Bazar ertəsi, 29 İyn, 2026

Baş hakim futbolçunun həyatını xilas etdi – VİDEO

Polşa çempionatının III dəstəsinin (II liqa) “Olimpiya” – “Blenkitni” matçında baş hakim Martsin Liana futbolçunun həyatını xilas edib. ARANTV.AZ xəbər verir ki, “Blenkitni”nin futbolçusu Mixal Sıvinski rəqiblə toqquşub. Oyunçu nəfəs almaqda çətinlik çəkib. Görüşün referisi isə ona yaxınlaşaraq futbolçuya tibbi kömək göstərib. Qeyd edək ki, bu görüşdə “Blenkitni” 1:0 qalib gəlib. oxu.az

Azərbaycan güləşçisi dünyanın bir nömrəli idmançısıdır

Ümumdünya Güləş Birliyi güləşçilərin reytinqini açıqlayıb. ARANTV.AZ xəbər verir ki, 87 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz İslam Abbasov dünya reytinqinə başçılıq edən yeganə Azərbaycan idmançısıdır. İstanbulda keçirilmiş 23 yaşadək gənclərin sonuncu Avropa çempionatının qalibi reytinqdə 45 xal qazanıb. O, yunan-Roma güləşində reytinqdə ilk dəfə I sıraya yüksələn üç idmançıdan biri olub. Yunan-Roma güləşçiləri ilk “beşlik”də yer alan […]

Nurməhəmmədov: Makqreqor döyüşməyimi istəyirsə, mənə pul ödəsin

UFC-nin yüngül çəki üzrə hazırkı çempionu olan rusiyalı Həbib Nurməhəmmədovla irlandiyalı Konor Makqreqorun döyüşü düyünə düşüb. ARANTV.AZ xəbər verir ki, UFC və MMA döyüşlərində məğlubedilməz olan Nurməhəmmədov oktyabrda Las Veqasda planlaşdırılan bu döyüşün baş tutması üçün ona pul ödənilməsini tələb edir: “Maraqlı situasiya yaranıb. Onlar bu döyüşün alınmasını istəyirsə, mənə də pul ödənilməlidir. Mən adımdan istifadə […]

Tahir Gözəl: Çempionlar Liqasında belə bir oyuna susamışdım

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Çempionlar Liqasının II təsnifat mərhələsinin “Kukesi” ilə cavab oyunundan (3:0) danışıb. ARANTV.AZ xəbər verir ki, o, komandanın çox gözəl çıxış etdiyini bildirib: “Bu oyun tamam başqa idi. Çempionlar Liqasında belə bir oyuna susamışdım, həsrət qalmışdım. Biz “Qarabağ”dan belə oyun və həyəcan gözləyirdik. Ancaq bu, o demək deyil ki, yolun axırı budur. Hələ çox inkişaf […]

Erməni güləşçi idmançımıza son on saniyədə təslim oldu – VİDEO

Xəbər verdiyimiz kimi, İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə gənclərin Avropa çempionatında 72 kq çəki dərəcəsində yarışan idmançımız Ülvi Qənizadə turnirin qızıl medalını qazanıb. ARANTV.AZ xəbər verir ki, onun rəqibləri postsovet təmsilçiləri olub. Belə ki, idmançımız 1/16 finalda Ukraynanı təmsil edən Pərviz Nəsibovu 6:0, 1/8 finalda litvalı Titas Kerşeviçiusu 9:0, 1/4 finalda erməni Malxas Amoyanı 7:1, 1/2 finalda […]

Güləşçimiz Avropa çempionu oldu

İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı keçirilir. ARANTV.AZ xəbər verir ki, ikinci yarış günündə 60, 67, 72, 82 və 97 kq çəkidə yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Güləşçilərimiz yarış gününü bir qızıl medalla başa vurub. Məhəmmədəli Həsənov (67 kq) Çexiya və Moldovadan, Ülvi Qənizadə(72 kq) isə Ukrayna, Litva və Ermənistandan olan rəqiblərini üstələyərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda […]

Albaniya KİV: “Kukesi” “Qarabağ”la oyunu boykot edəcək

Albaniyanın “Kukesi” klubu bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçivəsində Bakıda qarşılaşacağı “Qarabağ”la görüşü boykot edə bilər. ARANTV.AZ xəbər verir ki, bu haqda Albaniya mətbuatı məlumat yayıb. Buna səbəb “Kukesi”nin kosovalı futbolçusuna viza verilməməsidir. Belə ki, komandanın ehtiyat qolkiperi Faton Malokuda ölkəmizin müstəqilliyini tanımadığı Kosovanın vətəndaşı olduğundan Bakıya buraxılmayıb. Komandanın vitse-kapitanı Besar Musolli və Donyet Şkodra da kosovalı olsalar […]

Futbol üzrə Azərbaycan kubokunda mərhələ sayı azaldılıb

Futbol üzrə Azərbaycan kubokunda bir mərhələ ləğv edilib. ARANTV.AZ xəbər verir ki, ölkə kuboku daha 1/16 finaldan yox, 1/8 finaldan başlayacaq. Buna səbəb I divizion klublarının sayının azalmasıdır. Belə ki, I divizionda iştirak edəcək klublardan dörd və ya altı komanda kubokda mübarizə aparacaq. Bu, 1992-ci ildə keçirilən ölkə kubokundan sonra ilk dəfə 1/8 finaldan başlayan turnir […]

İki azərbaycanlı qız futbolçu Rusiya klubuna transfer oldu

Azərbaycanın futbol üzrə qadın millisinin iki futbolçusu Rusiya klubuna transfer olunub. ARANTV.AZ xəbər verir ki, bunu “Torpedo” qadın futbol klubunun baş məşqçisi Konstantin Kayqorodov verdiyi müsahibəsində bildirib: “Bizə Azərbaycan millisinin iki oyunçusu – Vüsalə Hacıyeva və Arzu Əliyeva qoşulub. Onlar bizim komandaya kömək etməyə çalışacaq”. Qeyd edək ki, hər iki futbolçu “Sumqayıt” klubu ilə ötən mövsüm Azərbaycan çempionu […]

Maqnus Karlsen “Şah”a uduzmasından danışdı

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov və norveçli dünya çempionu Maqnus Karlsen İsveçrənin Bil şəhərində keçirilən Superturnirin IX turundan sonra mətbuat konfransına çıxıb. ARANTV.AZ xəbər verir ki, Məmmədyarov ağ fiqurlarla qalib gəldiyi Karlsenlə görüş haqda bunları bildirib: “Maqnus çox riskli oynayırdı, yalnız qələbə arzulayırdı. Heç-heçə etmək istəmirdi”. Maqnus Karlsen isə bu görüşdə səhv hesablama apardığını vurğulayıb: “Hər şeydən əvvəl Şəhriyarı turnirdə mükəmməl […]