Azərbaycanda daha bir yüksək vəzifəli şəxs işdən çıxarıldı – FOTO

Ağsu rayon Təhsil şöbəsinin müdiri Səftər Əliabbasov vəzifəsindən azad edilib. Bununla bağlı müvafiq əmr imzalanıb. Məlumata görə, S.Əlabbasov öz ərizəsi ilə işdən azad olunub. Hələlik onun yerinə təyinat olmayıb. Qeyd edək ki, S.Əlabbasov 2017-ci ildə Ağsu rayon Təhsil şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdu.(Report)

Daha çox ..

Hərbi Dəniz Qüvvələrinin Xəzərdə keçirdiyi təlim başa çatdı – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına əsasən, Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən taktiki təlim başa çatıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Xəzər dənizinin əməliyyat zonasında enerji infrastrukturunun mühafizəsi, gəmi taktiki qruplarının qarşılıqlı fəaliyyətdə döyüş əməliyyatlarının planlaşdırılması və aparılması, həmçinin, komandirlər, qərargahlar və şəxsi heyətin bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə yüksək peşəkarlıq…

Daha çox ..

Nazirlər Kabineti rəsmisindən icazəsi olanların qeyri-iş günlərində SMS-lə hərəkəti ilə bağlı AÇIQLAMA

Nazirlər Kabinetindən icazəsi olan şəxslərin işdənkənar və qeyri-iş günlərində yaşayış yerini tərk etməsi ilə bağlı məsələyə aydınlıq gətirilib. NK-nin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, fəaliyyətinə icazə verilmiş obyektlərdə insanların işdənkənar da hərəkətlilik səviyyəsi müşahidə olunub: “Bu qərar sui-istifadə hallarının qarşısını almaq üçün verilib. Belə ki, icazəsi olan şəxslərin işdənkənar hallarda yaşayış…

Daha çox ..

Baş nazirdən xidməti avtomobillərlə bağlı QƏRAR

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərar dəyişdirilib. ARANTV.AZ-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarə, müəssisələrdə, təşkilatlarda xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri üçün aylıq yürüş həddi müəyyənləşib. Xidməti minik avtomobilləri üçün aylıq yürüş həddi…

Daha çox ..

Bakı-Sumqayıt yolunda tıxaca düşmək istəməyən sürücüdən riskli addım – VİDEO

Bakıda “Mercedes” markalı avtomobilin sürücüsü qəza şəraiti yaradıb. ARANTV.AZ xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə yayılıb. Görüntülərdə “Mercedes” markalı avtomobilin sürücüsünün Bakı-Sumqayıt yolu ilə hərəkətdə olan zaman qarşıda yaranmış tıxaca düşməmək üçün Kənar Dairəvi yola əks istiqamətdən girməsi, digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaratması əks olunub. Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi…

Daha çox ..

Karantin bitdikdən sonra ilk növbədə bu şəxslər paytaxta qayıda biləcəklər

May ayının 4-dən etibarən şəhərlərarası nəqliyyat bərpa olunduğu halda, paytaxta gələn insanların daşınması mərhələli şəkildə aparılacaq. Bunu Trend-ə açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, hələlik mayın 4-dən şəhərlərarası daşınmanın açılmasına dair Operativ Qərargahdan quruma heç bir tapşırıq gəlməyib:…

Daha çox ..

Metronun açılmasından sonra sərnişinlərə xəbərdarlıq ediləcək

Metro stansiyalarının fəaliyyətini bərpa edəcəyi təqdirdə sərnişinlərə sosial məsafə saxlamaqla bağlı mütəmadi xəbərdarlıqlar olunacaq. ARANTV.AZ  xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, bununla bağlı metroda sərnişindaşıma fəaliyyəti dayandırılana qədər də tövsiyələr olunub: “Bakı Metropoliteninin bütün stansiyalarında sosial məsafə saxlamaq barədə sərnişinlər…

Daha çox ..

“Psixoloji gərginlik, stress pozuntusu hələ bir müddət qalacaq”

Azərbaycanda mart ayının 24-dən etibarən tətbiq edilən xüsusi karantin rejiminin 37-ci günüdür. ARANTV.AZ  modern.az-a istinadən Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovla müsahibəni təqdim edir: – Elnur müəllim, karantin elan ediləndən sonra psixoloji şikayətlərlə bağlı Sizə müraciət edənlərin sayı artıb, yoxsa azalıb? – Bu müddət ərzində mənə, eyni zamanda rəhbərlik etdiyim Psixologiya Elmi Tədqiqat İnstitutuna müraciət…

Daha çox ..

Ticarət mərkəzləri və bazarlar nə vaxt açılacaq? – AÇIQLAMA

Mayın 4-dək uzadılan karantin dövrü bitdikdən sonra növbəti mərhələ üçün daha ciddi yumşaldılamalarla bağlı addımlar atılacaq və bu daha geniş spektri əhatə edəcək. Vətəndaşları daha çox maraqlandıran sahələrdən biri də insanların kütləvi olduğu ticarət mərkəzləri, bazarlardır. Bu sahələrin də fəaliyyətinə icazə veriləcəkmi? ARANTV.AZ  xəbər verir ki, millət vəkili Fazil Mustafa ölkə.az-a açıqlamasında bildirib ki, iri ticarət…

Daha çox ..

Ötən ay dəmir yolu ilə 192 milyon dollarlıq yük daşınıb

Mart ayında dəmir yolu nəqliyyatı ilə ümumilikdə, 535 513 ton yük daşınıb ki, bu yüklərin ümumi dəyəri 192,4 milyon ABŞ dolları olub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, keçən ay dəmir yolu nəqliyyatı ilə ixrac olunan 162 047 ton yükün dəyəri 29,6 milyon dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 373 465 ton,…

Daha çox ..