Cümə axşamı, 02 İyl, 2026

İsmayıllı-Lahıc yolunda uçqun oldu- Hərəkət dayandı – Fotolar

İsmayıllı–Lahıc avtomobil yolunda baş verən qaya uçqunu səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb. Musavat.com AZƏRTAC-a istinadən xəbər verir ki, yolun dağlıq ərazidən keçən hissəsində iri qaya parçalarının qoparaq magistrala düşməsi nəticəsində hər iki istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Hadisə səbəbindən Lahıc qəsəbəsi də daxil olmaqla, ətraf kəndlərin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi müvəqqəti kəsilib. Yolun qaya parçaları və […]

Paytaxtın mərkəzində baş verən dəhşətli qəzanın VİDEOsu

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə paytaxtın Nərimanov rayonu, Həsən Əliyev küçəsində qeydə alınıb. Həmin küçədə tunelin girişində “Hyundai Santa Fe” markalı avtomobil “Lexus” markalı maşınla toqquşub. Qəza nəticəsində ölən və yaralıların olub-olmaması barədə məlumat yoxdur./oxu.az

TƏCİLİ! Bakıda məktəbdə FACİƏ yaşandı

175 nömrəli tam orta ümumtəhsil məktəbinin X sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) mayın 14-də pəncərədən yıxılıb. Bununla bağlı BŞTİ-dən məlumat verilib. Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb. Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar […]

TƏCİLİ! Azərbaycanda güclü PARTLAYIŞ oldu – Yaralanan var

Qazaxda fərdi yaşayış evində partlayış baş verib. Musavat.com xəbər verir ki, hadisə hamam otağında qeydə alınıb. İlkin məlumata görə, partlayış zamanı 1953-cü il təvəllüdlü Sədaqət Əliyeva xəsarət alıb. Qadın ağır bədən xəsarətləri ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, hazırda vəziyyəti ağırdır. Faktla bağlı araşdırma başlanılıb. (Qafqazinfo)

Qaxda əməliyyat – Zaza ələ keçdi

Ölkənin müxtəlif regionlarında narkotiklərin qanunsuz dövriyyəsi, qanunsuz silah-sursat saxlanması və axtarışda olan şəxslərin tutulması istiqamətində genişmiqyaslı əməliyyatlar icra olunub. Musavat.com xəbər verir ki, ən diqqətçəkən faktlardan biri Qax rayonunda qeydə alınıb. DİN-dən verilən məlumata görə Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də eyni əməllərə görə məhkum olunmuş 53 […]

DİN: 42 kq narkotik vasitə və 460 ədəd psixotrop tərkibli həb aşkarlanıb

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin satışının qarşısının alınması istiqamətində əməliyyatlar davam etdirilir. “İki sahil” xəbər verir ki, paytaxt və ətraf ərazilərdə keçirilən tədbirlərlə əvvəllər məhkum olunan 41 yaşlı Anar Əsədov və 30 yaşlı Taleh Muradov saxlanılıblar. Onlardan 42 kiloqram 690 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 460 ədəd metadon həbi aşkarlanıb. […]

Gəncədə qadın körpüdən çaya yıxılıb

Gəncədə körpüdən çaya yıxılan qadın xilas edilib. Hadisə mayın 11-i saat 17 radələrində baş verib. Belə ki, 1985-ci il təvəllüdlü Şəbnəm Rzayeva şəhər ərazisindəki körpüdən çaya düşüb. Yaxınlıqdakı şəxslərin köməyi ilə xilas edilən qadın xəstəxanaya yerləşdirilib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Ş.Rzayevanın vəziyyəti orta-ağırdır. Araşdırmalar aparılır. (Qafqazinfo)

Dəhşətli qəzada yaralananların SON VƏZİYYƏTİ

Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. Musavat.com-un xəbərinə əsasən, Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, mayın 12-də 07:30-da Sabirabad rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə səkkiz nəfər (beş kişi, üç qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. “Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması […]

Qadın sürücü Bakıda ağır qəza törətdi – Ölən var

Suraxanı rayonunun Zığ qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Musavat.com xəbər verir ki, hadisə səhər saatlarında baş verib. Bildirilib ki, qadın sürücünün idarə etdiyi avtomobil yolu keçmək istəyən piyadanı vurub. Vurulan piyada hadisə yerində həyatını itirib. Qəza nəticəsində həyatını itirən şəxs “BakuBus”da sürücü işləyən, 1964-cü il təvəllüdlü İlqar Dəmir oğlu Əliyev olub.