Kriminal 

Qadını qaçırdı, qeyri-rəsmi nikahda yaşadılar, axırda isə… – Şamaxıda CİNAYƏT

Qaçırdığı qadını öldürməyə cəhddə təqsirli bilinən Şirzad Əsədov barəsindəki hökmdən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət edib. ARANTV.AZ  ölkə.az-a istinadən xəbər verir ki, onun şikayəti ilə bağlı məhkəmə prosesi hakimi Elman Əhmədovun sədrliyi ilə keçiriləcək. Qeyd edək ki, hadisə ötən il Şamaxı rayonunun Meysəri kəndində baş verib. Kənd sakini, 1986-cı il təvəllüdlü Zöhrə Güloğlan qızı Əlqəmbəyeva qeyri-rəsmi nikahda yaşadığı Ş.Əsədov tərəfindən döyülüb. O, ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, 35 yaşlı Ş.Əsədov əvvəllər məhkum olunub. O, hadisədən 15 gün öncə Z.Əlqəmbəyevanı qaçırıb və onlar qeyri-rəsmi nikahda yaşayıblar. Qadın…

Read More
Kriminal 

DƏHŞƏTLİ HADİSƏ: Kişi qonşu qadını bıçaqladı

Qazax rayonunda qonşusunu bıçaqlamaqda təqsirli bilinən Mürsəl Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib. Məhkəmə hazırlıq iclası sentyabr ayının 2-nə təyin olunub. Qeyd edək ki, hadisə hadisə aprelin 30-da saat 13 radələrində rayonun Birinci Şıxlı kəndinə baş verib. Kənd sakini, 1971-ci il təvəllüdlü Mürsəl Hüseynov qonşusu, 1981-ci il təvəllüdlü Elmira Orucovanın evində onunla aralarında yaranan mübahisə zamanı ona bir neçə bıçaq zərbəsi vurub. Bu zaman E.Orucovanın oğlu Xəyal Mikayılov hadisəyə müdaxilə edərək…

Read More
Kriminal 

Oğul anasını və arvadını baltaladı — UCARDA AİLƏ FACİƏSİ

Ucarda arvadını öldürüb anasına ağır xəsarət yetirməkdə təqsirli bilinən Arzu Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək. ARANTV.AZ  ölkə.az-a istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə keçiriləcək məhkəmə baxış iclası avqust ayının 30-na təyin olunub. Qeyd edək ki, hadisə rayonun Şamil Fərzəliyev küçəsi, 30 ünvanında baş verib. Rayon sakini, 1970-ci il təvəllüdlü Aruz Xudat oğlu Tağıyev, həyat yoldaşı, 1977-ci il təvəllüdlü Tağıyeva Şəhla Qinyaz qızı və anası 1953-cü il təvəllüdlü Tağıyeva Zivərxanım Qaraş qızına balta ilə xəsarət yetirib. Qanlı hadisə nəticəsində cinayəti törədənin həyat yoldaşı…

Read More
Kriminal 

Azərbaycanda keçmiş ərlərin törətdiyi ən səs-küylü cinayətlər – SİYAHI

İki gündür ölkə gündəmini Şəmkirdə törədilən dəhşətli cinayət zəbt edib. ARANTV.AZ xəbər verir ki, Şəmkir rayonunun Sarıtəpə Elmar Məsimov keçmiş qayınanası Məmmədova Səltənət Allahverdi qızının evinə gəlib və benzin tökərək evi yandırıb. Hadisə nəticəsində E.Məsimovun 2 yaşlı oğlu Məmmədov Nicat və keçmiş həyat yoldaşı Məsimova Mətanət İlqar qızı dünyasını dəyişib. Məmmədova Səltənətin isə bədəninin 50 faizi yanıb. O, hazırda 5 saylı xəstəxananın yanıq şöbəsində müalicə alır. Bu hadisə Azərbaycanda keçmiş ərlər tərəfindən ilk deyil. BAKU.WS yaxın illərdə keçmiş ərlərin keçmiş həyat yoldaşı və ailəsinə qarşı törətdiyi ən səs-küylü və kütləvi…

Read More
Kriminal 

Bakıda küçənin ortasında kişi bıçaqlandı

Bakıda küçədə bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanının qarşısında qeydə alınıb. Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini, 1973-cü il təvəllüdlü Novruzov İlqar Ələşrəf oğlu xuliqanlıq zəminində Abşeron rayon sakini, 1981-ci il təvəllüdlü Əsədullayev Faiq Meydan oğluna sol çiyin, sol kürək, sol sifət və sol bud nayihələrindən 4 bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Bakıda 38 yaşlı kişi küçədə bıçaqlandı

Bakıda küçədə bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanının qarşısında qeydə alınıb. Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini, 1973-cü il təvəllüdlü Novruzov İlqar Ələşrəf oğlu xuliqanlıq zəminində Abşeron rayon sakini, 1981-ci il təvəllüdlü Əsədullayev Faiq Meydan oğluna sol çiyin, sol kürək, sol sifət və sol bud nayihələrindən 4 bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Keçmiş arvadı uşaqlarını görməyə icazə vermədi, üzünə turşu ataraq onu kor etdi

Bakının Binəqədi rayonunda ev dustaqlığına məhkum edilmiş kişi öz keçmiş xanımının üzünə turşu atıb. Nəticədə, qadın hər iki gözündən kor olub. ARANTV.AZ  xəbər verir ki, bu barədə “ölkə.az”a Binəqədi Rayon Polis İdarəsindən bildirilib. Cinayət 16 avqustda, axşam saatlarında, qeyd olunan rayonun Polis İdarəsinin 7-ci bölməsi ərazisində törədilib. Ağır bədən xəsarəti yetirilən qadın Məmmədova Naibəxanım Vaqif qızıdır. Hələlik məlum olan budur ki, AR CM-nin 128-ci maddəsi ilə (sağlamlığa yüngül xəsarət yetirmə) ev dustaqlığına məhkum edilən keçmiş ər (adı istintaq maraqlarına uyğun olaraq açıqlanmır) öz övladlarını görməyə çalışıb, lakin qadın ona bu…

Read More
Kriminal 

Qardaşı arvadını intim mesajlara görə öldürdü -Bakıda baş vermiş DƏHŞƏTLİ QƏTLİN VİDEOSU

Bakının Binə qəsəbəsində baş vermiş dəhşətli qətlin təfərrüatı və görüntüləri yayılıb. ARANTV.AZ Oxu24.com-a istinadən xəbər verir ki, qəsəbə sakini Ələkbər Abdullayev qardaşı arvadı Rübabə Abdullayevanı bıçaqla öldürüb. Məlumata görə, hadisəyə səbəb qardaşı arvadının özgə kişilərlə yazışması və intim xarakterli mesajlarının ələ keçməsi olub.ARB televiziyasında yayımlanan verilişdə qətlin baş vediyi yerin görüntüsü və təfərrüatı barədə məlumat verilib. Həmin verilişi təqdim edirik:

Read More
Kriminal 

Bakıda taksi sürücüsü bıçaqlandı — Gediş haqqını ödəmək istəmirmiş

Bakıda taksi sürücüsünü bıçaqlamaqda təqsirli bilinən Bəhruz Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ  “Ölkə.Az”a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rasim Sadıxovun icraatına verilib. Məhkəmə hazırlıq iclası avqust ayının 23-nə təyin olunub. Qeyd edək ki, hadisə Xəzər rayonu ərazisində baş verib. Cinayətin qurbanı Xəzər rayon sakini 28 yaşlı Heydərov Kamran Bəhmən oğlu olub. Taksi fəaliyyəti ilə məşğul olan Kamran Heydərov müştəri tərəfindən bıçaqlanıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları…

Read More
Kriminal 

TÜKÜRPƏDƏN CİNAYƏT: Övladını diri-diri yandıran ata DANIŞDI – “Sərxoş olmuşam”

Şəmkir rayonun Sarıtəpə kəndində qaynanasının evini yandıran və iki yaşlı oğlunun ölümünə səbəb olan Elmar Məsimovun ilkin ifadəsi məlum olub. E.Məsimov ilkin ifadəsində qeyd edib ki, hadisə zamanı sərxoş vəziytətdə olub. Dəfələrlə keçmiş həyat yoldaşı ilə barışmaq istəyib, lakin Mətanət Məsimova buna razılıq verməyib. Hadisəni də sərxoş halda törədib. Bildirək ki, hadisə zamanı E.Məsimovanın iki yaşlı oğlu Nicat Məmmədov dünyasını dəyişib. Keçmiş həyat yoldaşı M.Məsimova və qadının anası 1964-cü il təvəllüdlü Səltənət Məmmədova ağır yanıq xəsarətləri alıblar. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayyət Məcəlləsinin bir neçə maddəsi ilə…

Read More