İdman 

Şahmatçılarımız Qazaxıstanla heç-heçə edib Bolqarıstana qalib gəldilər

Niderlandın Eyndhoven şəhərində yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadasında daha iki turun oyunları keçirilib. Şahmat federasiyasından verilən məlumata görə, ikinci turda Azərbaycan komandası Qazaxıstan şahmatçıları ilə heç-heçə oynayıb 2-2. Üçüncü turda şahmatçılarımız Bolqarıstan komandasını məğlub edib 3,5-0,5. Xatırladaq ki, yığmamız ilk turda Paraqvaya qalib gəlib – 4:0. Qeyd edək ki, Azərbaycan komandasında Read Səmədov, Xaqan Əhməd, Cahandar Azadəliyev və Nərmin Abdinova çıxış edir. Yarışda 47 ölkədən 63 komanda mübarizə aparır.

Read More
İdman 

İtaliya millisinin yeni baş məşqçisi kim olacaq? – İki namizəd

Roberto Mançininin postunu tərk etməsindən sonra futbol üzrə İtaliya millisinin baş məşqçi postuna namizədlər bəlli olub. Yığmanın yeni çalışdırıcısı Antonio Konte və ya Luçano Spaletti ola bilər. 2014-16-cı illərdə milliyə rəhbərlik etmiş Konte martda İngiltərənin “Tottenhem” klubundan ayrıldıqdan sonra işsizdir. Spaletti isə ötən mövsüm “Napoli” ilə A seriyasını qazanıb və yayda komandanı tərk edib. Xatırladaq ki, Roberto Mançini İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina ilə fikir ayrılığına görə ötən gün yığmadakı işindən ayrılıb. Mənbə: Sky Sports

Read More
İdman 

Azərbaycanlı hakim-inspektor Ermənistanın oyununa təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli təyinat alıb. AFFA-nın saytının yaydığı məlumata görə, o, 2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının elit-raund mərhələsi çərçivəsində Gürcüstan – Ermənistan oyununun hakim-inspektoru olacaq. Qeyd edək ki, sözügedən görüş gələn il sentyabrın 15-də Tbilisidə keçiriləcək.

Read More
İdman 

Vidadi Rzayev: “Qarabağ” və “Sabah”ın şansları bərabərdir, ”Neftçi”nin işi isə çətin görünür”

“Qarabağ” və “Sabah”ın şansları bərabərdir, “Neftçi”nin işi isə çətin görünür”. Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Vidadi Rzayev yerli klubların avrokuboklardakı çıxışını dəyərləndirərkən deyib. Əvvəlcə Ağdam təmsilçisinin Bakıda Finlandiya HİK-inə 2:1 hesabı ilə qalib gəldiyi UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununa toxunan 56 yaşlı mütəxəssis hələ heç nəyin həll olunmadığını bildirib: “Hələ “Rakuv”la oyundan öncə “Qarabağ”la bağlı proqnoz verdim, səhv çıxdı. HİK-i evdə 2:1 hesabı ilə udublar, nə deyəcəyimi bilmirəm (gülür). Qələbəyə baxmayaraq, hələ də şansları bərabər görürəm”. O, “köhlən atlar”ın oyununda eniş hiss olunduğunu söyləyib: “Bu…

Read More
İdman 

Avropa çempionatında yeddi medal qazanan Azərbaycan paracüdoçuları Vətənə qayıtdılar

Niderlandın Rotterdam şəhərində Avropa paralimpiya çempionatında iştirak etmiş Azərbaycan paracüdoçuları Vətənə qayıdıblar. İdmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Paralimpiya Komitəsinin nümayəndələri və yaxınları qarşılayıblar. Qeyd edək ki, paracüdoçular qitə birinciliyini 7 medalla başa vurublar. Şəhanə Hacıyeva (48 kq) və Xanım Hüseynova (70 kq) Avropa çempionu olublar, İlham Zəkiyev (+90 kq), Dürsədəf Kərimova (+70 kq) və Namiq Abaslı (73 kq) gümüş, İsmayıl Muradov (60 kq) və Xatirə İsmiyeva (+70 kq) isə bürünc medal qazanıblar.

Read More
İdman 

İngiltərə Premyer Liqasını Azərbaycanda yayımlayacaq telekanal məlum oldu

İngiltərə Premyer Liqasının 2023/24 mövsümü Azərbaycanda yayımlanacaq. “İdman TV” yarışın yayım hüququna yiyələnib. Bu barədə telekanalın direktoru Rövşən Binnətli özünün “Facebook” hesabında məlumat yayıb. “İngiltərə Premyer Liqası “İdman TV”də! Milli çempionatların tacı sayılan əsrarəngiz mübarizədən, təbii ki, azarkeşi olduğunuz komandanın oyunundan zövq almaq arzusu ilə…” – R.Binnətli yazıb. Qeyd edək ki, Premyer Liqada yeni mövsüm bu gün “Bernli” – “Mançester Siti” matçı ilə start götürəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Read More
İdman 

Elnur Məmmədli: “Olimpiya çempionluğundan bir gün əvvəl yuxuda qızıl medal qazandığımı gördüm”

“2008-ci ildə olimpiya çempionluğundan bir gün əvvəl yuxuda qızıl medal qazandığımı, ölkə Prezidentinin mənə medalı verdiyini və təbrik etdiyini gördüm. Səhər oyanan kimi təbaşirlə otağımdakı lövhəyə yazdım ki, olimpiya çempionu olacağam”. Bunu 2008-ci il avqustun 11-də Pekin Yay Olimpiya Oyunlarının qalibi olan Elnur Məmmədli Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına müsahibəsində deyib. 35 yaşlı sabiq cüdoçu 15 il əvvəl qazandığı nailiyyəti bu cür xatırlayıb: “Həmin gün digər idmançılarla, müxtəlif idman növlərindən olan dostlarımla danışdım, onlara çempion olacağımı dedim. Bunu reallaşdıranda da hamı şoka düşdü. Yay Olimpiya Oyunlarında yarışmaq həyatımın böyük fürsəti…

Read More
İdman 

Azərbaycan futbolunun tarixi gecəsi – ŞƏRH + FOTO

Bu gün Azərbaycanın üç komandası avrokuboklarda növbəti oyunlarını keçirəcəklər. Premyer Liqanın ötən mövsümünün mükafatçıları doğma azarkeşləri önündə imtahan verəcəklər. Bu, Azərbaycanın futbol tarixində bir ilkdir. Çünki indiyədək üç komandamız eyni gündə Bakıda oyuna çıxmayıblar. Bunun səbəbi isə UEFA-nın məlum qərarıdır. Əslində isə “Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Beşiktaş”a qarşı ilk matçını Türkiyədə keçirməli idi. Amma qitə futbol qurumu “Fənərbağça”nın da eyni gündə İstanbulda oynayacağını nəzərə aldı və nəticədə bu cür durum yarandı. Son çempion “Qarabağ” UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda HİK ilə münasibətləri aydınlaşdıracaq. Qitə turnesinə…

Read More