Goranboyda silahlı insident törədən polis əməkdaşı hakim qarşısına çıxarılır
Goranboy rayonunda polis əməkdaşına xəsarət yetirməkdə ittiham olunan Lətif Əmrahovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Nural Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası martın 5-nə təyin edilib. Qeyd edək ki, L.Əmrahovun cinayət işi bundan əvvəl də Gəncə Ağır Cinayətlər Məhkəməsinə daxil olub. Bu ilin yanvarında hakim Nural Əliyevin sədrliyi ilə baş tutan ilkin prosesdə cinayət işinin yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılması barədə qərar qəbul olunub. İttihama görə, ötən il iyulun 12-də gecə…
Read More