
Region Xəbərləri Təhsil 

27 Sentyabr- Anım Günüdür adlı tədbir keçirildi+Fotolar

Tədbirdə məktəbin direktoru Tofiqə Məmmədova, müavin Baxşeyiş Məmmədli çıxış edərək Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin siyasi iradəsindən,ordumuzun igid oğullarının qəhrəmanlıqlarından danışdılar. Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Elgiz Kərimovun qardaşı Ramiz Kərimov və 44 günlük Vətən müharibəsinin igid oğlu Xudayar Yusifzadənin anası Radə xanım Qurbanova iştirak etdilər. Tədbirdə Vətən müharibəsi haqqında video nümayiş etdirildi. Tədbir iştirakçıları şagirdlərin ifasında kompozisiyaya baxdılar.Sonra tədbir iştirakçılarının bir qrupu Şəhidlər xiyabanını ziyarət etdilər. 27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və…

Read More
Təhsil 

Universitetlərdə üçillik təhsil təklifi – hansı ixtisaslarda ixtisar?

“Jurnalistika ixtisası üzrə təhsil müddəti maksimum bir il olmalı…” Azərbaycanda bəzi ali məktəblərdə ixtisasların tədris müddəti azaldıla bilər. Bunu elm və təhsil naziri Emin Əmrullayev bir neçə gün öncə keçirdiyi brifinqdə deyib. “Ali məktəblərdə bəzi ixtisasların tədris müddətinin 4 ildən 3 ilə salınması ilə bağlı məsələ pilot layihə çərçivəsində növbəti illərdə həyata keçiriləcək”, – deyə nazir bildirib. Onun sözlərinə görə, bu, təhsilalanların sayının artırılmasına da səbəb olacaq: “Hesab edirəm ki, bu, faydalı olacaq. Bu dəyişikliyin informasiya texnologiyaları və turizm sahəsində edilməsi nəzərdə tutulur”. Bəs görəsən, ali təhsil müəssisələri bu yeniliyi…

Read More
Təhsil 

Elm və Təhsil Nazirliyinin Aparatının və strukturuna daxil olan qurumların işçilərinin say həddi təsdiqlənib

Elm və Təhsil Nazirliyinin Aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say həddi təsdiqlənib.   Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.   Qərara əsasən, Elm və Təhsil Nazirliyinin Aparatının işçilərinin say həddi 180 ştat vahidi, nazirlik yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 43 ştat vahidi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 43 ştat vahidi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 882 ştat vahidi təsdiq edilib.

Read More
Cəmiyyət Təhsil 

Təhsil xərcləri artırılır

Gələn il proqnozlaşdırılan təhsil xərcləri açıqlanıb. APA xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib. Sənəddə qeyd edilib ki, 2024-cü il dövlət büdcəsindən təhsil bölməsi üzrə 102 tədbiri əhatə edən 10 proqramın həyata keçirilməsi üçün 4 milyard 549,9 milyon manat (xüsusi çəkisi 12,5 faiz) məbləğində vəsaitin yönələcəyi proqnozlaşdırılıb. Xatırladaq ki, 2023-cü ilin dövlət büdcəsində təhsil xərcləri 4 407 164 329 manat proqnozlaşdırılıb. Beləliklə, gələn il üçün təhsil xərcləri artırılır. Qeyd edək ki, 2024-cü il üçün dövlət büdcəsi xərcləri…

Read More
Region Xəbərləri Təhsil 

Bərdə məktəblərində Beynəlxalq Sülh Günü+Fotolar

Sentyabrın 21-də A.Suleymanov adına Şorəlli kənd tam orta məktəbdə 21 sentyabr – Beynəlxalq Sülh Günü münasibəti ilə tədbir keçirilib.BMT bu günü 1981-ci ildə təsis edib. İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. O vaxtdan Beynəlxalq Sülh günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Kralıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib.

Read More
Təhsil 

116 yeni məktəbdə peşə təmayüllü siniflər fəaliyyətə başlayıb

2023–2024-cü tədris ilindən 116 yeni məktəbdə peşə təmayüllü siniflər fəaliyyətə başlayıb. Bu barədə Musavat.com-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Hazırda bu siniflərin sayı 232-yə çatmaqla 196 məktəbdə 3 500-dən çox şagirdi əhatə edir. 2026-cı ilədək peşə təmayüllü siniflərin fəaliyyət göstərdiyi məktəblərin sayının 15 faizə çatdırılması nəzərdə tutulub. Peşə təmayüllü siniflərdə təhsil almaq üçün 9-cu sinfi bitirdikdən sonra ərizə ilə həmin siniflər mövcud olan məktəblərə müraciət etmək lazımdır. Peşə təmayüllü siniflərə keçid, həmçinin burada təhsil tamamilə ödənişsizdir. Peşə təmayüllü siniflərdə şagirdlərə ümumi təhsil fənləri ilə bərabər, müvafiq peşə ixtisasına uyğun nəzəri…

Read More