İSLAM
Məhərrəm barədə bəzi iradlara cavab
Məhərrəm ayı başladı… Yenə sosial şəbəkələrdə, gündəlik söhbətlərdə bir mövzu akuallaşdı: məhərrəmliyi qeyd etmək lazımdırmı? Əsasən, radikal cərəyanların ardıcılları tərəfindən qızışdırılan bu müzakirələrdə belə fikirlər formalaşdırılır. Əvvəla, guya İslam dini matəmin əleyhinə olduğu üçün məhərrəmliyi qeyd etmək olmaz. İkincisi, Həzrət Hüseyn (ə) şəhadətə çatıb Allahın yanında ən uca məqama nail olub; ona görə də bu […]
Sosial şəbəkələrdə Peyğəmbəri və imamları təhqir edən yazılara şərh yazıb etiraz etmək vacibdirmi?
Sosial şəbəkələrdə Peyğəmbəri və imamları təhqir edən yazılara şərh yazıb etiraz etmək vacibdirmi? İslam müqəddəslərinin ehtiramını saxlamaq hər kəsə vacibdir. Bunu pozan şəxslər böyük günah qazanırlar və həm dünyada, həm də axirətdə Allahın qəzəbinə gələrlər. Dindar şəxs imkan dairəsində müqədəs dəyərlərin təhqir edilməsinə mane olmalı, əlindən gələn üsulla bunun qarşısını almalıdır. Əlbəttə, bu zaman öz […]
Hacı Şahin: “Aşura günü xütbələr onlayn oxunacaq”
Aşura günü xütbələr onlayn oxunacaq. Hər kəsin bu il Qafqaz Müsəlmanlar İdarəsinin çağırışlarına əməl etməsi arzuolunandır. Bu sözləri Oxu.Az-a açıqlamasında Məşədi Dadaş Məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib. O bildirib ki, insanlarımız bu il səbrli olmalı və sağlamlıqlarını riskə atacaq davranışlara yol verməməlidirlər: “Bununla bağlı dəfələrlə ictimaiyyətə səslənmişik. Bu gün bir çox […]
Bir insana müqəddəs yerlərdən gətirilmiş kəfən hədiyyə etmək olarmı?
Bir insana müqəddəs yerlərdən gətirilmiş kəfən hədiyyə etmək olarmı? Hədiyyə iki insan arasında fərdi və şəxsi xarakter daşıyan bir məsələdir. Bir insana hədiyyə verərkən onun zövqünü, dünyagörüşünü, maddi vəizyyətini nəzərə almaq məsləhətdir. Əgər bunlar nəzərə alınmasa, hədiyyə nəinki yerinə düşməz, əksinə, narazılıqla qarşılana bilər. Dindarlar arasında belə bir ənənə var ki, müqəddəs ziyarətlərdən qayıdanda özləri […]
21 avqust 2020: Dəyərimiz əldən getdi, Aşura məktəbi dəfn olundu… Eləmi?
Artıq xeyli müddətdir ki, Məhərrəmlikdə Azərbaycanda məscidlərin bağlı olması, əvvəlki illərdən fərqli olaraq kütləvi əza məclislərinin təşkil olunmaması məsələsi dini cameədə ciddi müzakirələrə səbəb olub. Əsasən ölkə hüdudlarından kənarda lövbər salan bir dəstə bu hadisəni az qala bütöv bir xalqın, daha doğrusu isə bu xalqın inanclı kəsiminin zillətə boyun əyməsi, bu dini kəsimin öndə gedən […]
Üzük hansı barmağa taxılmalıdır və hansı üzüklərin taxılması savabdır?
Üzük hansı barmağa taxılmalıdır və hansı üzüklərin taxılması savabdır? Hər şeydən əvvəl bunu qeyd edək ki, şəriətimizə görə, kişinin qızıl üzük taxması icazəli deyil (qadınlar üçün bu qadağa yoxdur). Dəmir üzük taxmaq bəyənilmir. Kişilər üçün ən yaxşısı gümüş üzük sayılır. Üzüyü sağ əlin çeçələ (lap kiçik) və ya adsız (onun yanındakı) barmağına taxmaq müstəhəbdir. Əqiq, […]
Məhərrəm məclislərinə qatılmaq istəyənlərin nəzərinə!
Xəbər verdiyimiz kimi, bu gündən, avqustun 21-dən, Məhərrəm ayı başlayıb. Lakin əvvəlki illərdən fərqli olaraq, bu il Azərbaycanda kütləvi əza məclisləri təşkil olunmayacaq. Buna səbəb isə koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan karantin rejimidir. Bununla belə, ölkə dindarları sözügedən məclislərə bir sıra ilahiyyatçıların FB və Youtube kanalları vasitəsi ilə yayımlayacaqları onlayn translyasiyalar vasitəsi ilə […]
Məhərrəm ayı boyunca qadının üz və qaş aldırması, saçına rəng qoyması icazəlidirmi?
Məhərrəm ayı boyunca qadının üz və qaş aldırması, saçına rəng qoyması icazəlidirmi? Məhərrəm və səfər ayları hüzn və kədər aylarıdır. Bu aylar boyunca qadınların bəzəkdən istifadə etmələri qadağan olmasa da, arzuedilməzdir. Yaxşı olar ki, qadınlar imkan daxilində bu aylar boyunca zinət vasitələrindən istifadə etməsinlər. Məhərrəmlik ərzində özünü naməhrəmlərə gözəl göstərmək, eləcə də, şadlıq məclislərində iştirak […]