Təhsil 

Bakıda şagirdlər arasında bıçaqlanma

Bakıda şagird şagirdi bıçaqlayıb. “Qafqazinfo” xəbər verir ki, Sabunçu qəsəbəsində yerləşən məktəblərdən birinin 11-ci sinfində oxuyan 2006-cı il təvəllüdlü şagird Şəhidlər parkında 2007-ci il təvəllüdlü digər şagirdi bıçaqlayıb. Hadisə dünən axşam saat 21 radələrində qeydə alınıb. 16 yaşlı oğlan Sabunçu Tibb Mərkəzinə çatdırılaraq cərrahi əməliyyat olunub. Onun dindirilməsi hələ ki mümkün olmayıb. Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

Read More
Təhsil 

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul üçün qeydiyyat başa çatır

V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin və subbakalavrların elektron qeydiyyatı başa çatır. Bu barədə Dövlət İmtahan Mərkəzindən xəbər verilib. Teatr, kino və xoreoqrafiya sənəti, musiqi sənəti və təsviri sənət istiqamətlərinin komissiyaları üzrə qeydiyyat bu gün saat 23:59-dək davam edəcək. Abituriyentlər (subbakalavrlar) müvafiq keçidə daxil olub qeydiyyatdan keçə bilərlər. Bədən tərbiyəsi və idman istiqaməti, həmçinin ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən…

Read More
Təhsil 

Tədrisi digər dillərdə aparılan birinci siniflərə qəbul üzrə müsahibəyə yazılma mərhələsi başa çatır

31 may 2023-ci il saat 18:00-da dövlət ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılma mərhələsi başa çatacaq. Bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib. Qeyd edək ki, dövlət ümumtəhsil müəssisələrində tədrisi digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələr 18 may tarixindən 9 iyun tarixinədək təşkil ediləcək.

Read More
Təhsil 

Xaricdə təhsil alan gənclər Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçiriblər – FOTO

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və  Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə Avstriya, Macarıstan və Böyük Britaniyada silsilə tədbirlər keçirilib. Avstriyanın paytaxtı Vyanada keçirilən tədbirdə bu ölkədə təhsil alan və məzun olmuş gənclərimizin iştirakı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir baş tutub. ASAP Avstriyanın təşkilatçılığı ilə keçirilən tədbirdə gənclərimizə Müstəqillik Gününün tarixi ilə bağlı məlumat verilib. Bildirilib ki, müasir Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) hüquqi varisidir. AXC qısa müddət mövcud olsa da, həmin dövrdə müstəqilliyin və dövlətçiliyin təməlini yaradıb. 1990-cı illərin əvvəlində Azərbaycan xalqının…

Read More
Təhsil 

Azərbaycanlı “dindar” “Quran” dərslərində uşaqlara İŞGƏNCƏ VERDİ

Azyaşlılara işgəncə verməkdə təqsirləndirilən Tacikistandan olan missioner məhkəmənin qərarı ilə həbs edilib. ARANTV.AZ lent.az-a istinadən bildirir ki, Sankt-Peterburq məhkəməsi Tacikistan Respublikasının vətəndaşı Şərofiddin Raxmatovu həbs edib. Həmin şəxs və onun şərik olduğu iddia edilən iki nəfər Türkiyə vətəndaşı Dinçer və Azərbaycan vətəndaşı Ağayev azyaşlı uşaqlara işgəncə verməkdə ittiham olunurlar. Məlumata görə, onlar qəsdən və sistemli şəkildə dörd azyaşlı şagirdə fiziki ağrı və ruhi əzab veriblər. Saxlanılan şəslər Sadovaya küçəsində yerləşən yaşayış binasında dini yönümlü “təlim” keçiblər. İş materiallarına görə, əcnəbilər şəxsi ədavət zəminində hərəkət edərək onlara əmanət edilmiş uşaqları mütəmadi…

Read More
Təhsil 

Bakıda tələbə qəfildən ölüb

Bakıda tələbə qəfildən dünyasını dəyişib. ARANTV.AZ xəbər verir ki, bununla bağlı sosial şəbəkədə “Azərbaycan universitetləri” səhifəsi paylaşım edib. Paylaşımda qeyd edilib ki, hadisə bu gün səhər saatlarında baş verib. Belə ki, Milli Aviasiya Akademiyasının İqtisadiyyat-hüquq fakültəsinin IV kurs tələbəsi olan Nicat Süleymanov qəfildən dünyasını dəyişib. Tələbənin ölüm səbəbi hələlik məlum deyil.Oxu.Az

Read More
Təhsil 

Emin Əmrullayev ODTÜ-nün məzunu ilə görüşüb – FOTO

“Bu gün İsmayıllı rayonunda keçirilən vətəndaşların qəbulu zamanı Lahıc qəsəbə tam orta məktəbinin məzunu, 2017-ci ildə keçirilən qəbul imtahanlarında 700 bal toplayaraq Prezident təqaüdçüsü adını qazanan Vahab Cəbrayılovla görüşdüm”. Bu barədə təhsil və elm naziri Emin Əmrullayev öz “Facebook” səhifəsində paylaşım edib. O bildirib ki, Vahab bu il Türkiyənin Orta Şərq Texniki Universitetindən (ODTÜ) kompüter mühəndisliyi ixtisası üzrə məzun olub. “Ona ABŞ-nin Kolumbiya Universitetində eyni ixtisasla əlaqədar doktorantura təhsili almaq və professor köməkçisi kimi çalışmaq təklif olunub. Vahab kimi gənclərimizlə görüşmək məni çox qürurlandırır. Tələbəmizi təbrik edir, ona gələcək təhsilində…

Read More
Təhsil 

Doktorantura və dissertantura üzrə xarici dil və fəlsəfə doktoru imtahanlarına qoyulan tələblər açıqlanıb

Doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının yazı blokuna qoyulan tələblər açıqlanıb. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanı vermək istəyən namizəd (doktoranturaya qəbul olmaq istəyən şəxslər) və iddiaçılar (artıq doktoranturaya qəbul olmuş şəxslər) xarici dil imtahanında çoxpilləli təhsil sistemi çərçivəsində mənimsədikləri bilik və bacarıqları, söz ehtiyatını, praktik qrammatikanın əsaslarını nitq fəaliyyətinin bütün növləri üzrə kompleks şəkildə, yəni dinləyib-anlama, oxuyub-anlama, yazı və danışıq vərdişləri əhatə olunmaqla nümayiş etdirməlidirlər. Yazı bloku üzrə tapşırıq nümunəsi imtahanın istiqamətindən asılı olaraq dəyişir. Belə…

Read More
Təhsil 

Məktəb direktoru haqqında paylaşımlar edən katibəyə cəza verildi

Astara rayon F.Əliyarov adına 6 saylı tam orta məktəbin direktoru Ülviyyə Bayramova ilə katibə Validə Məmmədova arasındakı qalmaqalla bağlı məhkəmə prosesi başa çatıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Astara Rayon Məhkəməsində V.Məmmədova barəsində direktorun etdiyi xüsusi ittiham qaydasındakı şikayətə baxılıb. Ü.Bayramova katibənin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) maddəsinə uyğun cəzalandırılmasını tələb edib. Araşdırmalar zamanı məlum olub ki, Validə Məmmədova direktora oğlunu işə götürülməsi ilə bağlı müraciət edib. Ülviyyə Bayramova məktəbdə yaranacaq vakant yerə qaydalara uyğun olaraq şəhid ailə üzvlərindən, qazi və müharibə iştirakçılarından müraciət edən olmayacağı təqdirdə Validə Məmmədovanın oğlunun işlə…

Read More
Təhsil 

Bakı məktəbində İNSİDENT: Narkotik satdığı iddia edilən şagirdin atası müəllimə hücum etdi

Bu gün səhər saatlarında Yasamal rayonu 158 nömrəli orta məktəbdə müəllimlə valideyn arasında insident yaşanıb. Metamfetamin satdığı iddia olunan 10-cu sinif şagirdi Mehdi Məmmədlinin atası direktorun otağında həmin məktəbin dil-ədəbiyyat fənnini tədris edən Səhər Əhmədovaya hücum edib. Müəllimənin telefonunu əlindən alan valideyn ona nalayiq ifadələr səsləndirib və beləliklə mübahisə böyüyüb. Səhər Əhmədova baş verənlərlə bağlı “102” xidmətinə müraciət etmək istəsə də, məktəbin direktoru Mehriban Ələkbərova buna imkan verməyib. Səhər Əhmədovanın müəllim yoldaşları da mübahisə edən tərəfləri sakitləşdirməyə cəhd ediblər. Bizim.media-ya müraciət edən 158 nömrəli məktəbin müəllimi Səhər Əhmədova aidiyyəti qurumların…

Read More