Bu il 29 abituriyent 700 bal toplayib
ARANTV.AZ xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin bu il ali məktəblərə keçirdiyi qəbul imtahanlarında 29 abituriyent test kitabçasındakı bütün suallara düzgün cavab verməklə ən yüksək-700 bal toplayıb. Bu isə rekord göstəricidir. Atıq tələbə adı qazananlar ixtisas seçimlərini də ediblər.
Son 5 ildə ali təhsil müəssisələrinə yüksək balla qəbul olunan tələbələrin sayında artım dinamikasi qeydə alınır. Məsələn, bu il 700 bal toplayan abituriyentlər rekord sayda – ümumilkdə 29 nəfər olub. Maksimum nəticə göstərənlərin əsas hissəsi I-IV qrup ixtisasları üzrə imtahan verənlərdir. Abituriyentlərin əksəriyyəti artıq ixtisas seçimlərini ediblər. 700 bal toplayanlar daha çox tibb, neft və informasiya texnologiyaları sahəsini seçiblər. Sevindirici haldır ki, gələcəyin mütəxəssisləri arasında regionlada fəaliyyət göstərən məkəbləri bitirənlər üstünlük təşkil edir.
Dövlət İmtahan Mərkəzinin ali məktəblərə keçirdiyi qəbul imtahanlarında 500 və 600-dən yuxarı baş toplayanların da sayında artım var.
Ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 500 və daha artıq bal toplayaraq pedaqoji ixtisasları seçən abituriyentlərin sayında da davamlı artım müşahidə olunur. Əgər ötən il bu rəqəm 1361 idisə, bu il 2090-dır. 4 il əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai sinif müəllimliyinə 500 və daha artıq bal toplayan cəmi 1 nəfər qəbul olubsa, bu il onların sayı 235 nəfərdir. Ümumiyyətlə, 18 təhsil ixtisası üzrə 4 il ərzində qəbul olunanların topladıqları ballar müəllimlik peşəsinin artan nüfuzunu kəskin fərqlə ortaya qoyur. Təhsil üzrə ekspertlər bunun əsas səbəbini müəllimlərin işə qəbulu ilə bağlı şəffaf sistemin yaradılması, tikilən yeni məktəblər, qurulan müasir infrastruktur, güzəştlər, yeni əmək haqqı sisteminin tətbiqi ilə izah edirlər.

