Rusiya yeni unikal raketini sınaqdan keçirdi – VİDEO
“Zvezda” telekanalı dünyada analoqu olmayan Rusiyanın yeni raketinin sınağının görüntülərini yayımlayıb.
ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, sınaq Qazaxıstanın Sarı-Şaqan poliqonunda baş tutub.
Yeni raket verilmiş uzaqlıqdakı şərti hədəfi uğurla məhv edib. Raketin bütün xarakteristikaları – sürəti, uçuş məsafəsi və hətta xarici görünüşü gizli saxlanılır.

