Hadisə
SON DƏQİQƏ: Füzülidə ƏMƏLİYYAT KEÇİRİLDİ – FOTO
Füzuli rayonunda 120 kq yararsız ət aşkarlanıb. Qida Təhlükəsizliyi Agentliyindən Musavat.com-a verilən məlumata görə, AQTA-nın Qarabağ regional bölməsinin müfəttişləri Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə Füzuli rayonu, Alxanlı postunda Qurbanov Yavər Tapdıq oğluna məxsus 10 FS 804 dövlət qeydiyyat nişanlı “Gaz 031-02” markalı avtomobilə baxış keçirib. Yoxlama zamanı avtomobilin yükdaşıma hissəsində ümumi […]
Şamaxıda açılan fermada qalmaqal: 4 manatlıq oyuncağa görə 60 manat – VİDEO
Şamaxıda yeni fəaliyyətə başlayan kapibara ferması ilə bağlı şikayət var. Musavat.com xəbər verir ki, bloqer Hülya Əsədova orada da aldadıldığını iddia edir. O, ailəsi ilə birlikdə fermaya baş çəkib. Uşaqlarının plastik oyuncaqlardan birini sındırdığını bildirən bloqer oyuncağın dəyərini ödəmək istədiklərini, lakin tələb olunan məbləğin onları təəccübləndirdiyini deyib: “Yeni açılan kapibara fermasına getmək üçün 110 kilometr […]
Kür çayından iki meyit tapıldı
Rustavi şəhərində Kür çayından iki nəfərin meyiti aşkarlanıb. Musavat.com xəbər verir ki, meyitlər köhnə və yeni Rustavini birləşdirən körpüdən bir neçə kilometr aralıda xilasetmə xidmətinin əməkdaşları tərəfindən tapılıb. Məlumata görə, meyitlərdən birinin mayın 31-də Aqmaşenebeli prospekti yaxınlığındakı körpüdən özünü çaya atan 50 yaşadək kişiyə məxsus olduğu bildirilir. Digər meyitin isə Tiflisdə itkin düşmüş şəxslərdən birinə aid […]
Yuxarı Qarabağ kanalından qadın meyiti tapılıb
Yuxarı Qarabağ kanalından meyit tapılıb. Kanalın Ağcabədi rayonu Təzəkənd kəndi ərazisindən keçən hissəsində qadın meyiti aşkarlanıb. Meyitin Tərtər rayonunun Köçərli kənd sakini, 1986-cı il təvəllüdlü Əfsanə Məzahir qızı Rüstəmova olduğu müəyyən edilib. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır. “Report”
İranla sərhəddə əməliyyat -DSX MƏLUMAT YAYDI
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb. Bu barədə Musavat.com-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib. Bildirilib ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 20 kiloqram 615 qram narkotik vasitə marixuana və 470 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin İrandan Azərbaycan ərazisinə keçirilməsinin […]
SON DƏQİQƏ! Polis silahlı şəxsi zərərsizləşdirdi
Qusar rayonunda törətdiyi cinayət əməllərinə görə axtarışda olan şəxs saxlanılarkən odlu silahla polis əməkdaşlarına müqavimət göstərib. Musavat.com xəbər verir ki, görülən tədbirlərlə R.Rəsulov zərərsizləşdirilib. Hadisə yerindən tapança aşkar olunaraq götürülüb. Araşdırmalar davam etdirilir. Sosial mediada yayılan məlumatlara görə R.Rəsulov 16 yaşlı qıza qarşı cinayətdə şübhəli bilinib və bu kimi əməllərə görə axtarışda olub.
“Bakı gecələri” kafesində içkili qadınlar saçyolduya çıxdı
Xırdalan şəhərində kafedə qadınlar arasında dava olub. Musavat.com xəbər verir ki, hadisə Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Bakı gecələri” kafesində baş verib. Şirvan şəhər sakini, 1993-cü il təvəllüdlü Aydan həmin kafedə işıqları söndürərək rəqs edən zaman Gülnarənin (adlar şərtidir – red.) kafenin işıqlarını yandırmasını bəhanə edib və heç bir əsaslı səbəb olmadan ictimai yerdə ictimai qaydanı […]
Bakı səmasında yağışdan sonra QORXUNC MƏNZƏRƏ – FOTO
Paytaxt Bakıda kəskin dəyişən hava şəraiti səmada nadir və vahiməli mənzərənin yaranmasına səbəb olub. Şəhərə yağan güclü yağışdan sonra səmada adi buludlardan tamamilə fərqlənən qeyri-adi təbiət hadisəsi qeydə alınıb. Musavat.com NOCOMMENT.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə və paytaxt sakinləri tərəfindən çəkilən görüntülərdə Bakı buxtası və şəhərin mərkəzi üzərində iki fərqli hava kütləsinin kəskin qarşıdurması aydın […]
DƏHŞƏTLİ qəza: ölənlər və yaralananlar var
Ağsu rayonunda ağır yol qəzası olub. Musavat.com xəbər verir ki, hadisə rayonun Dilman kəndi ərazisində qeydə alınıb. Belə ki, “BYD” markalı minik avtomobilinin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq qoruyucu daş-beton bəndinə çırpılıb, daha sonra bir neçə dəfə yuvarlanaraq təxminən 100 metr aralıda yerləşən Ağsu çayının yatağına düşüb. Hadisə zamanı avtomobildə 4 nəfər […]