İdman
“Qarabağ”ın Avroliqada – OYUNLARIN TAM TƏQVİMİ
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının stadionları və başlama saatları açıqlanıb. ARANTV.AZ xəbər verir ki, E qrupunda yer alan Azərbaycan çempionu bütün rəqiblərini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək. “Qarabağ”ın oktyabrın 4-də İngiltərənin “Arsenal”, oktyabrın 25-də Ukraynanın “Vorskla” komandası ilə Bakıdakı görüşləri saat 20:55-də başlanacaq. Ağdam klubunun noyabrın 29-da qəbul edəcəyi Portuqaliya “Sportinq”i ilə […]
Millimizin futbolçusu Almaniyada 24 metrdən qol vurdu – VİDEO
Millimizin futbolçusu Dmitri Nəzərov Almaniya 2-ci Bundesliqasında növbəti qolunu vurub. ARANTV.AZ xəbər verir ki, sentyabrın 7-də Kosovo, 10-da Malta ilə oyunlara çağırılmış Nəzərov Millətlər Liqası matçları öncəsi klubunda cari mövsüm qol hesabını açıb. Belə ki, o, çıxış etdiyi “Ertsqebirqe” klubu ilə IV turda səfərdə “İnqolştadt”a qarşı oynayıb. Aue təmsilçisi 79-cu dəqiqəyədək hesabda geridə olduğundan meydana Nəzərov buraxılıb. O, həmin […]
Azərbaycanlı futbolçu Rusiya Premyer Liqasında – VİDEO
Millimizin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi “Krılya Sovetov”un sabiq yarımmüdafiəçisi Azər Əliyev Rusiya Premyer Liqasında mübarizə aparan “Ufa” ilə müqavilə bağlayıb. ARANTV.AZ xəbər verir ki, 24 yaşlı futbolçu bu həftə Samara klubu ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozduğundan Başqırdıstan təmsilçisinə sərbəst oyunçu kimi keçib. Onun Ufa klubu ilə neçə illik müqavilə bağladığı açıqlanmır. Futbolçu klubun TV-nə verdiyi açıqlamasında indiki klubunda […]
Şəhriyar Məmmədyarovdan növbəti rekord
Ümumdünya Şahmat Federasiyası (FIDE) avqustun yekunlarına əsasən ən güclü şahmatçıların reytinqini açıqlayıb. ARANTV.AZ ölkə.az-a istindən bildirir ki, Şəhriyar Məmmədyarov Sent Luisdəki superturnirdə uğurlu çıxış etdiyindən reytinq əmsalını yaxşılaşdırıb. 2820 əmsala malik olan Şəhriyar yalnız norveçli Maqnus Karlsen (2839) və ABŞ şahmatçısı Fabiano Karuanadan (2827) geri qalır. Həmçinin Şəhriyar FIDE-nin üç rəsmi reytinqində ilk “onluq”da qərarlaşıb. […]
Qurban Qurbanov: Sevindirici haldır ki, “Arsenal”la qarşılaşacağıq
Çətin və maraqlı qrupa düşdük. Bir tərəfdən sevindirici haldır ki, “Arsenal” və “Sportinq” kimi böyük tarixləri və Avropa təcrübələri olan klublarla qarşılaşacağıq. ARANTV.AZ xəbər verir ki, bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına açıqlamasında Avropa Liqasının qrup mərhələsinin püşkünə münasibət bildirərkən deyib. 46 yaşlı mütəxəssis ötən mövsüm Çempionlar Liqasının qrupundakı rəqiblərin də çətin olduğunu və […]
“Formula 1” Azərbaycan Qran Prisinin tarixi açıqlandı – TƏQVİM
2019-cu ildə Bakıda keçirilən “Formula 1” Azərbaycan Qran Prisinin tarixi açıqlanıb. ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, 2019-cu ildə keçiriləcək yarışın ilkin təqvimi açıqlanıb. İlkin təqvimə əsasən Bakıda növbəti Formula 1 yarışı gələn il aprelin 28-də keçiriləcək. Lakin yekun təqvim Beynəlxalq Avtomobil Federasiyasının (FIA) oktyabrın 12-də keçirəcəyi Dünya Motor İdmanı Şurasının iclasında təsdiq olunacaq. Tarix […]
“Qarabağ”ın Avropa Liqasındakı qazancı bəlli oldu
Azərbaycan çempionu “Qarabağ” dünən “Şerif” üzərində qələbə qazanıb qrupa düşməklə büdcəsini zənginləşdirib. ARANTV.AZ xəbər verir ki, Ağdam klubu qrupa düşdüyü üçün 2 milyon 920 min avro (5 milyon 799 min 828 manat) qazanıb. Qurban Qurbanovun komandası qrupda qazanacağı hər qələbəyə görə 570 min avro əldə edəcək. Heç-heçənin mükafatı isə 190 min avro olacaq. Qeyd edək ki, […]
Monakoda “Bakı-2019” UEFA Avropa Liqasının loqosu təqdim olunub
ARANTV.AZ xəbər verir ki, avqustun 31-də Monakoda “Bakı-2019” UEFA Avropa Liqasının loqosunun təqdimatı olub. Loqoda UEFA Avropa Liqasının kuboku Bakının lokal xüsusiyyətlərini əks etdirən ecazkar arxitektura nümunələrinin fonunda təsvir olunub. Loqonun dizaynında Azərbaycan Dövlət Akademik Filarmoniyası, Alov Qüllələri, Qız Qalası, Heydər Əliyev Mərkəzi və Hökumət Evi kimi məşhur tikililərin təsvirindən istifadə olunub. Loqonun brendinqi Avropa […]
UEFA Avropa Liqasında ötən mövsümün ən yaxşı futbolçusu bilindi
UEFA Avropa Liqasında 2017/2018 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib. ARANTV.AZ xəbər verir ki, səsverməyə əsasən, yarışın ən yaxşı futbolçusu İspaniyanın “Atletiko” komandasının fransız hücumçusu Antuan Qrizmanolub. O, 388 nəfərin səsini toplayıb. O, bu ada namizəd olan Avroliqanın digər finalçısı Fransanın “Marsel” klubunun yarımmüdafiəçisi Dimitri Payeti (103) və və uruqvaylı komanda yoldaşı Dieqo Qodini (84) qabaqlayıb. oxu.az
“Qarabağ”ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
UEFA Avropa Liqasında 2018/2019 mövsümünün püşkü atılıb. ARANTV.AZ xəbər verir ki, Avropa Liqasının kubokunu Monakodakı səhnəyə Vəli Qasımov gətirib. O, ispan dilində turnir haqda fikirlərini bildirib. Püşkü sabiq futbolçular – Aaron Vinter və Ernan Krespo atıb. “Qarabağ”a “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) düşüb. A qrupu “Bayer” (Almaniya) “Ludoqorets” (Bolqarıstan) “Sürix” (İsveçrə) AEK (Kipr) B qrupu “Zalsburq” (Avstriya) […]